Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2018

"Azərbaycanda hüquq işləmir"

Məsələn, kişi bir dəfə demişdi ki, yaxın gələcəkdə Azərbaycanda bir nəfər də kasıb adam qalmayacaq
Və yaxud hüquq dövlətin fahişədirsə deməli bu dövləti oğr...lar idarə edər

Həqiqət acı olur. Acı olduğu qədər də şirin olur. Əlbəttə ki, acı o zaman olur ki, onu etiraf edirsən. Öz əleyhinə də olsa. Amma o zaman şirin olur ki, onu eşidirsən. Məsələn sənin haqqını qəsb edən bir nəfər gəlib sənə deyir ki, qardaş, bağışla, mən səhvəm, sənin haqqına girdim. Dünyada bundan şirin bir şey tanıyırsınızsa deyin bilək.

İlham Əliyevə keçid etməzdən qabaq acı həqiqət söyləyənlərdən biri olan Nemət Pənahlının bu yaxınalrda izlədiyim bir çıxışını xatırladım. Deməli, gənc yaşlarında Milli Azadlıq Hərəkatına qoşulmuş, daha sonra Heydər Əliyevi dəstəkləmiş Nemət Pənahlı son çıxışlarının birində deyir ki, Heydər Əliyevi necə qabiliyyətli hesab etməyim ki, bütün qüvvəsini xalqı, dövləti məhv etməyə, ölkəni tayfabazların, monarxiyanın ağuşuna atmaq üçün çalışdı və bunu bacardı. Bu cür bacarıqlı, qabiliyyətli insana necə qabiliyyətsiz demək olar?

Nəhayət ki, Nemət Pənahlı da Heydər Əliyev barədə həqiqəti dedi. Acı həqiqət. Bu acı həqiqəti eşitmək şirindir.

İndi keçək İlham Əliyevə. Yox, onun Cumhuriyyətimizin 100 illiyi münasibətilə etdiyi çıxış barədə yazmayacağam. Bu çıxış mənə şəxsən maraqlı deyil. Çünki Cumhuriyyətlə, onun baniləriylə bağlı yazdıqları müqəddimələr sonda sözü Heydər Əliyevin "kəramətlərinə" gətirib çıxarmaqdan ötrüdür. Xaraba qoyduqları dövlətin hansı 100 illiyindən danışsın ki?

Məsələ budur ki, İlham Əliyev ADA Universitetində məzun günü ilə əlaqədar təşkil olunmuş tədbirdə çıxış edib. Çıxışı zamanı işlətdiyi cümlələrdən biri budur: "Ancaq bunu da yaxşı bilirik ki, bugünkü dünyada beynəlxalq hüquq heç də hər zaman işləmir. Son vaxtlar ümumiyyətlə işləmir. Bu, reallıqdır." Bilirəm ki, əziz oxucu, digər yandan da YAP yaltaqları başlayacaqlar ki, axı İlham Əliyev bunu Qarabağ mövzusu ilə bağlı ikilistandartlarla çıxış edən, həqiqəti qəbul etməyən beynəlxalq aləm üçün deyib. Sonra da belə bir sual verəcəklər ki, nə üçün çıxışı kontekstdən çıxarıb yazının başlığını elə qoyursunuz ki, sanki İlham Əliyev Azərbaycanda hüququn işləməməsindən danışıb. Bu qınağı qabaqcadan hiss etdiyimiz üçün məsələyə aydınlıq gətirək. Amma qabaqcadan deyim ki, İlham Əliyevin bəzi çıxışları kontekstdən çıxarılır. Bu doğrudur. Lakin kontekstdən çıxarılandan sonra da qurulan cümləni İlham Əliyevin dilindən eşitməsək də əməlləri fonunda açıq-aşkar görə bilirik. Məsələn, kişi bir dəfə demişdi ki, yaxın gələcəkdə Azərbaycanda bir nəfər də kasıb adam qalmayacaq. Onun bu cümləsi belə verilmişdi: "Yaxın gələcəkdə Azərbaycanda bir nəfər də adam qalmayacaq" Ola bilər o, bu cür deməyib, amma doğrudan da belə getsə ölkədə yaxın gələcəkdə bir nəfər də olsun adam qalmayacaq. Çünki indidən camaat çıxıb gedib xaricdə işləyir.

