Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2018

GÜNAHLARI TANIMAĞIN YOLU

bəzi insanlar özlərinin pis və yaramaz əməllərinin nəticəsində elə bir məqama çatırlar ki...
Quranda 18 qrup şəxslərə, etdiyi günahlardan ötrü lənət göndərilib.

«Lən» sözü əslində rəhmətdən uzaqlaşdırmaq mənasını verir, lakin qəzəblə birlikdə olsa.
Allahın rəhməti bütün şeylərə şamil olur. Belə ki, “Əraf» surəsinin 152-ci ayəsində buyurur: «Və Mənim rəhmətim bütün şeyləri əhatə edib».

Lakin buna baxmayaraq, bəzi insanlar özlərinin pis və yaramaz əməllərinin nəticəsində elə bir məqama çatırlar ki, (okeanın ortasında qalan, lakin içinə bir damla su da keçməyən top kimi) Allahın rəhmət dəryasında onlara rəhmət nəsib olmur.

Quranda lənətlənmiş şəxslər bunlardır:

Kafirlər və müşriklər, inadkar yəhudilər (haqqı inkar edib bütpərəstlərlə saziş etdiklərinə görə), mürtədlər, hiyləgər, qanun pozanlar, əhd-peyman pozanlar, haqqı gizlədənlər, kafir şahlar (yer üzündə fəsad törətdiklərinə görə), iki üzlü münafiqlər, qatillər, iblisə itaət edənlər, ismətli qadınlara böhtan atanlar, düzgün yol tutan dövlət rəhbərləri ilə müxalifət edənlər, yalan şayiə yayanlar, qəlbləri, niyyətləri pak olmayan şəxslər və yalan danışanlar.

Peyğəmbərimizin (s) və İmamlarımızın hədislərində də bəzi şəxslərə lənət göndərilib. Məsələn: Səmavi kitabları təhrif edib dəyişdirən və ona başqa şeylər artıranlara;
Allahın qəza və qədərini qəbul etməyənlərə;
Peyğəmbərimizin (s) Əhli-beytinə hörmətsizlik edənlərə;
Ön cəbhədə vuruşan əsgərlərə göndərilən yardımı mənimsəyənlərə;
Camaatı yaxşı işlərə, hidayət yoluna dəvət edib özü bu işləri etməyən, yaxud camaatı pis işlərdən çəkindirib, özü isə pis işlə məşğul olan adamlara.


219 بازدید
در حال ارسال اطلاعات...