Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2018

Sənin dirindən millətə xeyir yox ikən, Mirmovsüm ağanın qəbri də kasıba fayda verir

Yəqin Qəzənfəroğlu sovet vandallarının Bibiheybət məscidini necə dağıtmalarını xatırlayır.
Qəzənfəroğlu Lütfü Zadə olacaqdı, amma Mirmövsüm ağanın "cəddi" belindən vurduğu üçün ola bilmədi

Vəhabi-nurçu əqidəsindən çıxış edən deputat Fazil Qəzənfəroğlu Parlamentdə söz alarkən mollalıq eləmək fikrinə düşüb. Əlbəttə Qəzənfəroğlu ancaq vəhabi və nurçu mollasının əqidəsini bölüşə bilər. Çünki məhz vəhabizmlə məşğul olan insan nəzirin, ziyarətgahın əleyhinə ola bilər. Əslində Fətullahın "uşağının" (uşağ – burada Anadolu tükcəsində yazılıb, yəni nökər) davası nəzir davası deyil, dava şiə davasıdır. Çünki nurçularda da, hətta vəhabilərin məzhəbində də nəzir, and, əhd məsələləri mövcuddur. Amma məlum olduğu kimi ziyarətgah, pir deyərkən hər şeydən öncə şiə təsəvvürə gəlir. Şiə isə Qəzənfəroğlunun başının daşıdır. Adamın şiə ilə nə problemi var bilinmir. Şiənin belindən gəlsə də ölüsünə bir cür ilişir, dirisinə, pirinə, ziyarətgahına, nəzir-niyazına başqa cür.
Parlamentdə çıxış edən Qəzənfəroğlu ölmədiyini, hələ də yaşadığını və cəmiyyəti öz cəhaləti ilə zəhərlədiyini göstərmək üçün mövzu atıb ortaya. Deməli, Azərbaycanda bu qədər problemlər var, məsələn bütün televiziya kanalları şou-biznesi, maqazin xəbərlərini, müğənnilərin əhli-kef həyatını, bəzilərinin efirdə bir-biriylə açıqca öpüşməsini, Elgizi, Rafaeli-Coşqunu və başqa səviyyəsiz proqramları göstərdiyi halda bunların heç biri Qəzənfəroğlunun gözünə girməyib, bircə şiə adı gələn kimi elə bil adamı qəbirdə cin vurur.
Parlamentdə dediklərinə nəzər salaq: "Ziyarətgahlarda təmir işlərinin aparılması müsbət haldır və mən bunu təqdir edirəm." Vallah, billah gözünün içinə qədər yalan deyir. İstəyir özünü elə qələmə versin ki, güya indi bu quruculuğun, abadlığın tərəfdarıdır, ermənilər kimi Şuşa məscidlərin xarabalığa çevrilməsinin tərəfdarı deyil. Axı deyə bilməz ki, niyə ziyarətgahları təmir edirsiz? Deyərlər məgər sən abadlığın əleyhinəsən, məgər sən vandalsan? Məgər sən erməni dığasısan? Mənim onun bu cümləni yalandan deməsinə dair dəlilim var. O da budur ki, həmin cümlədən həmən sonra deyir: "Lakin verilişdə belə təmirləri başqa kontekstdə təqdim etməyə çalışırdılar ki, guya insanlar bu ziyarətgahlara gedib nəzir verməlidirlər və oranı təbliğ eləməlidirlər." İmamlar buyurub ki, doğrudan da Allah Əhli-beyt (ə) düşmənlərini axmaqlardan qərar verib. Deməli, bu adamın iki cümləsindən belə anlaşılır ki, ziyarətgahlar təmir edilsin, amma sonra üstünə özü boyda bir örtük örtülsün və heç kimin bu ziyarətgahdan xəbəri olmasın. Gizli qalsın. Təbliğ edilməsin, insan ayağı dəyməsin ora, itib-batsın. Yəni dildə özünü quruculuğun tərəfdarı kimi göstərən Qəzənfəroğlu əslində ziyarətgahın itib-batmasının tərəfdarıdır. Bu ağıldadır bu insan. Bəs yaxşı əgər bu ziyarətgah təbliğ edilməyəcəksə onda niyə təmir edilir? Axı bir əsəri ortaya qoyanda təqdim və təbliğə ehtiyacı var. Məsələn elə bir neçə gün bundan qabaq Qəzənfəroğlu özü öz sərsəm fikirlərini bir cızma-qaraya köçürmüşdü. Və cızma-qarasını da İslami kitab adı altında çap etdirmiş və saytlara təqdim etmişdi. İndi durub onun ağlında olub desək ki, sən kitab oxumaq tərəfdarısansa bu müsbət haldır və bunu təqdir edirik, amma öz sərsəm fikirlərini niyə camaata təbliğ edirsən? Bunun müqabilində deyəcək ki, axı bunu kütlə üçün yazmışam, gərək insanların istifadəsinə verilsin.
