Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Yanvar 2018

CƏMİYYƏTİN QORXULU DÜŞMƏNİ

“Agah olun ki, yoxsulluq və ehtiyac bəlalar sırasındandır.”
İnsan və cəmiyyət üçün yoxsulluq və ehtiyac qorxulu və öldürücü xəstəlik kimidir ki, ona mübtəla olanların qüvvətli imanları olmasa, onları hər an məhv etmək, küfr və allahsızlıq həddinə çatdırmaq imkanına malikdir.
Din böyüklərinin sözlərində deyildiyi kimi:
“Yoxsulluğun küfrə gəlib çıxmasına az qalır.” (“Qürərül-hikəm”, səh.164)
Əliyyibni Əbi Talib (əleyhissalam)-ın dürr kimi sözlərindəndir:
“Agah olun ki, yoxsulluq və ehtiyac bəlalar sırasındandır.”
Bu qısa ifadədən, din rəhbərlərinin yüzlərlə başqa bəyanlarından həyatın təmin olunmasının, cəmiyyətin və fərdin iqtisadi əsaslarının gücləndirilməsinin, yoxsulluqdan və dilənçilikdən gələn zərər, xətər və onunla mübarizənin əhəmiyyəti tamamilə aydın olur.
Yoxsulluqla və ehtiyacla mübarizə yoxsulun, dövlətin və dövlətlinin özünün vəzifəsidir. Bu üç təbəqə bu xəstəliklə mübarizə aparmalıdır ki, cəmiyyət və ayrı-ayrı fərdlər ondan gələn bəlalardan hifz olunsun.
Lakin kasıbın və ehtiyac içində olanın özü iş, fəaliyyət və qənaət vasitəsi ilə bu xəstəliyin şiddətlənməsinin qarşısını almalıdır. Fərdin və cəmiyyətin yoxsulluğu və möhtac olmasının təsirli amillərindən sayılan arsızlığı, işsizliyi və ya az işləməyi özündən uzaqlaşdırmalı, yaşayışın müxtəlif sahələrində yeməkdən, içməkdən, xülasə hər şeydən qənaətlə istifadə yolu ilə getməli və beləliklə, yoxsulluğun, ehtiyacın və zillətin doğurduğu çətinliklərin qarşısını almalıdır:
Hədisdə deyildiyi kimi: “Qənaət edən yoxsul olmaz.”
Lakin dövlətin vəzifəsi budur ki, xalqın həyatının ilkin, zəruri tələbatının ödənilməsinə ciddi diqət yetirsin, millətin adam başına gəlirinin bütün sahələrdə və bütün təbəqələri arasında artırsın, yersiz əyyaşlıq, eyş-işrətdən və zinət şeyləri toplamaqdan, zəruri olmayan əyləncələrlə məşğul olmaqdan və ya xüsusi təbəqə və qruplara üstünlük verməkdən çəkinsin, hamının mənfəət götürə biləcəyi müəssisələrdə iş yeri açmaq və ya hamının kəsbkarlıq etməsinə aid proqramları həyata keçirsin. Birinci növbədə ölkənin bütün məntəqələrində xalqın su, çörək, mənzil, sağlamlıq və təlim-tərbiyəsini təmin eləsin. Gərəksiz və faydasız heykəllər qoydurmaqdan çəkinsin, dünyadan göçüb getmiş bir şairin qəbrini təmir etdirmək və ya sümükləri belə çürümüş bir qəhrəmana həddindən artıq ehtiram göstərmək əvəzinə, sağ şairləri və qəhrəmanları yoxsulluqdan və ya çətinlikdən xilas etsin, kamil şairlərin və dindar sənətkarların yetişməsinə çalışsın, onların qanadlarına daha çox azad uçmaq imkanı versin ki, təbii istedadlar və ilahi qabiliyyətlər daha layiqli şəkildə açılıb çiçəklənsin.
Xülasə, dirilərin dərdinə qalsın, zülm görmüş millətinin ürəyinin qanını bihudə bayramlara, əcnəbiləri və xariciləri qarşılamağa sərf etməsin.


515 بازدید
در حال ارسال اطلاعات...