Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2018

Saxta namizədlərin "şərəfinə" 6 suala cavab - sizin də sualınız varsa...

İqtidarın "Xoruz babası" kimi tanınan Əli Əhmədov...
Azərbaycan xalqı zatən tele-debatlarda iştirak edən saxta müxalifəti zaman-zaman görüb və iç üzlərini yaxşı tanıyır. Bu barədə xalqa nəsə demək lüzumsuz görünür. Mənim diqqətinizə çatdırmaq istədiyim bir məsələ vardır. Bildiyimiz kimi tele-debatlarda iştirak edən və İlham Əliyevə yaltaqlanan namizədlər – qeyd etdiyimiz kimi saxta, yaltaq, iqtidarın əlaltısı və "şipyonları" olan namizədlərdir. Onlar heç vaxt ölkədə müxalifət kimi hiss olunmayıb. Onların arasında o vaxtlar iqtidarda olanlar elə o zamanlar nifrət və lənət qazanan insanlar idi, indi də müxalifət kimi görünməyə çalışsalar da rəzil günə qalırlar. Onlar iqtidarın mətbəxində hazırlanan müxalifətdir. Bunun isə isbatı çox sadədir. Ola bilər bu gün Hafiz Hacıyev özünə əl qatıb efirdə boğazını yırtıb desin ki, biz də müxalifətik və İlham Əliyevə işləmirik. Amma əslində İlham Əliyevin "maşasından" başqa bir şeyə oxşamır. Bunu anlamaq çox sadədir. İnanmayanlar, onların tərəfini saxlamaqla İlham Əliyevə bəraət qazandıranlar bizim bir neçə sualımıza cavab versin:

1. Nə üçün Hafiz Hacıyev də başda olmaq orada oturdulan digər saxta və dırnaqarası namizədlər müxalifət olduqları təqdirdə İlham Əliyevin ünvanına bircə kəlmə söz deyə bilmir? Artur Rəsizadəyə müxalifət olmağa nə var ki. Onun onsuz da hayhayı gedib vayvayı qalıb. Məgər Hafiz Hacıyevin oradakı namizəd həmkarı Artur Rəsizadədir ki, onu danlayır, onu alçaldır. Yoxsa Hacıbala Abutalıbov namizədlik verib? Bəlkə iqtidarın namizədi Əli Həsənovdur. Niyə bu insanlar İlham Əliyevə söz deyə bilmirlər, digər məmurlara söz atırlar. Bu sualı dəfələrlə vermişik və siz də bilirsiniz. Bu yeni bir şey deyil. Cavabı da budur ki, çünki onlar İlham Əliyevin əlaltısıdır. Bu sualdan keçdik. Bəs onlar bu yaramaz insanları təyin edən İlham Əliyevi niyə şəxsən tənqid etmir?

2. Nə üçün orada oturanlar Azərbaycanda həm inkişafın olmasından, həm də olmadığından danışırlar? Bu barədə bir dəfə də yazmışıq. Baxın əgər balıq qədər düşüncəyə sahib olmayan Hafiz Hacıyevin, Heydər Əliyevin heykəlinə baş əyməkdən ağlı və qəlbi daşlaşan Zahid Orucun, işi-gücü eskalatorla hasar sökmək, Pakistandan atom bombası gətirmək olan fikirləri dağınıq Nurullayevin, danışmağa sözü olmadığından 20 saniyə danışıb vaxtını donduran donmuş namizəd Araz Əlizadənin ölkənin inkişafdan qalmış hissəsinə ruh verməyə həvəsi varsa buyurub məmur, icra başçısı olmaqdan ötrü dəridən-qabıqdan çıxsınlar. Çünki onlar ölkənin tam inkişafdan qalmasını etiraf etmirlər ki, İlham Əliyevin qəzəbinə tuş gələrlər. Madam ölkədə inkişaf var, inkişaf olmayan hissəsini də İlham Əliyevə kömək etməklə düzəldin. Daha prezident olmaq nəyə lazımdır. Amma bunu da edə bilmirlər, niyə, çünki İlham Əliyevin nə onları görən gözü vardı, nə də 20-25 ilin məmurunu tərpətməyə qüdrəti. Ona görə də bu saxta müxalifət rədd olub siyasi səhnədən getməlidir. Bu sualda da təxribat görürsünüzsə onda zəhmət olmasa üçüncü suala cavab verin.

3. Baxın, İlham Əliyev tez-tez dövlət əhəmiyyətli tədbirlərdə 90-cı illərin əvvəllərindəki iqtidarı – Müsavat-AXC cütlüyünü ən sərt şəkildə təhqir edir. Onların kitabını bağlayır tarixin zibilliklərinə gömür, ölkəni onların müharibə meydanına çevirməsindən danışır. Məqsədi kimlərdir. Əli Kərimli, İsa Qəmbər və onların komandası. Bəs nə üçün bir dəfə də olsun Hafiz Hacıyevdən, Fərəc Quliyevdən, Həsənquliyevdən danışmır. Axı onlar da o zamankı hakimiyyətdə təmsil olunub. Üstəlik bu adamlar bu gün müxalifət kimi meydana çıxıb İlham Əliyevin dəyirmanına su tökürlər. Niyə onları kitabı bağlanan, tarixin zibilliyinə gömülən AXCP-Müsavat cütlüyündən hesab etmir?

4. Nə üçün bu "müxalifət" onlara ayrılan bir neçə dəqiqəni qənimət hesab edib platforma açıqlamaq yerinə İlham Əliyevə yaltaqlanırlar? Halbu ki, dərdini demək üçün vətəndaşlar efir axtarırlar ki, xalqa səslərini çatdırsın. Əgər bu namizədlərin platforması olsaydı, onlar prezident olmaq inamıyla ora çıxmış olsaydılar bu saniyələri xalq üçün iş görməkdən danışmağa sərf edərdilər.

5. Nə üçün bu namizədlər - öz platformalarını açıqlamaları cəhənnəm - onlara ayrılan efir vaxtını Milli Şura üzvlərini təhqir etməyə sərf edirlər?

6. Nə üçün prezidentliyə namizəd olan İlham Əliyevin səlahiyyətli nümayəndəsi və onun şərəfinə orada oturan saxta müxalifət Sərdar Cəlaloğlunun üstünə düşüb. Halbuki Cəlaloğludan başqa ora çıxan digər 6 namizəd də Cəlaloğlu kimi höküməti tənqid edir. Amma iqtidarın "Xoruz babası" kimi tanınan Əli Əhmədov ancaq Sərdar Cəlaloğlunun yalan danışdığını deyir və Qüdrət, Araz, Razi, Zahid Oruc kimiləri də Sərdarın üstünə salır? Əslində Əhmədov belə etməklə bir daha sübut edir ki, digər namizədlər saxta və əlaltı namizədlərdir.

Bütün bunlardan sonra zərrəcə şübhə yeri qalmır ki, bu adamlar bilərəkdən meydana çıxarılıb və neçənci seçkidir ki, onlar namizədlik verib İlham Əliyevə uduzdurulurlar.


428 بازدید
در حال ارسال اطلاعات...