Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2018

NAMAZ

Namaz dinin qanunlarındandır. Allahın razılığı namazdadır
İbadətlər arasında ən əhatəli olan namazdır. Namaz vasitəsi ilə təvazökarlıq və mütilik izhar olunur, Allahın birliyi etiraf edilir, təşəkkür bildirilir. İnsanın iradəsinə tabe olaraq bütün əzalar Kəbə evinə peyğəmbər və imamların (ə) hərəminə tələsir. Məhz namaz yolu ilə mərifət əhli Allahı, özünü, yaranış hədəflərini tanıyır. Beləcə ilahi məzhərdə təvazö’ göstərir, gizlində və aşkarda Allahın birliyi təsdiq olunur, qəlb dili ilə nemətlərə şükür edilir, mərifət dolu könüllərlə müqəddəs məkanlar ziyarət olunur.
Mərifət əhli nə üçün Allaha nikbin olmamalıdır?! Hansı peyğəmbər, hansı kitab iman əhlinin cəzalandırılacağını xəbər verir?! Əksinə bütün mötəbər mənbələrdə təsdiq olunur ki, iman, saleh əməl, gözəl əxlaq sahibləri büdrəsələr də tövbə etdikləri üçün Cəhənnəm atəşi ilə cəzalandırılmayacaqlar.
İnsanı əzabdan qurtaracaq ibadət olan namazda ixlas üçün Allah dərgahına əl açaq!
Həzrət Peyğəmbər (s) buyurur: “Namaz dinin qanunlarındandır. Allahın razılığı namazdadır. Namaz peyğəmbərlərin yoludur.” (“Xisal”, 2-522.) “Tə’rifi böyük olan Allah gözümün nurunu, qəlbimin sevincini namazda qərar verib, namazı mənə məhbub edib. Necə ki, təam aclığın, su isə təşnənin məhbubudur. Şübhəsiz ki, ac yedikcə doyur, təşnə su içdikcə sirab olur. Mən isə namazdan doymuram.” (“Məkarimul-əxlaq”, 461.) “Elə ki, namaza durdun, qibləyə üz tutdun, “Fatihə” və müyəssər olan bir surə oxudun, rükuya getdin, səcdələri başa vurdun, təşəhhüd və salam oxudun, səninlə qıldığın namaz arasında olan bütün günahlar növbəti namazadək bağışlanar.” (“Əmaliye-Səduq”, 544.)
Həzrət Əli (ə) buyurur: “Namaz mərhəmət nazil edər.” (“Ğürərül-hikəm”, 175.) “Namaz hər bir təqvalını Allaha yaxınlaşdırır.” (“Xisal”, 2-620.) “Sizə namaz və onun hifzini tapşırıram. Çünki namaz əməllərin üstünü və dinin sütunudur.” (“Əmaliye-Tusi”, 522.) “Namazda olan insanın cismi, libası və bütün ətrafındakılar təsbih deyir.” (“İləlüş-şəraye”, 2-336.) “Ey Kumeyl! Namaz qılmaq, oruc tutmaq, sədəqə vermək əsas deyil. Əsas odur ki, namazı pak qəlb ilə əməli Allahın razılığı üçün və xuşu ilə yerinə yetirəsən.” (“Tuhəful-uqul”, 174.)


265 بازدید
در حال ارسال اطلاعات...