Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2017

Ərbəindən sonra Fazil Qəzənfəroğlu növbəti dəfə yerin dibinə girdi

Mənə sübut edin ki, Fazil Qəzənfəroğlu adamdır
Mənə sübut edin ki, Fazil Qəzənfəroğlu adamdır

Şiəyə, İmam Hüseyn (ə) şüarlarına qarşı əməvi mövqeyi tutmuş, yezidlərin, ömərsədlərin səflərində yer alan, şimrlərin əlindən su içən, ibnziyadın mənəvi törəməsi olan deputat Qəzənfəroğlu Ərbəin günü bitər-bitməz bir daha yerin dibinə girdi. Bir siyasətçinin "siyasətdə dost yoxdur, maraq var" deyib hara gəldi girməsi siyasətdə təbii qarşılanır. "Hara gəldi girməsi" sözünü bir az izah edək ki, oxucuya qaranlıq qalmasın. Məsələn, elə Qəzənfəroğlu vaxt var idi qəzetdəki məqaləsində "mənə sübut edin ki, Heydər Əliyev adamdır" sualını verirdi. Bu gün isə onun kimi puç olmuş bir siyasətçinin İlham Əliyevə nisbətdə sünnət toyuna 100-200 manata gedib uşaqları əyləndirən təlxək şən klounların qılığına girməsi, əqidəsini, siyasi liderini satmaq naminə deputatxanaya girməsi və başqa bu kimi manevrlər onun üçün eyib sayılmır. Zatən bir adam siyasətdə Əmr As olmağı gözə alıbsa hər cür murdar hoqqalardan çıxacaq, üzünə tüpürülməsindən narahat olmayacaq. Amma bir siyasətçi üçün ölüb yerin dibinə girmək çox pisdir.
Qəzənfəroğlu düz ərbəin gününün sabahı bir daha ölüb yerin dibinə girdi. Allahın işinə baxın, Aşura günü ilə ərbəin günü arasında Yezid və onun tör-töküntüsünün Şamda (Yezidin öz sarayında) Əhli-beyt (ə) və onun aşiqləri tərəfindən rəzil-rüsvay edildiyi günlərdir. Ərbəin bitən kimi də Qəzənfəroğlu "ölüb yerin dibinə girənlər" siyahısına əlavə edilib.
Ərbəin günün sabahı Fazil Qəzənfəroğlunun adı növbəti qalmaqalda hallandı. Bu dəfə də təbii ki, erməni ilə deyil, öz azərbaycanlısı ilə. Bu dəfə bəstəkar Cavanşir Quliyevlə höcətləşib. Deməli, "Bayraq günü" Cavanşir Quliyev şərh yazaraq bildirib ki, bu adam (Qəzənfəroğlu) Azərbaycan himnini bəyənmir.
Allahtərəfi Cavanşir Quliyev indiyədək Fazil Qəzənfəroğluna ədəbli bir şəkildə şərh yazan, tənqid edən insanlar kimi əxlaqlı bir formada sadəcə həqiqəti çatdırıb. Yazdığı şərh bundan ibarətdir: "Bu adam Üzeyir bəyin yaratdığı o gözəl himni sevmir ve bunu açıq bəyan edir. Xəbərin varmı? Himn qəbul olunarkən (1992) ordaydı (hökümətdə) və susdu." Amma heç zaman ədəbli olmayan, tərbiyəsiz küçə uşaqları kimi şüvənlik salan Qəzənfəroğlu isə bəstəkara elə fazilqəzənfəroğlusayağı cavab verib: "İçi bəstəkar Cavanşir Quliyev olmaqla bir qrup geri zəkalı, fikirləri dinləmədən barəmizdə önyarğılı şərhlər yazıblar. Bu adamlar uzun illər xaricdə yaşasalar da bir arpa boyu ağıllanmayıblar. Maraqlıdır ki, bu gün Cavanşir Quliyev kimi vətənşivənlər hələ də anlamaq istəmirlər ki, 20-30 il öncənin ritorikası və pafosu ilə insanları aldatmaq olmaz."
Bəli, hər şey göz qabağındadır. Zatən səviyyəsiz deputat bir qədər ədəbli cavab versəydi "şaşardıq". Onun tərbiyəsiz küçə uşağı kimi başqa ədəbsizlikləri indiyədək "azad söz ünvanında" internet saytlarında mövcuddur. Əlbəttə, səviyyəsiz deputatı qınayanda gərək arada-bərədə Cavanşir müəllimi də qınayasan. Günah Cavanşir müəllimdədir ki, Qəzənfəroğlunu adam yerinə qoyub onun barədə status yazır və statusunda onun ünvanına "adam" sözünü işlədir. Mənə sübut edin ki, Fazil Mustafa adamdır. (O bu cümləni illər əvvəl "Müsavat" qəzetində dərc edilən bir məqaləsində demişdi, amma bu ifadəni Heydər Əliyev haqda işlətmişdi. İndi bu cümləmizdə şəxsiyyətə təhqir varsa, birinci Fazil Mustafa cəzalandırılmalıdır)
Adama ləzzət edən, ürəyinə yağ kimi yayılan odur ki, Fazil Mustafanın həqiqətdə necə düşük, puç, bitmiş bir siyasətçi olduğu bir daha məlum oldu.
Bu yerdə sual veririk: Nə üçün bu qədər insan qala-qala məhz Fazil Mustafa cəmiyyətdə qəbul olunmur. Nə oldu, elə bütün dünyanın Qəzənfəroğlu ilə davası var? Yaxud sualı bu cür qoyaq ki, nə üçün Fazil Qəzənfəroğlunun dalaşmadığı bir adam qalmayıb? Qısa olaraq adamın dalaşdığı insanlara göz ataq;

