Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2018

Diktator tualetdə qalsa və BMT-nin kürsüsünə geciksə...

Ey diktator! Bəli, sən adicə mədənə sahib çıxa bilmirsən. Çox qürrələnmə!
Başlayaq Rza şahdan, hamı öz payını götürəcək necə olsa.

Rza şah olduqca qəddar və təkəbbürlü adam idi. Amma – ifadəmə görə dönə-dönə üzür isrəyirəm – iki zümrədən it kimi qorxardı. Biri özünün saxta böyüklərindən, bir də böyüklüyünü gec dərk etdiyi həqiqi ağsaqqallardan, saqqalını din yolunda ağardan ruhanilərdən.
İmam Xomeyni (r) barədə jurnalist Rza şaha sual verəndə kişi güya özünü sındırmadan deyir ki, Xomeyni kimdir, o hindlidir, dədə-babası Hindistandan gəlib. O heç iranlı da deyil. İmam Xomeyni (r) isə onu adam yerinə qoyar, nəsihət edər, bəlkə hidayətə qovuşması üçün çalışardı. Dəfələrlə onu həm İranda olan həm də İrandan kənarda (mühacirətdə olarkən) onu atası Rza xanın aqibətindən ibrət almağa çağırardı. Həmin adamlar ki, Rza şahın başına tac qoyub İran taxtına oturtmuş, "ağzını bağla, nə deyirik onu elə" demişdilər, həmin adamlar ondan qabaq atası Rza xanı o cür hakimiyyətdə saxlamışdılar.
Rza şahın fotolarını çox görmüsünüz. Özündən təkəbbürlükdə heç də geri qalmayan başqa bir diktator Qəzzafi kimi gənc yaşlarında öz ağaları tərəfindən taxtda oturdulmuşdu. İkisi də adam olub adamların sırasına çıxan ilk vaxtlarda arıq, çəlimsiz bir uşaq kimi siyasətdə çoxdan bişən digər dövlət başçıları ilə bir masaya oturanda görünürdü ki, bunun yerinə adam tapılmayıb, məcburən onu oturdublar. Nəsə etiraz edəndə də təpəsindən bir qapaz vurub ağzını yumublar.
Bütün diktatorların evində tualet var. Ən qüdrətli diktatorlardan biri öz karvanı ilə gedərkən çölün düzündə "partlamaya" düşüb. Bu "partlama" elə şeydir ki, adamın həmin vaxt maşınına bomba düşüb partlasa bu "partlamadan" yaxşı olardı. Diktator qalıb neyləsin. Tez maşını saxlayıb və maşından enib. Arxasına baxmadan dabanına tüpürüb qaçıb dərənin arxasına. Qaçanda da deyib ki, ilahi, qələt eləmişəm, başımı daşa döymüşəm, məni burdan xilas elə xalqın haqqını özünə qaytaracağam. Rüşvət almayacağam. Etiraz edən xalqı döydürməyəcəyəm. Zindandakıları azad edəcəyəm. Düzdür, bu məqamda diktatora su daşımaq üçün növbəyə dayanan da çox tapılar, amma diktator özünü tapmaz ki, tapmaz. Çox heyif, o anlamır ki, Allah-Taala hər dəfə diktatoru (məsələn fironu) suda boğmur ki, bir dəfə də (başqa bir diktatoru) suya həsrət qoyur. Çox sadə məsələdir. Diktatoru məhv etmək çox sadədir. O BMT-də çıxışdan öncə ayaqyoluna girir, qarnıağrıya düşür, sular kəsilir və diktator içəridə gəbərir. Görəsən bu cür vəziyyətdə belə məğlub olan diktator nə üçün Allaha qarşı təkəbbürlük edir?
Rza şaha isə ruhanilər çox nəsihət edirdilər. Deyirdilər Rza şah, ağıllı ol, aç risalə oxu. Orda yazılıb ki, insanın təbii ğait məxrəci (hansısa xəstəlikdən ötrü) bağlansa və başqa yerindən qeyri-təbii məxrəc açılsa, oradan nəcis çıxanda da onun dəstəmazı pozulur. Rza şah təəccüb edir: elə şey ola bilər? Bəli Rza şah, ola bilər.
Bəli cənab diktator, Allahın mülkündə çox təkəbbürlənmə! Allah sənə yüngülvarı şillə çəkər ki, qıraqdan baxanda eşşəyə oxşayarsan?
Allahın saleh qulları olan ruhanilər isə bu kimi məsələləri çoxdan bilirdilər. Çünki özləri risalələrdə belə yazırdılar. Bilirdilər ki, Allah istəsə Rza şahı meymuna çevirə bilər. Ona görə onlar zərrəcə narahat deyildilər. Ona görə İmam Xomeyni (r) hətta İraqda, Fransada, ruhaniyyətin qadağan edildiyi Türkiyədə çox rahat idi. Zərrə qədər narahatlığı yox idi. Çünki hər şey Allahın əlindədir. Bəs Allah nə üçün Rza şahı meymuna döndərmədi. Çünki Rza şaha göstərilməli idi ki, sən bəşərsən, sənin kimi bir bəşər gəlib sənin taxt-tacını başına çırpa bilər. Çox lovğalanma.
Əsas mühüm məsələ bundan ibarətdir: sənin kimi bir bəşər. Allah Rza şahı nəcasət içində boğa bilərdi. Necə ki, fironu Qırmızı dənizdə boğdu. Amma Musasız boğsa idi, indi hamı oturub "Allahdan buyruq ağzıma quyruq" vəziyyətində gözləyəcəkdi. Heç kim bir iş görməyəcək. Özünü Allahın qüdrətli bəndəsi hesab etməyəcək, zillət içrə yaşayıb öləcəkdi. Beləliklə də insana nə haqsızlıq üz versəydi tükü tərpənməzdi. Allah isə bəndəsinə buyurur: qalxı ey bəndəm, boş oturma, səni qüdrətli yaratmışam. Öz qüdrət əlimlə xəlq etmişəm, qalx və tüpür Rza şahın murdar sifətinə. Rza şah İran torpaqlarının müvəqqəti ağasıdırsa, sən mənim yer üzündəki xəlifəmsən!
Düzdür ki, zəmanəsinin Musası (ə) gəlib diktatorların saraylarını viran qoyacaq. Amma Allah-Taala Musanın (ə) gəlişindən qabaq özünün ondan zəif ordusunu görmək istəyir. Bu ordu olmasa İmam Zaman (ə.f) hara gəlsin, niyə gəlsin və necə gəlsin?
Ey diktator! Bəli, sən adicə mədənə sahib çıxa bilmirsən. Çox qürrələnmə! Ayaqyolunda qalmazdan qabaq evdə tək başına, özünlə qal. Acgöz məmurlardan tutmuş, qudurğan vəzir-vəkilə qədər hər birindən uzaqlaş bir anlıq. Özünlə tək qalanda gecələr düşün. Hər gün hakimiyyəti itirib yenidən şah olursan. Hər gün ölüb yenidən dirilirsən. Hər gün yatıb yenidən durursan. Durandan sonra şah olduğunu bir daha xatırlayırsan. Deməli hələ ki, ağlın var, yaddaşın yerindədir, deməli hələ ki bədənin sönməyib! Deməli hələ ki, düşünə bilərsən.


598 بازدید
در حال ارسال اطلاعات...