Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2018

Vüsal bəy, səni yaradan yoxdursa sən niyə varsan?

Yaxşı müəllimin yetişdirdiyi şagird əla qiymət almırsa, deməli yaxşı müəllim yoxdur
Vüsal Məmmədov adlı əvvəli – özünün dediyi kimi dindar olan, sonralar güya elm yoluyla Allahı "itirən" bir ateist yazır ki, Allah yoxdur, əgər olsaydı dünya sözün konkret mənasında gülüstan olardı.
Ateizmin haqlı olduğunu dediyinə görə elmlə tapıb. Amma müsahibəsində elmi nəyəsə rast gəlmədim. Çox primitiv, savadsızcasına mühakimə yürüdür. Hətta bu cür savadsız insanın Allahla bağlı sözlərini oxuyan ateist düşünmədən "bu adam "Allah yoxdur" deyirsə, deməli Allah həqiqətən var" deyib müsəlman olar. Gəlin, elmə "istinadən" söylədiyi fikirlərə nəzər salaq:
1. Deyir dünyada bir nəfər də olsa alçaq adam varsa deməli Allah yoxdur. Demək istəyir ki, Allah varsa, yaxşı olmalıdır, yaxşıdırsa niyə yaratdığı yaxşı deyil? Yaxşı deyilsə deməli Allah yoxdur. Yəni, demək istəyir ki, yaxşı müəllimin yetişdirdiyi şagird əla qiymət almırsa, deməli yaxşı müəllim yoxdur. Yaxşı atanın tərbiyə verdiyi övladı fərsiz çıxırsa, deməli yaxşı ata yoxdur, ailə mühitindən başqa mühit, xarici amillər də yoxdur ki, deyək uşaq gedib bayırda tərbiyəsi pozulub. (Vüsalın məntiqindən belə çıxır) Elə həmin müsahibəsində deyir ki, Allahı biz özümüz uydurmuşuq. Qorxanda özümüzə pənah yeri olaraq Allaha sığınırıq. Yəni demək istəyir ki, əslində Allah bizim qorxu, ümid zamanı meydana gətirdiyimiz nəsnədir. Əlbəttə, bu, yeni şübhə deyil, əsrlərdir bu deyilir, bunu Vüsal özündən çıxartmayıb. Bu şübhəyə həlli cavab vermək olar. İmam Sadiq (ə) ağanın gəmiçiyə bir sözü var. Buyurur ki, heç gəmidə olanda gəmi deşilib, içinə su dolubmu? Gəmiçi deyir bəli. Ağa daha sonra buyurur ki, heç kömək ummusanmı? Gəmiçi deyib bəli. İmam buyurub ki, o qəlbindəki elə Allahdır ki, ondan mədəd umursan. Baxın, qorxu, qorxu anında kömək istəmək hamıda var, amma hərə bir rakursdan baxır. Biri Vüsal kimi qədim ateistlərdən iqtibas edib deyir Allahı qorxu məqamında özümüz düzəltmişik, digəri İmam Sadiq (ə) kimi insana düşündürücü sual verir.
Vüsalın da bir daha xatırladığı şübhə əslində mənasızdır. Birincisi ona görə ki, insanın aciz varlıq olması şübhəsizdir. Məsələn insan vəhşi heyvanların olduğu meşədə, zəlzələ məhhəllində qorxaq və acizdir. O, ruhunun dərinliklərində özündən güclü qüvvənin olduğuna inanır. Bu hissi yaradan hər kimdirsə - müsəlman deyir Allahdır, kafir deyir materiyadır, o biri deyir nə bilim bing bang, Vüsal bilmirəm nə deyir – nəhayətdə hamı dünyanın biri tərəfindən yaradıldığını qəbul etdiyi kimi özündən güclü varlığın olmasına da inanır. Ona görə ondan mədəd umur. Nəinki əslində belə bir varlıq yoxdur və biz dara düşəndə onu özümüzdən uydururuq. Onda Vüsalın sözündən belə çıxır ki, universitetə daxil olmaq istəyən abituriyent yaxşı müəllim axtararkən əslində "yaxşı müəllim" obrazını tələbə olmağa, elmə olan məhəbbət və şövqündən uydurur. Yaxud da dünyada heç bir imdad təşkilatları yoxdur, FHN yoxdur, insanlar təbii fəlakətlərdən qorxduqları üçün yanğın söndürənlərə, vadalaslara, xilasedicilərə inanır! Yəni Vüsal bəy - Allah eləməmiş – dənizdə qərq olsa qışqırıb köməyə heç kimi çağırmayacaq, deyəcək ki, xilasedici deyilən bir şey yoxdur, mən qorxduğum üçün bunu özümdən uydururam. Bu nə məntiqdir?
