Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2018

"Dua möminin silahı, dinin sütunu..."

Nəfsini paklandırmaq, kamil bir insan olmaq qərarına gəlmiş insan üçün ilk yardımçı duadır
Güc çatmayan məsələni necə həll etmək olar?

«Fürqan» surəsinin son ayəsində buyurulur: «De ki, duanız olmasa, Rəbbimin yanında heç bir dəyəriniz yoxdur».

Ayə və rəvayətlərdə duanın əhəmiyyətinə kifayət qədər işarə olunmuşdur. Nəfsini paklandırmaq, kamil bir insan olmaq qərarına gəlmiş insan üçün ilk yardımçı duadır. İnsan qüdrətindən xaric olan bütün işlər həqiqi dua ilə həyata keçir. Sadə bir misal: Min dörd yüz ildir ki, İslama ümid yeri, sığınacaq kimi baxan cəmiyyətlərdə «Allahdan yağış istəmək» kimi bir ənənə vardır. Quraqlıqdan məhv olma təhlükəsi ilə üzləşmiş əkin sahələrini xilas etmək üçün insanlar çiyin-çiyinə dayanıb, namaz qılır və Allahdan yağış istəyirlər. Belə duaların haradasa qəbul olunmamasına təsadüf olunmayıb.

Lakin duanın şərtləri vardır. İlkin şərt dua zamanı çağırdığın Allahı tanımaqdır. Dua məqamında ruhun paklığı, onun hazırlığı ikinci şərtdir. Duanın üçüncü şərti, Allahı razı salmaqdır. Əgər Allah-təala bir insandan narazıdırsa, çətin ki, onun duasını qəbul edə. Dua zamanı bütün diqqətin Allaha yönəldilməsi, duanın dördüncü şərtidir.

İslam Peyğəmbəri (s) buyurur: «Dua möminin silahı, dinin sütunu, yerin və göyün nurudur». («Üsuli-kafi», 2-ci cild.)


613 بازدید
در حال ارسال اطلاعات...