Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2018

Pərvərdigara, hər nəyəmsə Sənin bəndənəm...

Ya Rəbb, məni yada salıb yoxluqdan var etdin...
Əzizlər, şeyx Bəhainin rəvayət etdiyi Tövbə adlı kişi kimi hər gün nəfsimizi hesaba çəkməyimiz zəruridir. O, altmış yaşında ikən 21500 gün yaşadığını hesablayıb, nalə çəkdi: “Vay olsun mənə! Əgər gündə bir günah etmiş olsam, 21500 günaha batmışam. Bu qədər günahla Allahın görüşünə gedə bilərəmmi?!” Bu sözləri deyib huşunu itirdi və dünyasını dəyişdi!
Pərvərdigara, hər nəyəmsə Sənin bəndənəm, Sənin iradənə tabeyəm və qaçmağa bir yerim yoxdur. Ya Rəbb, məni yada salıb yoxluqdan var etdin, tərbiyələndirib ruzi verdin. İndi də Səndən istəyirəm ki, əvvəlki ehsanlarının davamı olaraq dünya və axirət əzabından məni qurtarasan!

Bu eşqdən hər könül məstanə olmuş,
Dağlara daşlara yolunu salmış.
Vəsl olmuş ruhumuz alır güc ondan,
Ömür tükənər eşq tükənən zaman.
Rəhmət dünyasında gəlmişik cana,
Varmı ondan başqa yanan insana.
Hər zərrə dolanır nəvazişindən,
Yaxşı bizləri də qurtardı qəmdən.
Lütfüylə çəkilib qayıdır nəfəs,
Bir Odur bu ruhda saxlayır həvəs.
Kainat qurulub bu mərhəmətdən,
Eşq yağışı yağır altı cəhətdən.
Vüsalı arzular fərağın duyan,
Bilməz bu dünyanın eyşinə uyan.
Əlbət hicranın da şirinliyi var,
Çünki qışdan sonra gələsi bahar.

(“Ey Məbud, ey Ağam, ey Rəbbim! Səni belə görməyim mümkündürmü ki, Sənin yeganəliyini etiraf edəndən, qəlbim mərifət nuru ilə işıqlandıqdan, dilim Sənin zikrinlə danışandan, batinim eşqinin bəndinə düşdükdən, tövhidinə sədaqətlə etirafından, hüzurunda müti dualarımdan sonra mənə odda əzab verəsən?!”

Xeyr, and olsun müqəddəs zatına, heç bir peyğəmbər, imam, övliya, arif, aşiq, abid, zahid, tövbəkar belə deməyib və belə də deyil. Həqiqət budur ki, öz bəndənə Qiyamət günü lütfünlə nəvaziş göstərəcək, mərhəmət göstərib nöqsanlarını bağışlayacaq və Behiştdə aşiqlərlə birgə yer verəcəksən.


1037 بازدید
در حال ارسال اطلاعات...