Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2018

Fazil Mustafa İranlı soydaşlarımızı özü kimi "asta qaçan namərddir" babından bilir

Qəzənfəroğlu vaxtilə hakimiyyətləri sıradan çıxandan sonra keçmiş prezident Elçibəyin təmsilçisi kimi "dabanına tüpürüb" Türkiyəyə qaçmışdı.
Bütün günü İran və şiə əleyhinə irəli-geri danışan Fazil Qəzənfəroğlunun ABŞ-ın İran xalqını (əslindəsə bir dəstə adam) dəstəkləməsi məsələsinə olan münasibətini oxudum. Müsahibənin əvvəlində İranın tərəfini saxladığı təsəvvür edilsə də əslində qarnının ağrısı tamam başqa imiş. Özü deyir ki, dünyanın bu vaxtında İrandakı xaos bizə lazımdırmı? Suriya ilə həmsərhəd olan Türkiyənin durumunu məgər görmürsünüz? 3 milyonluq bir qaçqın köçünün altında əzilmiş durumdadır.(Sitatın sonu)

Təbii ki, indiyədək Qəzənfəroğlu Suriya əldən gedərsə növbə Türkiyəyə, daha sonra İrana çatacaq kimi fikirləri çox eşidib. Onun əslində ehtiyatlandığı mövzu da Türkiyə mövzusudur. İran bəhanədir.
Amma müsahibəsində adəti və xisləti üzrə bir çox tərbiyəsizliklərə və dardüşüncəliliyə yol verib.
Məsələn, dörd abzasdan ibarət olan müsahibənin ikinci abzasında deyilir ki, İranda xaos olsa güneyli soydaşlarımız Azərbaycana üz tutacaq. Adam, hamını özü kimi namərd hesab edir. O, vaxtilə hakimiyyətləri sıradan çıxandan sonra keçmiş prezident Elçibəyin təmsilçisi kimi "dabanına tüpürüb" Türkiyəyə qaçmışdı. Orada bir sıra çirkli və qaranlıq işlərlə məşğul olmuşdu. Qaçanda da "asta qaçan namərddir" fikrini əsas götürsə də möhkəm qaçan namərdlərdən olmuşdu. İndi elə bilir ki, İran türkləri də namərdlik edib ölkəni qoyub qaçacaq. Çünki adam iranlıların gücünü həzm edə bilmir, anlamaq istəmir ki, iranlı mücahidlər ABŞ himayəsində olan şahı devirən, yenə ABŞ, SSRİ, Avropa, İsrail tərəfindən dəstəklənən Səddama qalib gələn xalqdır. (Hələ Qasim Süleymaninin İŞİD üzərindəki zəfərindən sonra Qəzənfəroğlunun ürəyindən İŞİD olmaq keçib)

Qəzənfəroğlu oradakı aksiya keçirən insanları xalq kimi qələmə versə də əslində hay-küy salan bir dəstə insandır. Halbuki Ali Dini Lider Ayətullah Xameneinin bir işarəsi ilə milyonlarla insan küçələrə çıxıb nizama dəstək nümayiş etdirə, Allah ordusunun əsgərləri isə həmin təxribatçıları məhv edə bilərlər. Amma Ali Məqamlı Rəhbər sosial vəziyyətə etiraz edən vətəndaşları da öz övladı hesab edir, öz xalqının şiəsini təhqir edən Qəzənfəroğlu isə atasının tərbiyəsini unudubsa da Ayətullah Xameneidən əxlaq dərsi öyrənə bilər.

Saxtakar deputat Bəşər Əsədi də yad etməyi unutmayıb. Ali Məqamlı rəhbərin və nizami ordunun qüdrəti burdan bilinir ki, başda ABŞ və İsrail olmaqla bir çox ölkələr Bəşər Əsəd getməlidir dedilər. Amma Ayətullah Xamenei bir əsgərini (General Qasim Süleymani) Suriyaya yollayaraq - Suriya dövləti qalmalıdır - deməsi bəs etdi. ABŞ, Avropa və bir neçə satqın ərəb ölkələri tam güclərilə Suriyada 6 ildən sonra məğlub olduqlarını etiraf etdilər.

Diqqətimi çəkən saxtakar və bir o qədər də tərbiyəsiz deputatın oradakı türklərlə bizim ölkənin türkləri haqqında işlətdiyi iki kəlmə oldu. Deməli, oradakı türklər haqqında "güneyli soydaşlarımız" deyir, buradakı türklər, yəni özümüz haqqında isə "anlaqsız sürüsü", "anlaqsız dinçilər" ifadəsini işlədərək bizim itə tök olduğumuzu deyir. Təəccüblüsü bundan ibarətdir ki, orada "türk" adlandırılanlar da azəridir, bizim Azərbaycanımızdakılar da. Oradakılar da şiədir (oranın türklərinin demək olar böyük əksəriyyəti şiədir) buradakılar da. Amma zavallı adamın ikiüzlü deyil, çoxüzlü olduğu bəllidir. Çünki oradakıları əzizləyir, amma buradakıları təhqir edir, halbuki hər iki ölkədəki azərilər şiədir. Sitat: "Azərbaycandan gedib Əsədə qarşı Suriyada döyüşməyini yəqin xatırlayırsınız. Azərbaycanda da bu cür adamları itinə tök. Qarabağ üçün savaşmazlar, ancaq bir siyasət mollasının çağırışı ilə vətəni dünəndən satarlar." Təəssüf ki, o, anlamır ki, Azərbaycandakı qeyrətli şiələr hansısa bir əşyası haqqında "itə ataram ya da satmaram" deyə bilərlər, amma vətəni nə Fazil kimilərin ayağına atarlar, nə də yada satarlar. (Yəni bu vətəni nə Fazil kimi FETÖ-çü, əməviçi bir insana tərk etmərik, nə də düşmənə satmarıq)
Qarabağ probleminə gəldikdə isə görəsən insafən Qəzənfəroğlu nə vaxt Milli Məclisdə rəhbərliyi Qarabağı almağa çağırış edib? Nə vaxt o və onun həmkarları Qarabağa hücum məsələsini gündəmə gətirdi, səsə qoydu amma camaat silahlanıb döyüşə getmədi. Ağıl nemətinə görə Allaha şükür olsun.


120 بازدید
در حال ارسال اطلاعات...