Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2018

ORUC TUTMAQDA MƏQSƏD

Orucda məqsəd ilahi təqvadır
Ramazan ayının ən böyük məqsədlərindən biri – yaxud bir mənada demək olar ki, tam hədəfi – təqvadır.
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” ("Bəqərə", 183)
Bu, bizim iradəmizdən asılıdır. Camaat hər biri özü, əgər mümkünsə, digərlərini də islah etsinlər. Bu, ruhanilərə məxsus deyil. Lakin alimlər, ruhanilər, xətiblər, moizə oxuyanlar buna hazırdırlar. Allah-Taala onlara bu imkanı, bu istedadı, bu ictimai mövqeyi, bu geyimi vermişdir. Biz gərək bundan istifadə edək.

RAMAZAN AYININ NAİLİYYƏTİ

Orucda məqsəd ilahi təqvadır. Bu (təqva), ramazan ayının ən böyük nailiyyətidir. Ümidvaram ki, mən və siz bu ayın bərəkəti ilə öz davranışımıza, danışığımıza, hisslərimizə, düşüncələrimizə ilahi təqvanı, o böyük ehtiyatı hakim edək və özümüzü insani kamilliyə bir addım da yaxınlaşdıraq. Oruc haqqında qısa bir söhbət də var. Hansı ki, bu mübarək ayda ümdə vəzifədir.
Allah-Taala insanı elə yaratmışdır ki, onun tərbiyə olunmağa ehtiyacı var. Onu həm xaricdən, həm də daxildən tərbiyə etmək lazımdır. O özü özünü tərbiyə etməlidir. Mənəvi məsələlərdə bu tərbiyənin biri fikrin, zəka qüvvəsinin tərbiyəsidir. Bu tərbiyənin yeri təlimdir. Dinləri nəfsin, ruhun tərbiyəsi, qəzəb və şəhvət qüvvələrinin tərbiyəsidir. Bu tərbiyə "təzkiyə" adlanır.
Əgər insana düzgün təlim verilsə, düzgün "təzkiyə" olunsa, uyğun zavodda lazımi şəkil alan, kamilliyə çatan xammal olacaq. Bu mərhələdə onun vücudu bərəkət və xeyir qaynağı, dünyanın abadlığına, könüllərin abadlığına səbəb olacaqdır. Bu, bütün insanların əvvəldən bugünədək müştaqı olduğu tale olmuşdur. Bu, nicatdır, xoşbəxtlik dolu əbədi həyatdır, behiştdir. Buna görə də peyğəmbərlər (s) əvvəldən sonuncu Peyğəmbərədək (s) hamısı öz məqsədinin təlim və tərbiyə olduğunu müəyyən etmişdir. “Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər” ("Ali-İmran", 164). Onlar insanları həm fikri baxımdan, həm də ruhi baxımdan tərbiyə etmişlər.

Ayətullah Seyid Əli Xamenei


114 بازدید
در حال ارسال اطلاعات...