Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2017

ƏMƏLİN CƏZASI

Qeybət, yalan, zina, qətl və bu kimi günahlar cinayətdirlər və cəza tələb edirlər
İlahi ədalət bəhsində barəsində danışılmalı olan məsələlərdən biri də axirətdə əməllərə cəza verilməsi məsələsidir. Məad, yaxşı və pis əməllərə baxılması, yaxşı və pis iş görmüş insanlara əməllərinə müvafiq olaraq cəza verilməsinin özü ilahi ədalətin təzahürlərindəndir. Adətən məadın isbat edilməsi üçün gətirilən dəlillərdən biri də «Allah adil və həkim olduğu üçün insanların əməllərini hesabsız, cəza və mükafatsız qoymur» müddəasıdır.

Əmirəlmöminin Əli (ə) buyurur:
«Allahın zalımlara bir müddət möhlət verməsi mümkündür, amma onları heç vaxt boş buraxmayacaqdır. O, zalımların yolu üstündə dayanaraq sümük boğazı tutan kimi onların yolunu bağlayacaqdır».
Bu yazıda söhbət Allahın ədalətli olması vasitəsi ilə məadı isbat etmək deyil. Əksinə burada söhbətimiz ilahi ədalət baxımından cəzaların keyfiyyətinə edilən iradlar barəsindədir. Deyirlər ki, axirət dünyası barəsində nəql edilən cəza formaları ilahi ədalətin ziddinədir. Çünki, həmin cəzalarda günahla cəza arasında tənasüblük yoxdur və cəzalar ədalətsiz formalarda icra edilir.
Bu iradda ilahi ədalətə dəlil hesab edilən cəza, ədalətə irad və hikmətə zidd kimi qiymətləndirilir. Bu iradın əsası, cəza qanunlarında cinayətlə cəza arasında tənasübə riayət edilməməsidir. Məsələn ədalət, yoldan keçən şəxsin başına zibil tökənin cəzalandırılmasını tələb edir. İndi həmin şəxs üçün nəzərdə tutulmuş cəzanın çox ağır, məsələn edam və ya həbs olmamasında heç bir şübhə yoxdur. Cinayətlə cəza arasında tənasüb prinsipinə əsasən, belə bir cinayət üçün ən çoxu bir həftə həbs cəzası kifayətdir. Bu kiçik işə görə həmin şəxsi səhra məhkəməsində mühakimə edib güllələsələr ədalətsizliyə yol vermiş olarlar. Cinayətlərə görə cəza verilməsi ədalətin zərurətlərindəndir, amma cinayətlə cəza arasındakı tənasübə riayət edilməsə, cəzanın özü bir növ ədalətsizlik olacaqdır.
Qeybət, yalan, zina, qətl və bu kimi günahlar cinayətdirlər və cəza tələb edirlər. Amma görəsən axirətdə onlar üçün müəyyənləşdirilmiş cəza növləri, həddən artıq kəskin deyilmi? Quran qətl üçün cəhənnəmdə əbədi qalmaq cəzası müəyyənləşdirib. Rəvayətlərdə nəql edilib ki, həmin şəxs cəhənnəm itlərinin yeməyi olacaqdır. Bu minvalla digər günahlar üçün də ağır və dözülməz cəzaların veriləcəyi qeyd edilib. Onlar keyfiyyətləri baxımından həddindən artıq çox ağır, zaman baxımından isə çox uzun müddətli cəzalardırlar. İndi irad budur ki, günahla onun üçün müəyyənləşdirilmiş cəza arasındakı tənasübsizlik, ilahi ədalətlə nə qədər düz gəlir?
Bu irada cavab vermək üçün müxtəlif cəza növləri barəsində söhbət edərək, axirət cəza növlərini tanımağımız lazımdır. Bu da əvvəlcə, mötəbər İslam sənədləri və əqli dəlillərin imkanı çərçivəsində axirət dünyasının quruluşu və həmin dünyanın quruluşu ilə bu dünyanın quruluşu arasındakı fərqlər barəsində söhbət etməyimizi tələb edir.


705 بازدید
در حال ارسال اطلاعات...