Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2017

Allahın «Rəhman» və «Rəhim» adları

Allahın «Səlam» adı sülhü ifadə edir.
«Həşr» surəsinin 24-cü ayəsində buyurulur: «Ən gözəl adlar Ona məxsusdur». «Allah» kəlməsi zati addır və onda 99 ad və sifət birləşir. İslamda əxlaq mövzusunun əsasını bu ad və sifətlərin tanınması təşkil edir. Hədislərdə buyurulur ki, özünüzü ilahi əxlaqla zinətləndirin. İnsan ilahi sifətlərə yiyələnməklə həqiqi insanlıq məqamına nail olmalıdır. İdeal bir cəmiyyət qurmaq üçün bu cəmiyyətdə ilahi sifətlər cilvələnməlidir.
Məsələn, cəmiyyət sülhə ehytiyaclıdır. Allahın «Səlam» adı bu sülhü ifadə edir.
Məsələn, fərdi və ictimai həyatda xoşbəxt olmaq üçün mehribanlıq və bağışlamaya ehtiyac vardır. Allahın «Rəhman» və «Rəhim» adları bu iki sifəti təcəssüm etdirir. Allahda olan elm, qüdrət, ədalət kimi sifətlər «sübutiyyə» və ya «cəmaliyyə» sifətləri adlanır. Amma elə sifətlər də vardır ki, Allah onlardan uzaqdır. Məsələn, cism, zaman, məkan, mürəkkəb kimi sifətlər Allahda yoxdur və belə sifətlər «səlbiyyə» və ya «cəlaliyyə» adlanır.
Bundan əlavə, ilahi sifətlər zati və feli olmaqla iki yerə bölünür. Zatı sifətlərə Allahın qüdrət, elm kimi sifətləri aiddir. Zatı sifətlərin mövcudluğu heç nədən asılı deyildir. Məsələn, başqa vücud olsa da, olmasa da Allah alimdir. Amma Allah bir iş görmədən feli sifət gerçəkləşməz. Məsələn, Allah məxluqu yaratdıqdan sonra «xaliq» sifəti gerçəkləşir.


602 بازدید
در حال ارسال اطلاعات...