Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2018

ALLAH CİHADA ÇAĞIRIR

Xoş o bəndənin halına ki, Allahın razılığı üçün öz nəfsinin istəkləri ilə cihad edir
Sözsüz ki, nəfslə cihad olduqca çətindir. Bu işdə böyük istiqamətə, dözümə, agahlığa ehtiyac vardır. Lakin insan əgər öz səadəti yolunda tər tökməzsə bədbəxtçiliyə düçar olar. Eləcə də, unutmaq olmaz ki, öz nəfsi ilə cihada qalxmış insana Allah yardımçıdır. «Ənkəbut» surəsinin 69-cu ayəsində buyurulur: «Bizim yolumuzda çalışanları öz yollarımıza mütləq yönəldərik. Çünki Allah yaxşı iş görənlərlədir».

İmam Sadiq (ə) buyurur: «Xoş o bəndənin halına ki, Allahın razılığı üçün öz nəfsinin istəkləri ilə cihad edir». İnsanla Allah arasında ən qalın hicab nəfsi-əmmarədir. Bu hicabı aradan qaldırmaq üçün Allahın zikri, orucun aclıq və susuzluğu, ibdətin yuxusuzluğundan daha güclü bir silah yoxdur. İnsanlıq yolunda qədəm atan bir şəxs Allahın yardımından bəhrələnir. Həzrət Məhəmməd (s) o qədər namaz qılardı ki, mübarək ayaqları şişərdi. O, öz ibadəti ilə ümmətə nümunə göstərər, onları zəhmətə, dözümə çağırardı. Dözümsüz, zəhmətsiz ibadətin şirinliyini duymaq qeyri-mümkündür.

Nəfslə cihad silahlı cihad kimidir. Hər zərbədən sonra düşmən zəifləyir. Allah-təala buyurur: «Ey iman gətirənlər, əgər Allaha (Allahın dininə) kömək etsəniz, Allah da sizə yardım edər və qədəmlərinizi sabitləşdirər».
Əksinə, insan süsləştdikcə düşmən daha da cəsarətlənir və insanın qəlbi qarış-qarış onun əsarəti altına düşür.


460 بازدید
در حال ارسال اطلاعات...