Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2018

QAFQAZIN ƏBUZƏRİNİN VƏFATINDAN 7 İL ÖTDÜ

Keçən gün (17.03.2018) İran İslam Respublikasının müqəddəs Qum şəhərində AİP-in keçmiş sədri mərhum Hacı Əlikram Əliyevin vəfatının 7-ci il dönümü münasibəti ilə anım mərasimi keçirilib. Tələbə və alimlərin iştirakı ilə keçirilən bu mərasimdə mərhumun Azərbaycanda hələ Sovet ittifaqi dağılmazdan qabaq göstərdiyi fəaliyyətlər, onun İslam İnqilabı, İmam Xomeyni (r), İran-İraq müharibəsi dönəmindəki yorulmaz fəaliyyətləri barədə geniş söhbət açılıb. Mərasimdə Qafqazın Əbuzəri kimi təqdim olunan bu fədakar şəxsiyyətin haqqında sənədli film nümayiş etdirilib və onun həyatı haqqında bukletlər paylanılıb.
Tədbirin davamında mərhumun yaxın dostlarından olan höccətül-islam şeyx Fazil Mərəndi xütbə oxuyaraq bu mücahid islamçının İslam və Əhli-beyt yolunda apardığı mübarizələrdən geniş söz açaraq onun zindanlarda çəkdiyi zülmlərdən danışıb. Xətib mərhumun əliyevlər rejimi tərəfindən bir neçə dəfə uzun müddətli həbslərə məruz qalaraq çəkdiyi işgəncər nəticəsində düçar olduğu xəstəliklərdən ömrünün axırına qədər necə əzab çəkdiyini, amma heç zaman öz haqq işindən əl götürmədiyini və son nəfəsə qədər öz amalına sadiq qaldığını qeyd edib. Məclisin sonunda mərhumun ruhuna və eləcə də Qafqazın böyük alimləri və şəhidlərinin ruhuna, Qarabağıin azadlığına nail olmaq üçün dualar oxunub ehsan paylanıb.

Allah rəhmət eləsin, qəbri nurla dolsun! Amin.






749 بازدید
در حال ارسال اطلاعات...