Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2018

Azərbaycan bu iqtidar üçün dollardır, funt sterlinqdir

Parlamentdə gedən müzakirələrə baxanda (Az.tv-1) MM-i ya” vayxanaya” ya da ” toyxanaya” bənzədirsən
Azərbaycan bu iqtidar üçün pambıq tarlasıdır, örüş yeridir, istirahət ocağıdır, əyləncə mərkəzidir. Azərbaycan bu iqtidar üçün dollardır, funt sterlinqdir… Axı bu “kosmopolitlər”, “tolerantlar”, “multikulturallar” nə qanır Azadlıq, Vətən, Torpaq, Ölkə, Yurd, Millət, Xalq kimi müqəddəs möhtəşəmlikləri. Bu bir həqiqətdir ki, ölkədə Vətəndaş hüquqları olmadığı kimi hakimiyyətin məsuliyyəti də yoxdur. Sanki idarəçilik heç nəyə və heç kimə görə məsuliyyət daşımır. Son vaxtlarda baş vermiş məlum faciəvi hadisələr dediklərimin əyani sübutudur. İqtidar bütün çatışmazlığıyla hələ də hakimiyyətdədir. Hələ də başa düşmür ki, Azərbaycan vətəndaşlarının istəkləri qulaq ardına vurulmamalıdır. Axı heç də prezident səviyyəsində deyildiyi kimi insanlar demokratik cəmiyyətdə yaşamırlar. Ən azından az maaşlılıq və işsizliyin tüğyan etdiyi Respublikada demokratiyanın təntənəsindən danışmaq idarəçiliyin siyasi baxımdan liliputluğudur. Demokratiya azad seçgilərdən başlayır. Demokratik idarəçilikdə cəmiyyət inkişaf baxımdan daim təzələnir, kamilləşir. Bu bir həqiqətdir ki, hakimiyyət 25 il müddətində Azərbaycan xalqına nə iş, nə də azadlıq verə bilmədi. Bu iqtidar ədalətli cəmiyyətin bünövrəsini belə qoymağı bacarmadı. Siyasi, iqtisadi islahatlara hazır olmamaları göz önündədir. İdarəçilik ictimai dəstəyi itirdiyi halda hələ də geri çəkilməyi ağlına gətirmir. Respublikada gərəksiz fəaliyyət davam etməkdədir. Bir həqiqəti də bu yazımda bölüşmək istəyirəm. Torpaq uğrunda, Xalq uğrunda ölə bilsək də, mübarizə aparmağı bacarsaq da Kontitusiyamız uğrunda, qanunlarımız uğrunda “ölə” bilmirik, mübarizə apara bilmirik. Azad və demokratik ölkədə yaşamadığımız halda hansı əsaslarla vətəndaş hüququndan danışa bilərik. Ancaq nə qədər acı olsa da ölkə əhalisinin müəyyən hissəsi Konstitusion hüquqlarının nədən ibarət olduğunu bilmir. Ya da hüquqlarından xəbərsiz kimi görsənirlər. Sanki məzmunca Azərbaycan Respublikası feodalizm dövrünü yaşayır. Sanki Vətən Təhkimçilik həyatının ağuşundadır. Cəmiyyətdə hüquqi səviyyə aşağıdır. Bu boysuzluq hakimiyyəti qane edir.Vəzifə sahibləri daha çox feodallara oxşayır. Müəyyən insanlar hətta aldıqları nəfəsə görə daim kiməsə, kimlərəsə minnətdardır. Bu gün MM deputatları Xalqı yox ailə hakimiyyətini təmsil edir. Orada kifayət qədər təsadüfi adamlar var. Parlamentdə gedən müzakirələrə baxanda (Az.tv-1) MM-i ya” vayxanaya” ya da ” toyxanaya” bənzədirsən. Respublikada seçməmək, seçilməmək hüquqsuzluğu Azərbaycan dövlətinin siyasi sistemini darmadağın edib. Ümumiyyətlə, mənim üçün çox maraqlıdır, görəsən, hakimiyyətdə əsas, ümumi, şəxsi hüquqları bir-birindən ayıran, oxşar və fərqli cəhətlərini bilən neçə nəfər var? Barmaqlarımın sayından çox olacaqlarına inanmıram. Ər-arvad-qohum-quda-qonşu və dostlardan ibarət idarəçilikdə savad nə gəzir? Savad da saman çuvalı deyil ki, samanlıqda doldurasan. Hakimiyyət Xalq üçün qəlp pul qədər dəyərsiz, əhəmiyyətsiz görünür. İqtidar özünü əhalinin gözündə mənasızlaşdırıb. Əgər iqtidar prezidnt, parlament, bələdiyyə seçkilərini Xalqdan çox “uzaqlarda” keçirirsə, deməli, doğurdan da gərəksizdir. Çox illərdir Respublikamız qanunlarsız bir dövrə qədəm qoyub. Əvəzində isə ölkədə “cəngəllik” həyatı yaşanır. Bir həqiqəti idarəçilik unutmasın ki, canını götürüb qaçan tək qurban deyil, qovan da “cəngəlliklər” qanununda qurbandır. Çox təəssüf ki, siz dövlətçiliyi oyun-oyuncaq bildiniz. Əks halda qohum-əqrəbadan ibarət komanda yaratmazdınız ki.Siyasi institutları bitirən məzunları küçələrə qovmazdınız ki. Bir qədər uzaq düşünə bilsəydiniz, boğazınızdan nə bir qurtum su, nə də bir tikə loxma keçməzdı. Çünki “cəngəlliklər” həyatının nə STARTI, nə də FİNİŞİ var.

Hikmət Nikbin


432 بازدید
در حال ارسال اطلاعات...