Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2017

İMAM ZAMANIN (ƏC) İMAMƏTİNİN BAŞLANĞICI

Allahdan istəyirik ki, o həzrətin zühurunu tezləşdirsin
İmam Mehdinin (ə) həyatı üç dövrdən İbarətdir

Hicri-qəməri təqvimi ilə Rəbiül-əvvəl ayının 9-u (Noyabr ayının 28-i) bəşəriyyət aləminin xilaskarı, imam Zamanın (əc) imamət məqamına çatdığı gündür. Bu günü Əhli-beyt (ə) yolunun yolçuları o həzrətin bu illahi məqama sahib olduğu üçün bayram kimi qeyd edirlər. Biz də bu mübarək gün münasibətilə Əhli-beyt tərəfdarlarını təbrik edir və Allah-Taaladan istəyirik ki, gözlərimizi o həzrətin mübarək camalı ilə işıqlandırsın, bizi, o həzrətin vəfalı dostları və fədakar əsgərlərindən qərar versin! Bu fürsətdən istifadə edib, o həzrətin imaməti ilə bağlı atası imam Həsən Əskərinin (ə) rəvayətini əziz oxucularımızın diqqətinə çatdırırıq:

İmam Həsən Əskərinin (ə) xidmətçisi Əbülədyandan belə nəql edilir: “Bir gün imam Həsən Əskəri (ə) məni çağırıb buyurdu: “Bu məktublar mənə yazılmış məktubların cavabıdır, onları Mədainə çatdırmalısan.” Sonra əlavə edərək buyurdu: “On bеş gündən sonra qayıdıb, mənim şəhadətə yetdiyimi görəcəksən.” Soruşdum: “Еy Peyğəmbər (s) övladı! Səndən sonra vəsi və imam kimdir?” İmam (ə) buyurdu: “Mənim məktublarımı səndən soruşacaq şəxs məndən sonrakı imamdır.” Soruşdum: “Bundan başqa, onun nə kimi əlaməti var?” Buyurdu: “Cənazəmə namaz qılan şəxs məndən sonrakı imamdır.” Yenə soruşdum: “Əlavə əlamət verə bilərsinizmi?” İmam (ə) buyurdu: “Kisədən xəbər verən şəxs məndən sonrakı imamdır.” İmamın (ə) hеybəti-əzəməti məni tutdu və daha bundan artıq sual soruşa bilmədim. Mən məktubları götürüb Mədainə gеtdim. On bеş gündən sonra qayıdıb, imam Həsən Əskərinin (ə) şəhaətə yetdiyini və o həzrətə qüsl vеrildiyini gördüm. Az sonra İmamın (ə) qardaşı Cəfərə dеdilər ki, gəlib imam Həsən Əskərinin (ə) cənazəsinə namaz qılsın. Mən bilirdim ki, Cəfərin imamət məqamına ləyaqəti yoхdur. Mən hеyrət içində qalmışkən, birdən bir uşaq (imam Mehdi (ə.c.)) gəlib Cəfəri kənara çəkdi və cənazəyə namaz qılmağa başladı. Namaz qurtardıqdan sonra o, üzünü mənə tutub buyurdu: “Məktubların cavabını vеr.” Bir az sonra Qum şəhərindən neçə nəfər gəlib, imam Həsən Əskərinin (ə) vəsisinin kim olduğunu soruşdu. Cəfər dеdi ki, imam Həsən Əskərinin (ə) vəsisi mənəm. Onlar dеdilər: “Biz özümüzlə pul və məktub gətirmişik və əgər həqiqətən, sən imam Həsən Əskərinin (ə) vəsisisənsə, dе görək, məktublar kimdən gəlib, kisələrin içində nə qədər pul var və o pulların sahibi kimdir? Çünki imam Həsən Əskəri (ə) həmişə bеlə еdərdi.” Cəfər hirslənib dеdi: “Təəccüblüdür, insanlar məndən qеyb soruşurlar!” Bu zaman imam Həsən Əskərinin (ə) еvindən bir xidmətçi çıхıb, “Fılankəslərin məktubları sizdədirmi? (Məktubların sahiblərinin adları və xüsusiyyətlərini də söylədi.) Həm də sizdə min dinar pul olmalıdır və on dinarının üzərindəki şəkil və yazılar pozulmuşdur!” – dedikdə, məktubları və malları ona verib dedilər: “Bunları almaq üçün səni göndərən şəxs imamdır...” (“Kəmalud-din”, c.2, fəsil 43, h.25, s.223.)

Qeyd edək ki, imam Mehdinin (ə) həyatı üç dövrdən ibarətdir:

1. Gizli həyat dövrü: Həzrətin gizli həyat dövrü doğum günündən atası imam Həsən Əskərinin (ə) şəhadətinə (beş yaşına) qədər müddəti əhatə edir.

2. Qeyb dövrü: İmam Həsən Əskərinin (ə) şəhadətindən başlayıb, imam Mehdinin (ə) Allahın icazəsi ilə zühur edəcəyi dövrə qədər müddəti əhatə edir. Əlbəttə, qeyb dövrü iki hissəyə bölünür:

a) Kçik (qısamüddətli) qeyb dövrü: 260-cı hicri-qəməri ilində imam Həsən Əskərinin (ə) şəhadətə yetməsi ilə imam Mehdinin (ə) imamlıq dövrü və bu tarixdən etibarən, o həzrətin kiçik qeyb dövrü də başladı. Kiçik qeyb dövrü 329-cu hicri-qəməri ilinə qədər, təxminən, 70 il davam etdi.

b) Böyük (uzunmüddətli) qeyb dövrü: Bu dövr 329-cu hicri-qəməri ilindən başlanmışdır və Allahın əmri və iradəsi ilə qeyb buludlarının çəkilib dünyanın vilayət günəşi ilə işıqlanacağı günə qədər davam edəcək.

3. Zühur dövrü (əsri): Qeyb dövrü bitdiyi zaman on ikinci imam (ə.c.) Allahın icazəsi ilə zühur edəcək və dünyanı yaxşılıq, gözəllik, haqq və ədalətlə dolduracaqdır. Heç kim o imamın (ə.c.) nə vaxt zühur edəcəyini bilməz və rəvayətlərdə onun zühur zamanını təyin edənlərin və “zühur vaxtını bilirəm” deyənlərin yalançı olduqları nəql edilmişdir.

Allahdan istəyirik ki, o həzrətin zühurunu tezləşdirsin, o həzrətin zühuru ilə dünyanı haqq-ədalətlə doldursun və möminlərin qəlblərini sevindirsin!/maide/


157 بازدید
در حال ارسال اطلاعات...