Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2017

Molla günahkardır, yoxsa "AXAR"ın itbaz Öməri

Bu adamdan Ömər Xəyyamdan heç nə yoxdur. Bunun adı "itbaz Ömərdir"
Mübarək mövlud həftəsində kimisi əziz Peyğəmbərimizin (s) və imamımızın (İmam Sadiq (ə)) mövludundan, ibrətli həyatlarından yazır, kiminin bəxtinə vəhdətdən yazmaq düşür, mənim də qismətimə başlığını oxuduğunuz yazını yazmaq düşdü. Amma olsun, mollanı müdafiə etmək Peyğəmbəri (s), İmamı (ə) sevindirəcək qədər xeyirli işdir.
Deməli, "AXAR" saytında bir yazar var, daha doğrusu yazıları bir qəpiyə dəyməsə də adı güya Ömər Xəyyamdır. Qəribə adamdır. Əlbəttə, Ömər Xəyyam kimi qəribə olmaq istəyib amma başqa cür qəribə çıxıb. Əvvəla deyim ki, adam yazısında elmi söhbət etmədiyi (heç ümumiyyətlə kişi söhbəti eləməyib) üçün biz də onun səviyyəsində bir cavab hazırlamaq istədik.
Tarixdə iki Ömər Xəyyam olub. Biri filosof olub o biri şair. Şair olan haqda deyirlər ki, xeyli sayda meydən, şərabdan yazıbmış, özünün içdiyini də deyirlər. Amma şeirlərinə baxanda mənalı düşündüyü də olub. Bu Ömər Xəyyam isə nə birincidəndir, nə də ikincidən. Üzündə bir topa saqqal (yəqin klassik Xəyyama oxşadır özünü) gözündə də eynək. (Təəssüf ki, belələri dörd yox, on dörd gözə də sahib olsalar həqiqəti görməzlər.) Bu adamdan Ömər Xəyyamdan heç nə yoxdur. Bunun adı "itbaz Ömərdir". Niyə, çünki bir məqalə yazıb ki, adı "Mollalar, imanınıza it bağlayım, sizi..."dir. İndi bir düşünün, bir insanın mollaların (özü də cəm halda yazıb) imanına bağlamaq üçün onların sayı qədər iti varsa, ya adam it alveriylə, ya it döyüşdürməklə məşğuldur, ya da itbazdır. Hər bir halda adı "itbaz Ömər" olsa daha yaxşıdır. Çünki Ömər Xəyyamla səhv düşə bilər. Bir də ki, bu üslub - mollalara ilişməyi deyirəm – artıq çoxdan korlaşıbe. Adını Ömər Xəyyam da qoysan, Mirzə Cəlil də qoysan, Mirzə Fətəli Axundov da qoysan xeyri yoxdur, özün aləmə rüsvay olacaqsan, necə ki itbaz Ömər oldu. (Dəbdir axı, adlarını bu cür qoyub başlayırlar İslama, müsəlmana ilişməyə, qoy desinlər nə bilim zəmanəsinin filankəsi gəlib. İş-güc olmayanda bucür səfehlik iş-güc hesab edilir)
Deməli, 12 yaşlı Quran öyrənən uşağın intihar etməsindən xəbəriniz var. Bu hadisədən sonra "itbaz Ömər" əlinə andıra qalmış notbukunu alıb fürsəti əldən verməyib mollaları ləkələməyə başlayıb.
Tip hüquq mühafizə orqanlarında işləmir, ekspert də deyil, polis də deyil ki, mollanı araşdırıb onun uşağın qətlində rolunun, moizəsinin, nəfəsinin təsirinin olub-olmadığını öyrənsin. Deməli, hərşeyşünas olan bu tip məsələnin əsli çözülmədən durub ağzına gələni yazıb. Lap tutaq ki, yazırsan, nə üçün bir mollaya görə (əgər günahkardırsa) bütün mollaları ləkələyirsən? Bu hansı kişi söhbətinə sığır? (Hələ bu ifadəsinə baxın: "Bu intiharda “peyğəmbərin yeri”ni bilən hamının əli var, hamı günahkar") Sən ağıllı olsaydın anlayardın ki, əgər o molla günahkardırsa da, o həqiqətdə molla deyil, bəlkə adi siravi bir adamdır ki, mollalıq sevdasına düşüb. Molla isə imanı, elmi dolu insana deyərlər. Amma sən imandan qandığın qrafa olsaydı bilərdin ki, bir molla, bir insan imanlıdırsa onun imanına it bağlamazlar. (Başıpozuq özü diliylə deyir "mollalar, imanınıza it bağlayım... İmanı varsa nə işin var imanı ilə? İmanı olmayanla problemin olsun.)
