Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2018

Bu gün İmam Musa Kazimin (ə) şəhadəti günüdür

İslam dövləti təşkil etmək arzusunda
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa məlumat

O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq (əleyhissəlam) olmuşdur. İmam Kazim (əleyhissəlam) hicrətin yüz iyirmi səkkizinci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerd dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində şəhid olmuşdur.

İslam dövləti təşkil etmək arzusunda
Harun bilirdi ki, İmam Kazim (əleyhissəlam) və onun şiələri onu xilafət kürsüsünü qəsb etmiş və müsəlmanların müqəddəratını zor gücü ilə ələ keçirmiş bir şəxs kimi tanıyırlar. Əgər onlar Haruna qarşı mübarizə etmək şəraiti əldə etsələr, bir an da oslun belə, onu hakimiyyətdən salmaqda yubanmazlar. İmam Kazim əleyhissəlamla Harun ər-Rəşid arasında getmiş və aşağıda qeyd etdiyimiz söhbət o Həzrətin İslam hökuməti təşkil vermək sahəsində olan ali məqsədlərindən, həm də Harunun çirkin məqsədlərindən xəbər verir:
“Bir gün Harun (bəlkə də, İmam Kazim əleyhissəlamın arzu və məqsədlərindən xəbər tutmaq məqsədilə) Fədəyi o Həzrətə qaytarmaq istədiyini bildirir. İmam Kazim (əleyhissəlam) buyurur: “Bir şərtlə Fədəyi qəbul edərəm ki, onun bütün ərazisini (bütün sərhədləri ilə birlikdə) geri qaytarasan.” Harun soruşdu: “Onun (əhatə etdiyi) sahə və sərhədləri nə qədərdir?” İmam Kazim (əleyhissəlam) buyurdu: “Əgər onun əhatə etdiyi sahə və sərhədlərini desəm, əsla onu qaytarmazsan.” Harun təkid edib and içdi ki, mütləq onu qaytaracaq. İmam Kazim (əleyhissəlam) Fədəyin əhatə etdiyi sahə və sərhədlərini bu cür təyin etdi: “Onun sahəsi Ədəndən tutmuş Səmərqəndə qədər, digər tərəfdən də, Afrikadan tutmuş Xəzər dənizinə kimi uzanır.” Bu sahələrin bir-bir adını eşitdikcə rəng verib rəng alan və həddən artıq qəzəblənən Harun bu dörd cəhəti eşidəndə, özünü saxlaya bilməyib qəzəblə dedi: “Belə olan halda bizə bir şey qalmır ki!” İmam Kazim (əleyhissəlam) buyurdu: “Bilirdim ki, qəbul etməyəcəksən və elə buna görə də, demək istəmirdim.” (Təzkirətul huffaz, səh.350) İmam Kazim (əleyhissəlam) bu cavabı ilə Haruna bildirmək istəyirdi ki,Fədək İslam dövlətinin bütün sahəsini əhatə edən simvolik bir ifadədir. Səqifə əhli (Əbu Bəkr, Ömər və s.) Fədəyi Peyğəmbər (səlləllahu əleyhi və alih) qızının və kürəkəninin əlindən almaqla həqiqətdə hakimiyyəti Əhli-beytdən (əleyhimussəlam) aldılar. İndi əgər bizim haqqımızı qaytarmalı olsan, onda bütün xilafət ərazisini bizim ixtiyarımıza verməlisən.
Bu söhbət İmam Kazim əleyhissəlamın ali məqsədlərindən xəbər verir.


496 بازدید
در حال ارسال اطلاعات...