Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2017

GÜNAHLARIN TƏSİRİNDƏN QORXMAQ VƏ ALLAHDAN HƏYA ETMƏK

Allahın əzabından qorxan şəxs, heç vaxt günah etməz
Günahları təmizləyən amillərdən biri də günahların təsir və nəticəsindən qorxmaqla Allahdan həya etməkdir. İmam Sadiq (ə) buyurur: Bir şəxsin ki, Allahın onu gördüyündən, söhbətini eşitdiyindən və bütün gördüyü pis, yaxşı işlərdən xəbərdar olmasından yəqinliyi var, o şəxs pis işlər görməz və öz Allahından həya edib, günahlardan qorunar.»
O Həzrət başqa hədisdə buyurur:
«Allahdan elə həya et ki, elə bil onu görürsən və sən Onu görməsən də O səni görür».
İslam Peyğəmbəri (s) buyurur:
«Mömin günahı belə təsəvvür edir: Sanki böyük bir daşın altında durub və o daşın uçmağından qorxur. Amma kafirin günaha münasibəti onun burnunun yanından keçən bir milçəyin vızıltısına bənzəyir».

İmam Əli (ə) buyurur: 

لا تَخَفْ اِلاّ ذَنْبَكَ

«Öz günahından savayı heç bir şeydən qorxma!»

İmam Sadiq (ə) buyurur: 

اَلْعَجَبُ مِمَّنْ يَخافُ الْعِقابَ وَلَمْ يَكُفَّ

«Təəccüb edirəm o şəxsə ki, Allahın əzabından qorxur, bununla belə günah edir».

Yəni Allahın əzabından qorxan şəxs, heç vaxt günah etməz.


115 بازدید