Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2018

PROBLEMLƏRİN HƏLLİ VƏ XALQIN ÇƏTİNLİKLƏRİNƏ DİQQƏT

Problemlərin həlli, maddi və mənəvi ehtiyacların təmini hökumətin vəzifələrindəndir.
Həzrət Əlinin (ə) “ətliq ənin-nasi uqdətə kulli hiqd” buyuruğundan məlum olur ki, problemlərin həlli, maddi və mənəvi ehtiyacların təmini hökumətin vəzifələrindəndir.

Aydın məsələdir ki, insanlar öz bəşəri fitrətlərinə uyğun olaraq, istəklərinə nail olmadıqda hökumət məmurlarını müqəssir sayırlar. Onlar elə düşünürlər ki, hökumət problemləri aradan qaldırmaq, onların istəklərini təmin etmək gücündədir. Təbii ki, hökumət xalqın istəklərini ödəyə bilmədikdə məsullara qarşı kin-küdurət baş qaldırır və belə bir münasibət hökumətin bünövrəsini süstləşdirir.

Hakim xalqın istəklərini yerinə yetirə bilmədikdə islami ədəb və əxlaqla xalqın qarşısına çıxmalı, onları mövcud imkansızlıqlarla tanış etməlidir. O problemlərin həlli üçün xalqdan məsləhət istəməli, bir sözlə, istənilən bir yolla onların razılığını qazanmalıdır.


76 بازدید
در حال ارسال اطلاعات...