Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2018

Əhli-beytə (ə) itaət insanı sevimli edir

Allahı sevirsinizsə, bizə itaət edin ki, Allah da sizi sevsin
Şübhəsiz, hər kəs Allahın sevimlisi olmaq məqamına çatmaq istəsə, çalışmalı, Allahın rübubiyyəti, Peyğəmbər (s) və Əhli-beyt (ə) sayəsində daxilən təmizlənməli, əxlaq və əməlini gözəlləşdirməlidir. Qurani-məciddə peyğəmbərə əmr olunur ki, ümmətə desin: “Allahı sevirsinizsə, bizə itaət edin ki, Allah da sizi sevsin. Beləcə, günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır...” (“Ali-İmran”, 31)

llahın buyuruğuna əsasən, ilahi əmrlərə təslimçiliyi sayəsində Allahın sevimlisi olmuş İslam peyğəmbəri (s) ardıcıl olaraq Əhli-beyti (ə) sevməyi tapşırır. Həzrət tövsiyə edir ki, Allahın sevimlisi olmaq üçün Əhli-beytə (ə) itaət edilsin, onlar dost tutulsun. Həzrət buyurur: “Allahı sizə əta etdiyi nemətlərə görə dost tutun, məni Allaha xatir sevin, Əhli-beytimi mənə görə əzizləyin.” (Səduq, “Əmali”, 364) Çox mühüm bir rəvayətdə oxuyuruq: “Kim mənim kimi yaşamağı və ölməyi arzulasa, Rəbbimin hazırladığı daimi behiştdə məskunlaşmaq istəsə, məndən sonra hökmən Əlini (ə) və Əlinin (ə) dostunu dost bilməlidir. Məndən sonrakı imamlara iqtida etməlidir. Çünki onlar mənim Əhli-beytimdir, məndən əmələ gəlmişlər. Onlara elm və düşüncə verilmişdir. Onların üstünlüyünü inkar edənlərin, onlarla yaxınlığımın hörmətini saxlamayanın vay halına, Allah mənim şəfaətimi onlara nəsib etməsin!” (“Kənzul-ummal”, 12-103, hədis 34198)


655 بازدید
در حال ارسال اطلاعات...