Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2017

İslam dini bir həqiqət olaraq batilə, zülmə, istismara, küfrə cihad elan edir!

İslam ictimai bir din olaraq həqiqətə təslim olmayan bütün qüvvələri bəşəriyyətə düşmən bilir
«Bəqərə» surəsinin 216-cı ayəsində buyurulur: «Xoşunuz gəlməsə də belə, sizə cihad yazılmışdır». Həmin surənin 218-ci ayəsində oxuyuruq: «İman gətirənlər və hicrət edib Allah yolunda cihad edənlər Allahın rəhmətinə bel bağlamışlar».
Hər bir məxluq öz varlığını qorumaqdadır. İnsan da öz növbəsində onu məhv etmək fikrində olan düşmənlə mübarizədir. Varlığın və mənafelərin qorunması fitri bir istəkdir.
İslam ictimai bir din olaraq həqiqətə təslim olmayan bütün qüvvələri bəşəriyyətə düşmən bilir. İşi dünyada məzlum qanı axıtmaqdan ibarət olan imperialistlər İslamı «qılınc dini» adlandırmaqla öz əsl sifətlərini gizlətməyə cəhd edirlər. Hansı ki, şüarı «Nisa» surəsinin 128-ci ayəsində buyurulduğu kimi «sülh daha xeyirlidir» olan İslam başəriyyəti bir ovuc zalıma yox, həqiqətə təslim olmağa çağırır. İslam insan əməyinin yox, insan könlünün müştərisidir.
İslam Peyğəmbərinin (s) həyatı dövründə mühüm və çətin müharibələr baş verir. Bütün bu müharibələrdə müsəlmanlar iki yüz nəfərə qədər, kafirlər isə min nəfərə qədər itki vermişdir. Bu rəqəm bir daha İslamın sülhə, mərhəmətə olan bağlılığını göstərir. Amma bir atom bombası atmaqla 200 min insanı bir anda məhv edən Amerika (Xirosima, 6 avqust 1945) İslamı terrorizmdə suçlayır.
Dünyada həqiqətdən müqəddəs dəyər yoxdur. Allah–təala həqiqətə təslim olmağa, onu müdafiə etməyə, onun uğrunda silaha sarılmağa çağırır. İslam dini bir həqiqət olaraq batilə, zülmə, istismara, küfrə cihad elan edir!


787 بازدید
در حال ارسال اطلاعات...