Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2018

Allahın təkliyinin sübutu

Varlıq aləmini nəzərdən keçirdikdə anlayırıq ki, varlığın bütün hissələri müəyyən və sabit...
لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا فَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ


Əgər göydə və yerdə Allahdan başqa tanrılar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və (müşriklərin) (Ona) aid etdikləri sifətlərdən uzaqdır! (Ənbiya, 22).

İzah: Bu ayənin məzmunu və “Muminun” surəsinin 91-ci ayəsi Allahın tək olmasının ən mühüm dəlillərindən olan “Təmano” sübutuna işarə edir. Bu sübutun sadə izahı belədir: Əgər tək Allahdan başqa tanrı və ya tanrılar olsaydı, onların hər biri dünyanın idarəsində müstəqil olmalı və başqa bir tanrıya ehtiyacları olmamalı idi. Digər tərəfdən aydındır ki, iki nəfərin iradə və tədbiri bütün işlərdə heç vaxt bir ola bilməz. Odur ki çox sayda tanrının olması ya onların dünyanı idarə etməkdə ixtilaf və ziddiyyətə düşməsinə səbəb olur, ya da tanrılardan birinin acizliyi və zəifliyi ilə nəticələnir. Varlıq aləmini nəzərdən keçirdikdə anlayırıq ki, varlığın bütün hissələri müəyyən və sabit qanunlara tabedir və aləmə hakim nizam birdir (diqqət edin).

Hədis:
İmam Sadiq (ə): “Aləmin düzgün idarə olunması və ardıcıllığı onu idarə edənin təkliyini göstərir” (Tövhidi-Səduq, səh. 250).


268 بازدید
در حال ارسال اطلاعات...