İtbaz Ömərin yəzidxislətli olması gün kimi aydındır. Yəzid məlun da meymun gəzdirər, it saxlayardı. İtbaz Ömərin də itdən danışmasını və yazısında "çox güman, bu ailə inanclı-ibadətli. Və də sünni məzhəbinə etiqadda. Yoxsa uşağın adı təxminən Əli, ya Hüseyn, ya da Həsən olardı. Getdiyi yer də peyğəmbərin yanı yox, ya Hüseynin, ya Əlinin olardı - üz tutardı Kərbala tərəf" cümlələrinə yer verməsi onun "naturalnı", "korinnoy" yəzidçi olmasını sübut edir. (Qaragüruhçu qanmır ki, sünnülərdə Əli, Həsən, Hüseyn adları daha çoxdur və Kərbəlaya gedənlər arasında sünnülər ən azı şiənin yarısı qədərdir)
Əlbəttə, itbaz Ömər heç də uşağın intihar etməsindən narahat olmayıb. Özü yazır ki, məni ölümdən çox məktubdakı detallar ağrıtdı. Yalansa məktubdakı mürəkkəbin içində boğulasan. Səni məktubun detalları ağrıdıbsa, məktubun harasında uşaq mollanı günahkar çıxardıb ki, işini-gücünü atıb düşmüsən mollanın üstünə. Mollanın günahkar olduğuna dair əlində dəlil varsa da ki, bütün mollaları niyə ləkələyirsən? Sən sadəcə molla sözünü eşitmisən deyə fürsəti qənimət bilib başlamısan yazmağa. Sənin kimi iylənmiş təfəkkürlü, vərəm zehniyyətli insanlar üçün 12 yaşlı uşağın ölümü bəhanədir. 12 yaşlı uşağın cəsədinin üzərindən öz zəhərli fikirlərini saçırsan.
Sonra yazır: "uşaq molla yanına gedirmiş. Birinci o molladan başlamaq lazımdı. Sonra mollaxanada daş üstdə daş qoymayasan. Mollaxana var e, Ağdaşda. Cəlilin, Sabirin dediyi mollaxan." Tip anlamır ki, şəxsən Sabiri o vaxtlar ayaqlarını falaqqaya qoyub döyən molladan (əlbəttə əgər rəhmətlik Sabir və onu döyən mollası barədə deyilənlərin həqiqəti və səmimiyyəti varsa) daha çox elə itbaz Ömər kimi insanlar qorxudub. Hardan bilirəm? Sabir rəhmətlik özü "Harda müsəlman görürəm qorxuram" şeirinin lap axırında deyir ki, "neyniyim axı, bu yox olmuşların fikrini qan-qan görürəm, qorxuram." İndi müqayisə edək: intihar edən uşağa Quran öyrədən mollanın günahkar olması sübuta yetməyib. Amma sən onu təhqir edən cızma-qaranda "Ləkinin tövləsindən dünyanın mərkəzinəcən bütün mollaları, xurafatçıları peyğəmbərin yanına yollamaq lazımdı bir-bir. Belə yaxşı yerdir, müraciət edin, sevə-sevə göndərim sizi" deyirsən. Yəni öldürüm, yəni qanınızı töküm.Yəni eyniylə Sabirin dediyi qan, qan. Deməli, Sabirin ürəyini fikirlərindən qan iyi gələn sənin kimi müsəlmanlar partladıb. Müsəlman deyilsənsə də, şiə-sünnü müsəlmanların arasını "uşaq şiə olsaydı adı Əli olardı, Kərbəlaya gedərdi" yazmaqla sənin kimi qeyri-müsəlmanlar qızışdırır. (Belə sevə-sevə adam öldürən ancaq manyak olar. Belə manyaklar isə erməniyə yox, yazıq müsəlmana rast gələr)
Sonda itbaz Ömər it iyi verən yazısını belə sonlandırır: "“Peyğəmbərin yeri”ni göstərib pul qazanır kələkbazlar. Bütün mollaların imanına it bağlayıb şimala üzü şimala qovmaq lazımdır." Bax, adama deyərlər ay başuva molla ağırlığı qədər daş düşsün (əlbəttə təbərrük üçün, bəlkə hidayət oldu) o məktubda yazılıb ki, molla uşağa bu cür sözlər deyib ondan pul alırdı? Bir də ki, iti neynirik, sənin kimilər elə bütün günü mollanı qapır da, yazıq itə nə əziyyət verirsən bir də.


110 بازدید