Bu dəfə də o, Qarabağ mövzusundan danışıb. Haqlı olaraq deyib ki, beynəlxalq hüquq işləmir. Sözü doğrudur. Biz bunu elə Fələstin məsələsində, İraq, Suriya məsələlərində də görürük. Amma İlham Əliyevin bu sözü nə xalq, nə də elə beynəlxalq hüququ pis günə qoyanlar tərəfindən ciddi qəbul edilmir. Bilirsinizmi niyə? Çünki hüquq özü qayıdıb İlham Əliyevə deyir ki, heç olmasa sən danışma!

Yəni ki, İlham Əliyev də hüququ nəyi var sındırıb. Bir vaxt nəvəsinin qudurğanlığından ötrü Əli Həsənov demişdi ki, Azərbaycan hüquqi dövlətdir və hər kəs öz əməlindən məsuliyyət daşıyır. Yəni nəvəmə görə mən cavabdeh deyiləm. Amma məhz Əli Həsənovun bir vaxtlar təmsil etdiyi bu hökümətdə, ölkədə xaricdə mühacir həyatı yaşayan tənqidçilərə, müxaliflərə görə onların qohumları polis bölməsinə aparılır, incidilir, məcbur edilir yaxınlarından imtina etsinlər. Hətta həbs də edilir. Özü də kişi kimi deyil, kişiyə yaraşmayan bir şəkildə şərlənərək həbs edilirlər. Budurmu hüquqi dövlət?

İlham Əliyevin sözünü isə biz heç də kontekstdən çıxarmadıq. Buna dair dəlilimiz var. Dəlil bundan ibarətdir ki, məntiqlə düşünsək görərik ki, İlham Əliyevin tənəsi elə özünə də qaydır. Çünki başqa vaxt aləmə car çəkirlər ki, Azərbaycan dünya dövlətləri ilə ayaqlaşır, dünyanın bir parçasıdır. Belə çıxır ki, beynəlxalq hüququ Azərbaycandakı sındırılan hüquq da təşkil etməlidir. Yəni Azərbaycanda sındırılan hüququ beynəlxalq hüququn tərkib hissəsi saymalıyıq. Axı Azərbaycan da baş verən hadisələrə öz hüquq prizmasından baxmağı bacaran dövlətdir. Deməli belə çıxır ki, Azərbaycan dünyanın bir parçasıdırsa, bu ölkədə tapdalanan hüquqlar beynəlxalq hüququn bir hissəsidirsə nəticədə beynəlxalq hüquq işləmədiyi halda gərək Azərbaycanda da hüquq, insan haqları fəaliyyətini dayandırmış olsun. Dolayısıyla da olsa belə çıxır ki, İlham Əliyev acı həqiqəti söyləyib bildirir ki, onun başçısı olduğu dövlətdə hüquq işləmir. Hələ ondan sonra görün nə deyir: "Biz real dünyada yaşayırıq və əlbəttə ki, öz siyasətimizi dünyada mövcud olan real vəziyyətə uyğunlaşdırmalıyıq." Yəni biz də bacardığımız qədər real dünyada hüquq sındıranlar kimi ölkədə hüquqları tapdalamalı və beləliklə də real dünya ilə ayaqlaşmalıyıq.

Böyüklərdən biri hüququ dövlətin fahişəsi hesab edib. Yəni dövlətin əlindədir, istədiyi zaman hüquqları sındırır, dağıdır, pozur, "anasını ağladır." Bunun müqabilində cavab olaraq deyirlər ki, əgər hüquq dövlətin fahişəsidirsə belə çıxır ki, dövləti oğr...lar idarə edir.


114 بازدید
در حال ارسال اطلاعات...