Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2018

Allahın varlığının dəlilləri

Allahı tanıma bütün insanlarda və dünya xalqlarında mövcud olmuşdur
1. İnsanların tövhid fitrəti

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا فِطْرَتَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

Sən üzünü hənif (xalis) dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir.(Rum, 30).

İzah: Quran Allahı tanıma yolları arasında hər şeydən daha çox insanların pak və fitrət tövhidi üzərində dayanır. Dini və ya ilahi fitrətdə məqsəd odur ki, Allah insan təbiətini Allahı qəbul edəcək və onu tanıyacaq şəkildə yaratmışdır. Yəni ruhu və psixikası sağlam olduqda Allaha inanır. Buna sübut odur ki, insanın ümidi bütün təbii səbəblərdən üzüləndə onu xilas etməyə qadir olan gerçək fövqəlbəşərə tapınır. Baxmayaraq ki, onu həqiqi atributları (sifətləri) ilə tanımır. Dinin fitri olmasına başqa bir dəlil isə budur ki, tarix boyu Allahı inkar edənlərin çox sayda şübhələrinin olmasına və bir çox elmi və ictimai inancların dəyişməsinə baxmayaraq, Allahı tanıma bütün insanlarda və dünya xalqlarında mövcud olmuşdur.

Hədis: Peyğəmbər (s): “Hər bir körpə İslam fitrəti ilə dünyaya gəlir və bu, ata-anası onu yəhudi və ya xristian edənə qədər davam edir” (Şərhül-əxbar, c. 1, səh. 190).

Ardı var


261 بازدید
در حال ارسال اطلاعات...