Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2018

Azərbaycan xalqı üçün seçki əhəmiyyətini itirib

11 Aprel “Gecə basqınınında” ədalət qalib gəlməyəcək
11 Aprel “Gecə basqınına” sayılı günlər qalır. Hakimiyyət bu seçkisində də özü öz havasına oynayacaq. Yəni Azərbaycan xalqı üçün Prezident Seçkisi əhəmiyyətini itirib. Yox anlamındadır. Xalq bu idarəçiliyin Seçkisinə inanmır. Bu səbəbdən də insanlar MSK-ya Seçicilərin Səsinin Oğurlanması Mərkəzi kimi baxır. Bu, bir həqiqətdir ki, hakimiyyət dövriyyədən çıxarılmış, istifadəyə yararsız pul əskinasları qədər mənasını itirib.Sadəcə, idarəçilik Respublika üzərində mövcudluğunu saxlayır. İdarəçiliyin, sadəcə, nəfəsi gəlib gedir. Yəni Xalqla idarəçiliyi bağlayan, bir-birinə qovuşduran bütün ANLAYIŞLAR (demokratik, ideoloji…) darmadağın edilib. Bu hakimiyyətin iqtidardan getməkdən başqa nə irəli, nə geriyə yolu qalmayıb. 21-ci əsrdə iqtidar Xalqı səs verməyə on başılarla, yüz başılarla, min başılarla çağırır. 25 il keçməsinə baxmayaraq düşüncə baxımdan hələ də piyadadırlar. Piyadaçılıqlarından özləri əziyyət çəkdikləri kimi Xalq da əziyyət çəkir.
Azərbaycan Respublikası Hammurapi qanunları ilə idarə olunur.( Bəlkə də bu qanunlar o dövr üçün ədalətli görünə bilərdi.e.ə.1792-e.ə.1750) Kiminsə borcuna görə oğlunu, qızını qul edərdilər. Kiməsə görə yaxınlarını, əzizlərini incidərdilər. Bu hakimiyyət də Babil hökmdarlığı kimi valideynlərə görə övladlarını, övladlara görə də valideynlərini, qardaş-bacılarını cəzalandırır. Hammurapi qanunları 3-cü minillikdə Azərbaycanımızda dirilib.
Monarxiyalı quruluşda şah, sultan, padşah, çar, xan ailələri insanları təsir dairələrində saxlamaq üçün özlərini “ilahiləşdirirdilər”. Cəmiyyətdə fərqlənmək, seçilmək üçün insanları təəbələrə və əsilzadələrə ayırırdılar. 21-ci əsrdə yaşamağımıza baxmayaraq bu gün ölkəmizdə də əsilzadə nəsillər xülyasına düşənlər var. “Külək əsməyə davam edərsə” Respublikamız monarxiya ilə, Vətəndaşlığımız da təəbəliklə əvəzlənəcək. Görünür, məqsədləri ölkədə monarxiyanı qanuniləşdirməkdir. Əsilzadəlik isə özlərini Azərbaycan xalqından üstün tutmaq, daim Xalqın önündə getmək cəhdidir. Axı mal-mülk sahibi olmaq, villalarda oturmaq, milyonlara yiyələnmək, vəzifə tutmaq əsilzadəlik deyil. Bu gün cəmiyyətdə əsilzadə axtarışına çıxılırsa, deməli, ölkə ictimaiyyətinin hüquqsuzlara və hüquqlulara bölünməsini kimsə inkar edə bilməz! Bu, faktdır!
Azərbaycan xalqının şansızlığı göz önündə! Uğursuzluq davam edir! Hakimiyyət isə fərqli həyat yaşamaqda, özünü təriflətməkdə. Ovçu Pirim kimi bir patronla on dovşan vurmaqda. İnsan yaltaqlığına sadəcə yaltaqlıq edir deyib keçməyək. Yaltaqlıq edənlər, qaraya ağ deyənlər ətrafının, mənsub olduğu ölkəsinin haqqını yeyir. Məhz yaltaqlığa görə kimsə xəstə uşağını, xəstə yaxınını müalicə etdirə bilmir. Kimsə işsizlikdən, az maaşlılıqdan əziyyət çəkir. Cəmiyyət ilk öncə yaltaq insanlara mədəni şəkildə öz narazılığını bildirməlidir. O cür insanları yaltaqlıqdan çəkindirməlidir. Yaltaqlığın Xalqın gün-güzəranını qaraltmasını başa salmalıdır. Yaltaqlıq əxlaq deyil, ağ günlülük deyil.
Bir qisim deputatlar hələ də başa düşmürlər ki, seçildikləri (təyin edildikləri) dairə ilə onların fəaliyyətləri məhdudlaşmır. Deputatların içində dairəsindən “qıraqda” olan vətəndaşları kənar şəxslər bilənlər var.
Hakimiyyətin Avropada yaşayan insanlara münasibətini də gördük. Bəs nəyi müşahidə etdik? İdarəçiliyin musqul, əzələ oyununu. Alman polisi tərəflər arasında “barrikada” funksiyasını daşıyırdı. Hakimiyyət dövlətçiliyi yumruqlaşmaq, qapışmaq kimi təsəvvür edir. Bütün dəyərlər məhv edilməkdə!
Azərbaycan xalqı haqq etdiyi idarəçiliyini bu hakimiyyətə uduzub. Deməli, 11 Aprel “Gecə basqınınında” ədalət qalib gəlməyəcək. Azərbaycan təkrar məğlubiyyəti ilə üz-üzədir.

Hikmət Nikbin


542 بازدید
در حال ارسال اطلاعات...