Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2017

VARLIQ ALƏMİ ALLAHA SƏCDƏ EDİR

Çiçəyin, torpağın, daşın dilini, Əlbət ki, ariflər anlaya bilər.
Quran və ilahi dünyagörüşə əsasən bütün kainat və zərrələr bir növ şüurludur və Allah-təalaya təsbih deyir, səcdə və sitayiş edirlər. Bir çox Quran ayələri bu sözü təsdiqləyir: “Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların, insanların bir çoxunun Allaha səcdə etdiyini görmürsənmi?! Bir çoxuna da əzab vacib olmuşdur.” (“Həcc” surəsi, ayə 18.)

Şair aləmdəki zərrələrin nitqi və şüuruna işarə ilə deyir:

Çiçəyin, torpağın, daşın dilini,
Əlbət ki, ariflər anlaya bilər.
Təbiət insanı agah görəndə,
Sirrini açıban üzünə gülər.
Deyərlər: görürük, eşidirik biz,
Amma naməhrəmlə yoxdur işimiz.
İnsan aça bilsə bəsirət gözün,
Anlayar torpağın, dənizin sözün.

Bu dünyagörüşü Quran ayələrində də açıqlanmışdır.
Allah bəzi peyğəmbərlərə quşların dilini öyrətdi; (“Nəml” surəsi, ayə 16.) həzrət Süleyman (ə) qarışqaların söhbətini anlayırdı; (“Nəml” surəsi, ayə 19.) “Elə bir şey yoxdur ki, Allaha təsbih deyib Ona şükür etməsin, lakin siz onların zikrini anlamazsınız...” (“İsra” surəsi, ayə 44.)
Əllamə Təbatəbai bu barədə geniş izah verdikdən sonra buyurur: “Əslində mövcudların təsbihi təşbeh yox, həqiqətdir və fitrətlə yox, səs və sözlədir.” (“Əl-Mizan”, 13-cü cild, səh.117.) Əlbəttə, bütün söz və səslərin eyni şəkildə olması zəruri deyil. Mövcudların təsbih deməsi onların Allah-təalanın eybsiz zatına öz vücudları ilə şəhadət vermələridir. Lakin Quran ayələri və rəvayətlər bundan da üstün məna çatdırır. Hədisdə deyilir: “Heyvanın üzünə sillə vurmayın. Çünki Allaha təsbih deyir.” (“Vəsail”, 8-ci cild, səh.353.) “Paltarlarınızı yuyun, çünki çirkli paltar Allahı təsbih demir.” (“Təfsiri Nümunə, 12-ci cild, səh.140.)
Quran hüd-hüdün Süleymana xəbər verməsindən söhbət açır. (“Nəml” surəsi, ayə 23.)
Namazqılan şəxsin səcdə və təsbih etməsi Allahın əzəməti və fərmanı qarşısında səcdə edən və müti varlıq aləmi ilə uyğunlaşmasıdır.


136 بازدید
در حال ارسال اطلاعات...