Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2018

İmam Kazimin (ə) davranışlarından faydalı dərslər

Zindanda da işıqlı məşəl kimi yol göstərir, insanları hidayət edirdi.
İmam Musa ibn Cəfərdən (ə) rəvayətlər

1. Mömin şəxsə üz gətirən elə bir bəla yoxdur ki, dua ilə tez aradan qalxmasın. Əgər dua etməsə, bəla uzanar. Buna görə də sizə bəla üz gətirəndə Allaha dua edin, yalvarın. (“Vəsailuş-şiə”, c. 7, səh. 44)
2. Mömin həmişə xeyir və səadətdədir. Əgər (çətinliyə düşsə və) bədənini tikə-tikə doğrasalar da onun üçün xeyirdir; dünyanın bütün şərq və qərbini də ona versələr, yenə xeyirdir.
3. Əli şiəsi əməli sözünü təsdiq edən şəxsdir. (“Biharul-ənvar”, c. 64, səh. 242)
4. İmam Kazim (ə) bu duanı çox oxuyardı: “Pərvərdigara! Ölüm zamanı rahatlığı, hesab zamanı əfvi Səndən istəyirəm.”

Həzrətin dualarından biri də bu idi: “Bəndənin günahı böyük oldu, Sənin tərəfindən əfv gözəl olmalıdır.”

İmam Kazimin (ə) davranışlarından faydalı dərslər
İmam Musa ibn Cəfərin (ə) çətinliklər qarşısında dözümü, Əhli-beytin (ə) cihad və mübarizə yolunun davamı 250 illik imaməti təfsir etməkdən əlavə, İmam Zamanın (əc) zühurunadək cihadı açıqlamaq idi. Bu cihad hal-hazırkı zamanda da davam edir və onun sirri çətinliyə dözməkdir.

Çətinliklərə dözməkdə İmam Kazimin (ə) məqsədi
1. Xalis İslamın açıqlanması, Quranın düzgün təfsiri, saxtalaşdırılmış İslam qarşısında həqiqi İslamın aydın təsvirini təqdim etmək;
2. Ədalətli olmayan hökumətlər tərəfindən qəsb olunmuş İslam camiəsində imamət və siyasi hakimiyyəti açıqlamaq;
3. İslami camiə formalaşdırmaq, Peyğəmbəri-Xatəm (s) və bütün ilahi peyğəmbərlərin hədəflərini gerçəkləşdirmək, yəni Allah-Taalaya şərik çıxmaq istəyənləri hökumət səhnəsindən məhv etmək, hökuməti ilahi xəlifələrə və Allahın saleh bəndələrinə tapşırmaq.

Qeyd olunan məqsədlərin həyata keçirilməsi üçün İmamın (ə) həyatının əsas məsələləri təqiyyə və yorulmadan çalışmaq üzərində qurulmuşdu.

Həzrət ən çətin bir dövrdə imamət etmiş, Mənsur və Harun kimi iki güclü, Mehdi və Hadi kimi iki zülmkar Abbasi xəlifələri ilə eyni dövrdə imamət etmişdir. İmam Səccaddan (ə) sonra heç bir imam həzrət Musa Kazimin (ə) dövründə olduğu kimi daha çətin bir dövrdə yaşamamışdır. Belə ki, həzrət 35 illik imaməti müddətində bir neçə dəfə Mədinədən Bağdada gətirildi. Bütün bunlara baxmayaraq İmam (ə) daim öz vəzifəsini yerinə yetirirdi. Zindanda da işıqlı məşəl kimi yol göstərir, insanları hidayət edirdi. İslam təfəkkürü hərəkəti və Qurana söykənən cihad elə bir hərəkətdir ki, hətta İmam Kazim (ə) ən çətin şəraitdə belə onunla çox sərt davranan zindanban Sindi ibn Şahikə təsir qoya bilir, onun kiçik bir bacadan həzrətin həyatını müşahidə edən ailəsinin qəlbində Əhli-beytə (ə) məhəbbət toxumu əkir. Belə ki, Sindi ibn Şahikin Kəşacim adlı oğlu dahi şair və ədib kimi şiə aləminin tanınmış şəxsiyyətlərindən olur. 

Həsən Muradi


610 بازدید
در حال ارسال اطلاعات...