Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2018

Rəsulzadənin daşı və YAP-ın başı

Ölkədə heç bir müqəddəs dəyərə hörmət qalmayıb
Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının 100 illik yubleyinə sayılı günlər qalmaqdadır. Azərbaycan höküməti, hakimiyyəti özünü yalandan da olsa oda-közə vurur, tədbirə oxşayan bir şey düzəldir ki, təki desinlər bunlar dövlətçi adamlardır. Əslində isə məlum olduğu kimi YAP hakimiyyəti dövlətçiliyin təməlini zədələyib, demək olar ki, məhv ediblər. Təsəvvür edin ki, Şərqdə ilk dəfə demokratik respublika elan olunan Azərbaycan bu gün ən avtoritar dövlətlərin siyahısına rəhbərlik edir. Ölkədə heç bir müqəddəs dəyərə hörmət qalmayıb. Bu ölkədə sovetdən sonra Azərbaycanın müstəqil olmasını istəməyənlər deputat oldular, 20 yanvar faciəsinin baiskarı olan adam gəlib baş nazir oldu. Ən dəhşətlisi odur ki, Müsavatçıları ölkədən didərgin salan, AXC-ni devirən Bakı komissarının (26-lar) başçısı Stepan Şaumyanı mədh edən Heydər Əliyevi xalqa ümummilli lider kimi sırımağa çalışdılar. (Yaxşı ki, bu rüsvayçılıq həyata keçmədi, xalq bu hakimiyyətə tüpürdü)

İndi Türkiyədən nümayəndə heyəti gəlib və baş nazir Novruz Məmmədova güya AXC-nin bayrağını təqdim ediblər. Halbu ki, təqribən bir ay bundan qabaq (25 apreldə) İlham Əliyev Türkiyəyə səfər etmiş, səfər zamanı Mustafa Kamal Atatürkün dəfn edildiyi anıtqəbri ziyarət etmiş, bundan başqa Ankaradakı Heydər Əliyev parkına gedib atasının bütü önündə baş əymiş, amma Rəsulzadənin qəbrini ziyarət etməyi öz şəxsinə sığışdırmamışdı. Əlbəttə təbiidir. İlham Əliyev Heydər Əliyevin ümummilli lider olması xülyasıyla yaşayan adamdır. Əslində isə İlham Əliyevin başı Rəsulzadənin qəbri önündə əyilməyə layiq də deyil. Çünki o həyatda heç bir dövlət başçısı tərəfindən, xalq tərəfindən siyasətçi kimi qəbul edilməyib. Sıradan bir qumarbaz, tüfeyli həyat yaşayan insan kimi bütün dünyada məşhurdur. Tutduğu bütün vəzifələrə də atasının hesabına yiyələnib.

Rəsulzadə isə məlumdur ki, onun "daşı yaman ağırdır." Təsəvvür edin İlham Əliyevin atasının bütünə, adi bir daş parçasına baş əydiyi bir halda Rəsulzadənin qəbrinə hörmət əlaməti olaraq nəinki baş əymək, əklil qoymaq heç ziyarətinə də getməmişdi. Ölkəmizdə də Rəsulzadəyə aid bir kiçik büst belə yoxdur. Görünür Rəsulzadənin "daşı çox ağırdır."

Heydər Əliyev isə sağlığında Naxçıvanda Rəsulzadənin şəkillərinin Bakıda (Ayazın vaxtında) olmadığından şikayətlənirdi. Bu isə onun siyasətdə ömür boyu özünə rəhbər bildiyi hiylələrdən biri idi. O bu cür etməklə gözdən pərdə asmağa, xalqı aldatmağa çalışırdı. Bununla göstərmək istəyirdi ki, güya o Rəsulzadəni sevir. Halbuki Azərbaycan SSR-a rəhbərlik etdiyi müddətdə özünün mənəvi atası olan Brejnevi razı salmaqdan ötrü müsavatçıları pisləyir, onları xəyanətkar adlandırır, müsavatçıların, Azərbaycan xalqının düşməni olan, mart soyqırımını bu xalqa yaşatmış Stepan Şaumyanı qəhrəman kimi qələmə vermişdi. İlham Əliyev isə daha sonrakı çıxışlarında Stepan Şaumyanı Azərbaycan xalqının mənfur düşməni adlandırmışdı. Beləliklə də o bu cür ikili mövqelər ortaya qoymaqda atasının siyasətini layiqincə davam etdirir. (Atası da zəmanəyə uyğun olaraq danışırdı. O vaxtlar Stepan zamanı idi Heydər Əliyev onu mədh edirdi. İndi Stepan Şaumyan Azərbaycan xalqının düşmənidir deyə İlham Əliyevi onu pisləyir) Sonra da deyirlər niyə bütün dünya Qarabağ məsələsinə ikili siyasətlə yanaşır. Bu insanların öz ikiüzlülüyündən, xəyanətindən xəbəri yoxdur. Utanmadan da deyirlər Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin varisidir.

Məlum məsələdir ki, bir neçə gündən sonra İlham Əliyev 100 illik yubleydə utanmazcasına Azərbaycan Xalq Cumhuriyyətindən söz açacaq. "Sıroku keçmiş", mənasız sözlər toplusu olan çıxışına başlayacaq. Şablon cümlələrlə xalqın olan-qalan "ətini tökməyə" başlayacaq. Söhbəti elə başlayacaq ki, bütün çıxışı boyu Heydər Əliyev Azərbaycan xalqının tək qəhrəmana, bütün əsrlərin xilaskarına, Azərbaycan dövlətinin qurucusuna, rəhbərinə çevrilcəkdir. Yenə başlayacaq ki, əgər Heydər Əliyev o zamanlar (Azərbaycanın Sovetdən sonra müstəqilliyinin ilk vaxtlarında) Azərbaycanda olsaydı elə edərdi, belə edərdi və s. Yaltaq zümrə də bu çıxışdan sonra quyruq bulamağa başlayacaq. 100 illik yubley isə Əliyevlərin Rəsulzadəyə olan qısqanclığını dəyişməyəcək, bundan sonra da Rəsulzadəyə balaca bir büst belə qoyulmayacaq. Köhnə Bakı, köhnə hamam, köhnə çıxışlar...

Əslində İlham Əliyevin Rəsulzadəyə olan qısqanclığı təkcə atasının ümummilli lider olması xülyaları ilə yaşamasından qaynaqlanmır. Bundan əlavə İlham Əliyev gözəl bilir ki, 25 ildən çoxdur ki, hakim olduqları Azərbaycanda cumhuriyyət qurucularının 23 ay ərzində etdiklərini edə bilməyiblər. Əliyevlər çox gözəl bilirlər ki, onların dövlət idarəçilikləri sıfırdır, onların hakimliyi ailə biznesindən, ailə hakimiyyətindən, yaramaz siyasət və məmurlardan savayı bir şey olmayıb. Onların əlsində dövlətdən, dövlətçilikdən zərrə qədər anlayışları yoxdur. Onların işi-gücü Azərbaycanda dövləti məhv etməkdən ibarətdir. İlham Əliyev gözəl bilir ki, təsadüfi siyasətçidir. Nə xarici dövlətlər, nə də xalq qarşısında hörməti yoxdur. 25 il ərzində Azərbaycanın yerüstü və yeraltı sərvətləri ancaq talan edilib. Buna görə də cumhuriyyət qurucularına, dövlət quran kişilərə daim qısqanclıqla yanaşıb. Elə bu qısqanclıqla da tarixin zibilliklərinə gömüləcəklər.


215 بازدید
در حال ارسال اطلاعات...