Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2017

İmam Xomeyninin öpdüyü əllər... (Sağ əlinə səmadan bir öpüş var)

İmam Xomeyni (r): Öpürəm o əlləri ki, Allahın əli (qüdrəti) o əllərin üzərindədir
Quran:

Yədullahi fəvqə əydihim (Allahın əli onların əllərinin üzərindədir)

İnnə hizbəllahi humul-ğalibun (Həqiqətən Allahın ordusu, odur qalib)


Qüds qüvvələrinin komandanı Hacı Qasim Süleymani batil vəhabizm, ABŞ, İsrail, Ali-Səud və İŞİD-in digər havadarlarına İŞİD-i İraq və Suriya torpaqlarında məhv etməklə böyük zərbə vurdu. Demək olar ki, şəhid Hücəci də daxil olmaqla bütün şəhidlərin qisası alındı. Allah-Təala bütün zalımların dünyada kökünü kəssin. Allah-Təala bu işdə xırda da olsa əməyi keçən hər kəsdən razı olsun.
İŞİD-in məhv ediləcəyini Hacı Qasim təqribən iki ay bundan öncə proqnoz vermişdi. Sözünün üstündə kişi kimi durub İŞİD-in məhvinə səbəb oldu. İraq və Suriya xalqı İŞİD bəlasından – Allahın izni – ilə qurtuldu.
Hacı Qasim Süleymani İŞİD-lə bağlı İslam dünyasına, şəhid ailələrinə verdiyi vədə əməl etdikdən sonra Ali Məqamlı Dini Rəhbərə maraqlı bir məktub yazdı. Maraqlı məqamlardan biri cənab komandirin allahpərəst, Quran və Əhli-beyt (ə) aşiqi olmasıdır ki, məktubunun elə ilk sətirlərində Allah kəlamı yazması buna bariz nümunədir.

Bismillahir-Rəhmanir-Rəhim
“İnna fətəhna ləkə fəthən mubina”
“Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik!”


Məktubuna Allahın adı və fəthinin zikriylə başlayan cənab general cəbhədə Allahı yaddan çıxartmadığı kimi məktubunda da Allahı unutmayıb. Məktubu müqəddəsatın adlarıyla dolan ilahi general məktubunu bir başqa ilahi kəlamla bitirib. İŞİD-in ölüm qərarını Allahın adıyla möhürlədiyi kimi məktubunu da ilahi kəlamlarla möhürləyib.

Və mən-nəsru illa min indillahil-əzizil-həkim
Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır!


Sonda isə nə Suriya prezidenti Bəşər Əsədin təriflədiyi kimi özünü təqdim edib, nə general, nə komandir, nə sərkərdə, nə fateh... iki kəlmə yazıb;

Övladınız və əsgəriniz
Qasim Süleymani

Allaha həmd olsun ki, Əli aşiqlərinin əliylə, işləyən beynilə Əli (ə) düşmənlərini zəlil etdi.
Ayətullah Xamenei, Qasim Süleymani bir daha sübut etdilər ki, həqiqi İslam hər zaman güclüdür. İnsan Allaha təvəkkül etsə heç kim ona qalib ola bilməz.
Bu İslam İnqilabının növbəti qələbəsindən biridir. Şah əleyhinə, Səddam rejimi əleyhinə müharibələrdən (difalardan) qalib çıxan mübarək inqilab növbəti dəfə İŞİD üzərində qələbəsini elan etdi.
Mərhum İmam Xomeyni sağlığında İŞİD-i məhv edən mücahidlərin sələfləri və ilham mənbəyi olan mərhum mücahidlərin qələbələrini eşidəndə buyurmuşdu ki, öpürəm o əlləri ki, Allahın əli (qüdrəti) o əllərin üzərindədir. Bu əllərin Allahın yer üzündə zalım sırtıq və murdar sifətinə çırpılan sillələrdir.
Mərhum İmam Xomeyni ağanın o zamanalr xatırladığı və öpdüyü əlləri bu gün də Allahın iznilə heç bir mənfur düşmən kəsə bilməyib. Çünki Allahın öz vədi budur ki, Allahın ordusu qalibdir. Allahın əlləri Allah ordusunun əsgərlərinin üzərindədir.
Hazırda İslam İnqilabının döyünən ürəyi, işləyən beyni olan Ayətullah Xamenei Allaha olan dərin təvəkkülü və inamı nəticəsində İslam düşmənlərinin İslam əleyhinə planlaşdırdığı hiylələr alt-üst oldu.
Bu yerdə mərhum dahi şair Şəhriyarın cənab Ayətullah Xamenei haqqında onu mədh edərkən söylədiyi bir beyt şeir yada düşür:

Sol əlinə dodaq qoyub yolçular,
Sağ əlinə səmadan bir öpüş var.


İŞİD xəstəliyindən xilas olduğu üçün bütün İslam dünyasını – başda İmam Zaman (ə.f) ağa olmaqla – təbrik edir, İslam ümmətinin halına yandığı üçün İnqilab Rəhbəri Ayətullah Xamenei cənablarına, cənab Hacı Qasim Süleymaniyə təşəkkür edirik.


1052 بازدید
در حال ارسال اطلاعات...