Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2018

Gözün yaşı qəlbin daşlaşmasından quruyur

Sənə sənin qorxundan ağlamayan gözdən şikayət edirəm
İnsan fitrətən mehriban, qayğıkeş və səmimidir. O, nəinki insanların, hətta heyvanların əziyyət çəkməsindən narahat olur, başqalarının sevincinə qoşulur.
Fitrətini dinləyib, onun göstərişlərinə əməl edən insanın qəlbi günbəgün işıqlanır, mərhəmmətlə dolur. Amma əqlin, vicdanın fitrətin göstərişlərinə məhəl qoymayıb, nəfs istəklərinin ardınca gəzən insanın qəlbi daşlaşır. İlk əvvəl günahdan qorxan insan günah bataqlığında qərq olduqca xoşhal olur. Belə daş qəlbi mələklər tərk edir, şeytan ona hakim kəsilir.
Həzrət Əli (ə) buyurur: “Gözün yaşı qəlbin daşlaşmasından quruyur. Qəlb isə günahın çoxluğundan daşlaşır.”
İmam Sadiq (ə) belə dua edir: “Pərvərdigara, sənə daş ürəkdən şikayət edirəm... Sənə sənin qorxundan ağlamayan gözdən şikayət edirəm...”
Qəlbini qorumaq istəyən insan böyük günahlardan, kiçik günahları davam etdirməkdən çəkinməlidir. Qəlbin ruhani hal tapmasında ibadət, dua, ehsan, mərhəmət, ədalət olduqca faydalıdır.
Peyğəmbərlər ilahi təbiblərdir. İnsan öz insanlığını yalnız ayə və hədislərə əməl etməklə qoruya bilər.
Həzrət Əli (ə) buyurur: “Məhəmməd (s) nəfslərin müalicəsi üçün daim səy göstərin səyyar həkim idi”.
“Yunis” surəsində buyurulur: “Rəbbiniz tərəfindən nazil olan öyüd-nəsihət sinələrdəki dərdlərə şəfa, möminlərə mərhəmətdir.” (a. 57)


808 بازدید
در حال ارسال اطلاعات...