Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2018

DÖVLƏT XADİMLƏRİNİN BƏLASI VƏ BƏLANIN QARŞISINI ALMAQ YOLU

Bəla o vaxt zirvə həddinə çatır ki, dövlət məmuru öz işləri ilə tanınıb ictimai nüfuz əldə edir
Dövlət xadimləri icra işləri ilə məşğul olduqlarından və vaxtlarının çoxunu məmləkətin idarə olunmasına sərf etdiklərindən müəyyən məsələlər onların diqqətindən yayınacaq və bir çox hadisələri düzgün dəyərləndirə bilməyəcəklər. Nəticədə başlarını itirib məmləkətin problemlərinə biganə qalacaqlar.

Bu bəla o vaxt zirvə həddinə çatır ki, dövlət məmuru öz işləri ilə tanınıb ictimai nüfuz əldə edir. Bu vaxt onları vəziyyəti düzgün qiymətləndirməmək bəlası ilə yanaşı ictimai rəyə ifrat bağlılıq təhlükəsi də hədələyəcək. Beləcə, dövlət işçisi həm məmləkətdə baş verən hadisələri düzgün qavramayacaq, həm də şəxsi, ibadi məsələlərinə etinasız qalacaq.

Bu bəlanın qarşısını almaq üçün elm və təcrübə sahibləri ilə məşvərət zəruridir. Həzrət Əli (ə) buyurur:
“(Din) alimləri ilə ünsiyyətdə çox ol, hikmət sahibləri və mütəxəssislərlə də çox söhbət et! O, sənin məmləkətinin sahmana düşməsi səbəbidir və səndən əvvəlkilər üçün də belə olmuşdur.”


645 بازدید
در حال ارسال اطلاعات...