Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2018

İranın dağılmasını arzu edən vətəndaşlarımıza çox yox, 10 sual

Gözüqapalı halda İran haqda hədyanlar yağdırmaq asandır, amma bu suallara cavab vermək lazımdır
İranda hadisələr, aksiyalar davam etdikcə ölkəmizdə buna sevinən insanların sevinci də birə min artır. Əlbəttə, bu, ona görədir ki, hər nə qədər bu ölkdə aksiyalar davam edirsə bu, İran dövlətinin ziyanınadır. Amma bir həqiqəti unutmamalıyıq ki, nəinki İranda, isitənilən ölkədə bu cür aksiyalar baş verəndə, dağıntılar, qanunsuz hərəkətlər, maşın yandırmaları, obyektlərə hücum kimi hadisələrin baş verməsi həmin ölkənin xalqı üçün təhlükəli və qorxuludur.

1. Elə ilk sualımız bu olsun: İranda yaşayan soydaşlarımızın bu cür qorxu, təhlükə altında yaşaması sizə ləzzətmi edir?

2. Azərbaycanda bir para adam qəzetdə, saytda, saytların şərhlərində, sosial şəbəkələrdə İran əleyhinə yaman danışır və fars rejiminin (onlar İran dövlətini "fars rejimi" adlandırır) dağılmasını və azərbaycanlıların (məqsəd İrandakı azəri dilli insanlardır) öz azadlıqlarına qovuşmasını arzu edir. Görəsən anlamırlar ki, orada etiraz edənlərin çoxu farsdır və onlar güya ölkəni alıb azərilərə verəcəklər?

3. İranda aksiyalar Azərbaycanda qeyd edilən Həmrəylik günü ilə də üst-üstə (31 dekabr) düşdü. Həmin günlərdə Zəncanda, Təbrizdə, Ərdəbildə yaşayan azərilər izdihamlı yürüş keçirib dövlətə və dövlət rəhbəri olan Ayətullah Xameneiyə öz sədaqətlərini və sevgilərini nümayiş etdirdilər. Bəs haradadır manitor arxasından İran türklərini haqlarını tələb edib, həmrəylik günü keçirən həmvətənlərimiz? Nə üçün təbrizlilərə, ərdəbillilərə, zəncanlılara qoşulub onları müdafiyə etmirlər?

4. İran rəsmiləri bəyanat yaydılar ki, sosial şəbəkədə İran əleyhinə fəaliyyət göstərənlərin hamısı xarici düşmənlərdir. İsrail, ABŞ da prezident Tramp başda olmaqla aksiya keçirənləri dəstəklədilər. Doğrudan da bizim sadəlövh insanlar inanır ki, Amerika İranı parçalayıb Azərbaycana qatacaq və böyük Azərbaycan yaradacaq? Məgər bu sadəlövh insanlar bilmir ki, ABŞ dünyada özünü güclü görmək istəyir, hətta türk dünyasının ən qüdrətli dövləti hesab edilən Türkiyəni də özünün qulbeçəsi bilir. Sovetləri parçalayan, hazırkı Rusiyanın qüdrətini azaltmağa çalışan ABŞ böyük qüdrətli Azəbaycan dövlətimi yaradacaq? Əgər yaradacaqsa, onun bu cür planı, həvəsi, gücü, azərilərə məhəbbəti varsa nə üçün Qarabağı almır? Ala bilmir?

5. İranda azərilərin hüquqlarının özlərinə qaytarılacağına düşünənlərin neçə faizi oradakı azərilərdən bu barədə soruşub? Orada neçə faiz azəri öz məktəbindən narazıdır? Orada neçə faiz azəri fars hərflərini atıb azərbaycanlıların hazırda yazdığı latın əlifbası ilə yazmağa maraqlıdır?

6. "Öz hərflərimiz", "öz dilimiz" deyən həmvətənlərimizi anlamıram. Əslinə qalanda bizim öz hərflərimiz Məhəmmədəmin Rəsulzadə zamanında elə fars əlifbası olub. Nə üçün öz hərflərimizə qayıtmaq istəmir bu insanlar? Daha sonralar Sovet hakimiyyəti gəlib ərəb-fars hərflərini yığışdırıb kiril əlifbasını zorla xalqa sırıdı. Ata-babamız 70 il kril əlifbasında yazmayıbmı? Yoxsa o zamanlar biz Sovet rəhbərlərinə etirazmı edirdik? (Qeyd edim ki, indi də biz öz hərflərimizlə deyil latın əlifbası ilə yazırıq)

