Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2018

ZALIMIN LABÜD MƏĞLUBİYYƏTİ

Allah zalımın çöhrəsindən niqabı qaldırıb onun əsil simasını tanıtdırdıqdan sonra məzlumlar Allaha güvənərək zalıma qarşı çıxasıdır
ZÜLM VƏ ONUN NƏTİCƏSİ

وَمَنْ ظَلَمَ عِبَادَ اللهِ كَانَ اللهُ خَصْمَهُ دُونَ عِبَادِهِ، وَمَنْ خَاصَمَهُ اللهُ أَدْحَضَ حُجَّتَهُ، وَكَانَ لله حَرْباً حَتَّى يَنْزعَ وَيَتُوبَ

Həzrət buyurur: “Hər kəs Allahın bəndələrinə sitəm qılsa, Allah öz bəndələri tərəfindən ona düşmən kəsilər. Hər kəs Allahla düşmənçilik etsə, Allah onun məntiqini alar, belə bir şəxs ölənədək və ya tövbə qılıb Allah yoluna gələnədək savaş mövqeyində qalar.”

ZALIMLA KİM HESAB ÇƏKƏCƏK?

Həzrətin “mən zələmə ibadəllahi kanəllahu xəsməhu” buyuruğundan aydın olur ki, Allahın bəndələrinə qarşı çıxan kəs Allaha qarşı çıxmışdır və onunla Allah hesab çəkəcək. Yəni Allah məzlum bəndəsi tərəfindən zalıma qəzəb göstərər, onun başına əzab yağışı yağdırar. Necə ki, körpəyə zülm etmiş şəxs əslində onun atası ilə üzbəüz dayanmış olur. Zülm olunmuş övladın atası bu zülmü özünə qarşı görür və zalıma qarşı ayağa qalxır. Bəli, ata-övlad rabitəsi belə bir himayə doğurur.
Allahın rəsulu buyurur: “Allahın bəndələri onun ailəsindəndir.” (“Əl-fiqh”, səh.369.) Bütün insanlar Allah tərəfindən himayə olunurmu? Aydın məsələdir ki, zülmə uğradıqda müdafiə olunub haqqını ala bilməyənlərə görə Allah zalımların sorağına gəlir.
Görən, övladın ataya bağlılığı güclüdür, yoxsa bəndənin Allaha bağlılığı?!

ZALIMIN LABÜD MƏĞLUBİYYƏTİ

Zalım şəxs Allaha qarşı çıxmışdır və yalnız xalqa münasibətdə zora və quldurluğa güvənir. Allah bütün qüdrətlərin fövqündədir. (“Fəth” surəsi, ayə 10.) O zalımın simasını ifşa etməklə sübuta yetirir ki, onun hərəkəti məntiq və dəlilə yox, quldurluq və zülmə əsaslanır. Məlum məsələdir ki, Allah zalımın çöhrəsindən niqabı qaldırıb onun əsil simasını tanıtdırdıqdan sonra məzlumlar Allaha güvənərək zalıma qarşı çıxasıdır. Bu savaşda məzlumlar Allah tərəfindən himayə olunduğundan onlar qalibdir və zalımların məğlubiyyəti labüddür.


637 بازدید
در حال ارسال اطلاعات...