Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2017

HANSI NAMAZA TÖVBƏ DÜŞÜR?

Allahla danışarkən diqqətin yayınması ədəbsizlikdir
Söhbətimizin bu hissəsinə qədər qeyd etdiyimiz sifətlərdən üstünləri də vardır. Bizim ibadət bilib könül verdiyimiz işləri özü üçün günah hesab edənlər də var. Yaxşı əməllər sırasında birinci yerdə duran namaz haqında buyurulur: «Namaz dinin sütunudur». («Biharul-ənvar», cild 82.) Görən bu sifət bütün namazlaramı şamildir? Övliyalar diqqət və səmimiyyətlə qılınmamış namazı özləri üçün günah bilib belə namaza tövbə etmişlər. Günümüz 24 saatdan ibarət olsa da, adətən, qıldığımız namazlar üst-üstə heç bir saat da davam etmir. Ən əsası isə əksər insanlar namaz halında diqqət və səmimiyyətdən faydalana bilmirlər. Əgər namaz Allahla söhbətdirsə, bu söhbət zamanı hansı əsasla başqa işlər barəsində düşünmək olar?! Allahla danışarkən diqqətin yayınması ədəbsizlikdir. Əgər sizinlə söhbət edən bir şəxs üzünü başqa tərəfə tutarsa bunu necə qiymətdəndirərsiniz? Namaz zamanı diqqətin Allahdan qeyri bir istiqamətə yönəldilməsi Ona arxa çevirməyə bərabərdir. Allah cism olmadığından Ona cismən yox, ruhən üz tutmaq zəruridir. Belə namazı dinin sütunu hesab etmək olarmı?
İnsanı digər canlılardan fərqləndirən onun diqqətli olmasıdır. Danışana diqqət göstərməyib arxa çevirmək heyvanlara məxsus xüsusiyyətdir. Həzrət Peyğəmbər (s) buyurur: «Namaz zamanı Allahdan qeyrisini düşünən kəs heyvana çevrilməkdən qorxmurmu?». («Biharul-ənvar», cild 84.) Uca məqam sahibləri olanlar ibadət zamanı diqqətli olar, fikirlərini Allaha yönəldərlər. «Namaz, dua, Qurana məşğul olarkən fikrim haradaydı» deyə düşünər, hər zaman nöqsana yol verdikləri üçün tövbə edərlər.
Əlbəttə ki, çoxlarının səviyyəsi deyiləndən aşağıdır. İnsanın övliyalar haqqında düşünməsi onu öz nöqsanlı ibadətinə görə xəcalət çəkməyə vadar edir. Bir dəfə iki rəkət gecə namazı qılmaqla insan necə qüdrətlənə bilər?! Övliyalar günaha yox, naqis ibadətə xatir tövbə edirlərsə, günahkarlar nə üçün tövbə etməməlidirlər?! Övliyalara bənzəmək üçün Allahdan yardım istəyək. Əhli-beyt yolunu getmək onlara oxşamaq üçün çalışmaq deməkdir. Həzrət Əli (ə) buyurur: «Ali məqama qüdrətiniz olmasa da, haramdan çəkinməyinizlə, özünüzə nəzarətlə bizə yaxınlaşın». («Nəhcül-bəlağə», 45-ci məktub.)
Onlara oxşamağa çalışaq! Əhli-beytin varlığından xəbərdar olan insan Əhli-beyt ruhiyyəsini dadmaq üçün Allahdan yardım istəməlidir.
Nəfsin hesab mərtəbələrindən biri Allahdan qeyrisini düşünməyin günah hesab olunmasıdır. Hər halda, övliyalar belədir. Günahkarlar üçünsə namazda Allahdan qeyrisini düşünmək də bir günahdır.
Əlbəttə ki, övliyalar üçün də dərəcələr vardır. Hətta peyğəmbərlər də eyni bir dərəcədə deyildir. «Bəqərə» surəsinin 253-cü ayəsində buyurulur: «Bəzi peyğəmbərləri o birilərindən üstün etdik». Həmişə özünü Allah hüzurunda hiss edən övliyalar Ona diqqətsizliyi günah hesab edirlər. Biz isə elə güman edirik ki, yalnız namaz vaxtı Allahın hüzurunda oluruq. Başqa vaxtlarda isə ev, iş, dərs, övlad haqqında düşünürük. Namazdan başqa vaxtlarda düşünmək fikrimiz də olmur. Mərhum İmam isə «aləm Allahın hüzurudur» buyurardı. Qurani-Kərimdə belə düşünən övliyalar haqqında buyurulur: «Heç bir müamilə və ticarət onları Allahın zikrindən ayırmaz». Bu çox ali bir məqamdır. Hətta dərs gedişində Allahın zikrindən ayrılmayan ruhanilər vardır.


187 بازدید
در حال ارسال اطلاعات...