7. Sevinən vətəndaşlarımızın yaxşı yadındadır ki, təqribən 8 il bundan əvvəl İranda yenə bu cür iğtişaşlardan biri baş vermişdi. O zamanlar bu iğtişaşlara seçkidə Mahmud Əhmədinejada uduzan Mirhüsyen Musəvi rəhbərlik edirdi. Türkdür Mirhüseyn və bizim o zaman da İranın dağılmasından ötrü "nəzir çıxaran" vətəndaşlarımız "bütün ümidlərini" Mirhüseyn Musəviyə bağlamışdı. O gəlib İranda türk dilini, məktəbini, türklərin hüquqlarını özlərinə "qaytaracaqdı". Halbuki zavallılar anlamırdı ki, Mirhüseyn Musəvi İran İslam Respublikasında 8il baş nazir, yəni ölkənin (ali dini lideri və prezidentindən sonra) 3-cü ən yüksək postunda oturmuşdu. O zamanlar nə üçün türk onun yadına düşmürdü? (Sözümüzün canı bundan ibarətdir ki, onun sonrakı dava-dalaşı türk haqq-hüququ üstündə deyildi, İranı gözü götürməyən qüvvələrə xidmət edirdi)

8. Manitor arxasında İranın dağılmasını arzu edənlər görəsən hazırda Azərbaycan iqtidarının tərəfdarıdır, yoxsa müxalifətin? Əgər iqtidar tərəfdarıdırsa nə üçün İranın dağılmasını arzu edirlər? Axı Azərbaycan iqtidarı İranla dost-qardaş ölkə kimi keçinir. Nə üçün bu insanlar İranın dağılmasını, Azərbaycanın böyüməsini arzu edir? Axı Azərbaycanın rəsmi olaraq İrana ərazi iddiası yoxdur. Bizim dövlətimiz Qarabağ və ətraf rayonların qaytarılmasında maraqlıdır. Yəni işğal edilmiş 20 faiz torpaqlar. Bizim dövlət nə Təbriz, nə Ərdəbil nə də başqa türk dilli məntəqənin iddiasını eləmir. Heç görmüsünüz ki, Əli Həsənov, Syavuş Novruzov, Əli Əhmədov efirdə İran əleyhinə danışsın? Siz iqtidarçısınızsa nə üçün iqtidarın mövqeyindən çıxış etmirsiniz? Yox əgər müxalifətçisinizsə nə üçün öz tapdalanan haqlarınızı tələb etmirsiniz? Nə üçün manitor arxasında cürətlənib İranın dövlətinin aradan getməsini arzu edir, oradakı etirazçılara dəsətk olur, onların hər gün bir-bir, iki-iki ölməsinin tərəfdarısınız, amma özünüz qorxunuzdan zalım bildiyiniz iqtidarın əleyhinə küçələrə tökülmürsünüz? Əgər pis hakimiyyətə qarşı aksiya keçirtmək yaxşıdırsa siz niyə keçirtmirsiniz, yox əgər hakimiyyəti pis bilmirsinizsə, nə üçün müxalifətsiniz?

9. Böyük türk, ulu türk deyirsiniz, amma türk dünyasının ən qabaqcıl dövləti sayılan Türkiyə rəsmi olaraq bəyanat verib İrandakı iğtişaşları pislədi. Maraqlanmaq istəyənlərin "google"yə müraciət etməsi yetərlidir. Bəs siz nə üçün 31 dekabrda Dünya Azərbaycanlılarının Həmrəylik gününü qeyd etdiyiniz halda Türkiyə dövləti ilə həmrəy deyilsiniz? Özünüzdən də soruşası olsaq Türkiyəni həm islam, həm də türk dünyasının ən sivil, modern, qabaqcıl, yaxşı siyasət aparan dövləti hesab edirsiniz.

10. Həmin Ərdoğan da başda olmaqla heç bir türk oğlunun İranla ədavəti yoxdur. Rəcəb Təyyib Ərdoğan özü Türkiyə üçün hətta təhlükə görərkən İrana gedib Ali Dini Liderlə görüşüb onun təcrübələrindən istifadə etməyə üstünlük verir. (Son İraq Kürdüstanı olaylarından sonra bir daha Ərdoğan İrana gedib Ali Dini Liderlə görüşdü) Bundan əlavə, İran İraqdakı türklərin, Mosul, Kərkür türklərinin halına da yanır. İranın ermənilərlə əlaqələrini 100 dəfə şişirdəndə bir dəfə də insaflı olub bu həqiqətləri demək lazım deyilmi? Yoxsa siz türklərə bu qədər yardım edən İranın dağılmasınımı istəyirsiniz?

Gözüqapalı halda İran haqda hədyanlar yağdırmaq asandır, amma bu suallara cavab vermək lazımdır. Əks halda İsrail, ABŞ kimi qaniçən rejimlərin əlaltısına çevrilmiş olacağıq.


696 بازدید
در حال ارسال اطلاعات...