Nəzir məsələsinə gəldikdə isə məqsədi şiəni vurmaqdır. Çünki o ziyarətgahlara gedənlərin çoxu şiədir. Üstəlik əhli-sünnənin özündə belə ziyarətgahlara getmək məqbuldur və burada dinə zidd heç nə yoxdur. Qəzənfəroğlu isə vəhabi-nurçu olduğu üçün yanıb tökülür. Ona demək lazımdır ki, sənin dirindən millətə xeyir yoxdur, millətə vəkil olub xeyir vermək əvəzinə zillət vəkili olub erməni vandalizmi mövqeyindən çıxış edirsən. Amma Mirmövsüm ağanın qəbri belə kasıblara fayda verir. Orada yığılan nəzirlər kasıblara verilirsə bunun nəyi pisdir ki?
Daha sonra sərsəm fikirlərinə belə davam edir: "Sovet dövründə heç bu qədər nadanlıq, cahillik təbliğ olunmurdu." Yəqin Qəzənfəroğlu sovet vandallarının Bibiheybət məscidini necə dağıtmalarını xatırlayır. Əsil cahillik bu idi. Erməni vəhşiləri də Şuşadakı məscidləri dağıtmaqla məşğuldur. Bir erməni də tapılıb ölkəmizdəki ziyarətgahların abadlaşdırılmasının əleyhinə çıxır.
Sonra deyir: "Bunu İctimai TV-nin efirində etmək daha zərərlidir. Az qalsın desinlər ki, hər universitetin həyətində ziyarətgah açmaq lazımdır. Biz müasir dövrdə Molla Xəlil kimyagərlər dövrünə qayıdırıqsa hansı inkişafdan danışa bilərik?" Bayaq da dediyimiz kimi bütün günü demək olar bütün kanallar açıq-saçıqlığı, çılpaqlığı reklam edir, lüt müğənnilərin səslərini, bədənlərini təbliğ edir, Qəzənfəroğlu isə bir dəfə bu mənəviyyatsızlığa yox deməyib. Amma İTV-dəki mənəviyyatı təbliğ edən verilişə o saat reaksiya verir. Üstəlik inkişafdan danışır, amma məhz çılpaqlıq qədim dövrlərə aiddir, deməli bizim kanallar geridəqalmışlığı təbliğ edir və Qəzənfəroğlu susur. Hər universitetin həyətində bir ziyarətgah məsələsinə gəldikdə isə yəqin bilirəm ki, deputat hər universitetin, məktəbin kənarında kazino, kompyuter zallarının, bilyard salonlarının olduğunu gözəl bilir. Bir dəfə nə vaxt bu məsələləri qabardıb?
Nəhayət bütün din düşmənlərinin hiyləsini Fazil də işlədir: "Bu gün biz elmdən, onun təbliğindən danışmalıyıq" Eyniylə ateistlərin, Aqşin Yeniseyin, İlham Tumasın sözləridir. Dinlə elmi, şiə ilə kitabı qarşı-qarşıya qoymağa cəhdlər edilir. Amma bunun əvəzinə gedib şiə məscidlərindəki kitabarı oxumaq lazım idi. Qəzənfəroğlu elə danışır ki, sanki Lütfü Zadə olacaqdı, Mirmövsüm ağanın "cəddi" onun belindən vurduğu üçün ola bilmədi.
Sonda deyir: "Ona görə televiziyaların bu işini kəskin şəkildə qınayıram." Əlbəttə, ziyarətgahlardan danışan verilişin yayımlanmasına təhəmmül edə bilməyən Qəzənfəroğlunun yeri Adnan Oktarın verilişidir. Şiənin ziyarətgahından xoşu gəlmirsə buyursun getsin Adnan hocasının yanına, orada lüt qızlarla halay çəksin, göbəy rəqsi oynasın. Adnan Oktardan, Fətullah Güləndən yaxşı Molla Xəlil kimyagər heç yerdə tapılmaz.
Mənəviyyatdan danışan verilişləri kəskin qınayarsan, amma Samiraldonun, Elzanın, Elgizin çağırıldığı verilişləri nəinki kəskin, heç cüzi də olsa qınamağa "duxun" çatmır. Odur ki, özün ekran qarşısında otur, müğənnilərin alt paltarlarından bəhs edən verilişləri izlə.


635 بازدید
در حال ارسال اطلاعات...