Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2018

Nadanlıq insanın axirət həyatını xarab edər

Zalım rəhbərlər həmişə xalqı müqəddəs islam dininin yatmış kütlələri oyadan qayda və qanunlarından xəbərsiz qoyub onların haqq yoldan uzaq düşmələrinə şərait yaradırdılar
Bu barədə olan hədislərin əksəriyyətində nadanlıq günaha zəmin yaradan amil kimi qeyd olunmuşdur. Burada onlardan bir neçəsini nəzərdən keçirək:

İmam Əli (ə) Malik Əştərə göndərdiyi məktubda buyurur: «Allahın əmrindən cahil və bədbəxt insanlardan başqa heç kəs boyun qaçırmaz». (Nəhcül-bəlağə, 53-cü məktub.)
O Həzrət başqa bir hədisdə buyurur:
«Nadanlıq (cəhalət) pis işlərin mərkəzidir; nadanlıq pisliklərin köküdür; Nadanlıq insanın axirət həyatını xarab edər.»
Yuxarıda qeyd etdiyimiz kimi, «Üsuli-kafi» kitabında (1-ci cild, səh: 21) belə oxuyuruq:
İmam Sadiq (ə) öz səhabələrindən olan Səmaəyə buyurur:
“Əql və onun qoşununu tanı. Eləcə də (cəhalət) və onun növlərini».
Bu hədisdən nəticə çıxarmaq olar ki, nadanlıq dünya malına hərislik, xəyanət, sələm yemək, pozğunluq, hiylə, lovğalıq, ata və ananı incitmək, əhdə vəfa qılmamaq, səbirsizlik, düşmənlə cihad etməkdən boyun qaçırmaq, yüngüllük, kin saxlamaq, düşmənçilik etmək və s. kimi çirkin xüsusiyyətlər böyük günahlara səbəb olur.
İmam Əli (ə) buyurur: «İki şəxs mənim belimi sındırdı: imansız alim, özünü dindar kimi qələmə verən nadan».
Sonra o həzrət buyurdu:
«Nadan dindar şəxs insanı özünün yalançı zahidliyi ilə aldadır. Dinsiz alim isə insanı özünə cəzb edir». (Qisarül-cəməl, 1-ci cild, 127-ci səh.)
Yenə o həzrət buyurur: «Özünü abid kimi göstərən nadanlardan və günahkar alimlərdən uzaq olun. Çünki onlar cəmiyyətdə olan bütün çaxnaşmaların mənşəyidirlər». (Qisarül-cəməl, 1-ci cild, 128-ci səh.)
O həzrət başqa bir hədisdə buyurur: «Nadan şəxs ya həddini aşar (ifrata vadar), ya da həddindən az iş görər (təfrit edər) (yəni nadan şəxs normal şəxsiyyətə malik deyildir)».
İmam Əli (ə) başqa bir hədisdə nadan şəxslərdən şikayətlənərək buyurur: «Nadanlıqda yaşayan insanlardan Allaha şikayət edirəm».
Quranda Musa peyğəmbərlə sehrbazların əhvalatının bir hissəsində buyurulur: «Onlar iplərini, dəyənəklərini yerə atanda cadunun təsiri ilə ona elə görünürdü ki, sanki sürünürlər». «Musa özündə qorxu keçirdi».
İmam Əli (ə) Musa peyğəmbərin qorxması məsələsini belə izah edir: «Musa (ə) öz canından ötrü qorxmadı. Onun qorxusu bundan ötrü idi ki, olmaya nadan insanlar və batil hökumətlər qələbə çalsınlar.»
İmam Əlinin (ə) bu izahında nadanların əyri əməllərlə məşğul olmalarını, eləcə də nadanlığın Peyğəmbərlə (s) açıq mübarizə və zalımları himayə etmək kimi böyük günahlara səbəb olmasını nəticə alırıq.
Nadanlıq haqqında olan hədislərə İmam Sadiqdən (ə) nəql olunan gözəl bir hədislə yekun vururuq. O həzrət buyurur: «Bəni-Üməyyə xəlifələri xalqa, Allaha imanın necə olmasını öyrənməyə icazə verdilər, lakin camaata Allaha müşrik olmağın necəliyini öyrətmədilər ki, camaatı müşrik olmağa dəvət etdikdə onlar bunu anlamasınlar (Üsuli-kafi, 2-ci cild, 415-416-cı səh.) və asanlıqla müşrik olsunlar.»
Bu hədisdən aydın olur ki, Bəni-Üməyyə xəlifələri xalqı, Allaha müşrik olmaq və onun növlərini tanımaqdan çəkindirirdilər. Çünki əgər camaat bunu başa düşsəydi, müşriklik bataqlığında batmış Bəni-Üməyyə xəlifələrindən üz döndərib Əhli-beyt məktəbinə tərəf yönələcəkdilər. Deməli, zalım padşahlar həmişə xalqı müqəddəs islam dininin yatmış kütlələri oyadan qayda və qanunlarından xəbərsiz qoyub onların haqq yoldan uzaq düşmələrinə şərait yaradırdılar.


465 بازدید
در حال ارسال اطلاعات...