Əclaf adama gəldikdə isə Allah-Təala insana ağıl verib. Başqa vaxt ateistlər deyir elmli olmağı ağılım mənə deyir, ağılım var ki, gedib ziyalı olmuşam. İnsan robot deyil, bunu hamı bilir. Məhz bu ağılla Allah insanı üzüzə qoyub ki, o ağlından istifadə etməklə düzü əyridən seçə bilsin. Bir məsələyə diqqət edək: Vüsal deyir ki, insanlar qorxu zamanı Allahı özlərindən düzəldiblər. Əgər insanlar arasında bir nəfər əclaf, alçaq olmasaydı, hamısı adam balası kimi özünü aparsaydı, Vüsal kimilər deyəcəkdilər ki, Allah yoxdur, insanlar pisin nə olduğunu bilmədikləri üçün deyirlər bizi yaradan Allah gözəldir. Yaxud deyəcəkdilər ki, insanlar Allaha "yaxşı" deməyə məhkumdur, çünki "Allah yoxdur" demək pisdir və insan pisin nə olduğunu bilmir deyə, deyir Allah yaxşıdır.
2. Sonra deyir ki, Allah pislik edənlərə cavab verməlidir, çünki məsuliyyət daşıyır. Ona görə ki, pisləri o yaradıb. Əgər bu adam kimlərinsə projesi deyilsə səmimi olaraq ateizmi seçib Allahı inkar edirsə, bilsin ki, əslində Allahı düzgün dərk eləməyib. Konkret olaraq öz təsəvvüründə düzəltdiyi "Allahı" qayıdıb inkar edib. Çünki düz düzəltməyib (doğru düşünməyib). Kim deyir ki, pis insanları Allah cəzalandırmır? Bəs məsələn, İsrailin keçmiş baş naziri Ariel Şaronu, Fironu, Qəzzafini, Səddamı kim cəzalandırdı? İndi cavabında qayıdıb desə ki, Ariel Şaron xəstə idi öldü, Qəzzafini NATO öldürdü, Səddamı ABŞ asdı, bəs yaxşı bütün bu hadisələrin bu cür irəliləməsinin ilahi qüdrət əsasında olmasını kim inkar edə bilər. Ariel Şarona o xəstəliyi kim müsəllət edib? Ağılsızlıq edib özünə zərər vurubsa, nə üçün ağılı olmayıb? Ağlını kim əlindən alıb. Hansı pis əməlləri səbəb olub ki, ağlı əlindən çıxıb. Bütün bunlarda Allahın ilahi hikmətini axtaran şəxsin yanlış yolda olduğunu kim sübut edə bilər? Hər şeydən əli üzülən şəxs, sözün qurtaran yerində "Allah var ki, bu işləri də görsün" deyə bilər, o da onun şəxsi fikridir. Yoxdursa bəs hansı Allahdan danışır? Əslində özü pak fitrətindən dilə gəlib deyir Allah əclaf yarada biməz. Biz də onu deyirik, insan sonradan dönüb əclaf olur. Görmürsünüz ki, bütün insanlar dünyaya körpə, lüt-əccəbala – əclaf, alçaq, ateist, irz düşməni, qatil olmadan gəlir? Sonradan əclaflaşır, alçaqlaşır, şərəfsiz (ateist) olmağı qarşısına məqsəd qoyur.
Yaxşı, sonradan alçaq, əclaf olmağı qərara alan insanı Allah yaratmayıbsa, bəs kim yaradıb? Bu əclafın var oması danılmaz faktdır. Bu hazırda mövcuddur. Deməli bunu mövcud edən də var. Varsa deməli onu mövcud edən də əclafdır? Axı özün deyirsən ki, əclafı yaradan Allah kimi yaxşı birisi ola bilməz. O əclafı mövcud edən də, lap onu mövcud edəni mövcud edən də belə çıxır ki, əclafdır? Ən birinci mövcud edən də əclafdırsa, onda yaxşını kim xəlq edib?

ardı var


882 بازدید
در حال ارسال اطلاعات...