Ümumrusiya Azərbaqycan Konqresinin (ÜAK) Moskva nümayəndəliyinin icraçı direktoru Şamil Tağıyev

Tanınmış siyasətçi Ərəstun Oruclu

Hüquqşünas, BAXCP-nin üzvü Mehman Muradlı

Tanınmış jurnalist Aqil Ələsgər

Tanınmış jurnalist Cavid Cabbarlı

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu

Tanınmış ilahiyyatçı-alim İlqar İbrahimoğlu

Təkamülçülər

Bəstəkar Cavanşir Quliyev


Əlbəttə, adları çəkilən insanlar Fazil Qəzənfəroğlunun bostanına daş atdığı insanların az bir qismidir. Hələ bu insanın Şah İsmayıl Xətaiyə, Babəkə qənim kəsilməsini gündəmə gətirmirik. Üstəlik şiə inanclarını təhqir etməklə demək olar ki, o bütün şiələrlə də düşməndir.
Yaxşı deyək ki, Cavid Cabbarlı, İlqar İbrahimoğlu, Sərdar Cəlaloğlu kimi insanları Fazil Mustafa İran agenti hesab edir. Məgər, Cavanşir Quliyev, Şamil Tağıyev, Qəzənfəroğlunun Şah İsmayıl mövzusunda dalaşdığı tarixçi alimlər, jurnalist Aqil Ələsgər, Mehman Muradlı və başqaları da İran agentidir? Axı Fazil Qəzənfəroğlunun o sahə qalmayıb ki, nümayəndəsi ilə dalaşmasın. O adam qalmayıb ki, Fazil Qəzənfəroğluya nifrət etməsin. Maraqlı bir məqam da ondan ibarətdir ki, bu insanların demək olar ki, hər birisinin Qəzənfəroğlu haqda təkrarladığı sözlər bunlardır: əqidəsini satan, liderinə xəyanət edən, Fətullahın törtöküntüsü, iqtidara yalaqlanmaq naminə deputatxanada kürsü alan, əxlaqdan kəsad insan, keçmişindən xəbərsiz... Bütün bunlar Qəzənfəroğluna nifrət etmək üçün kifayətdir.
Desə ki, bu insanlar anlamırlar, onlar mənə sataşır, dava etmək istəyirlər, onda belə bir sual ünvanlanır ki, əgər bu insanlar dava salandırsa nə üçün başqaları ilə dalaşmırlar və ancaq gəlib Fazili tapırlar? Lap kobud şəkildə desək nə üçün bu "dalaşqan" insanlar ən azından bir-biriylə dalaşmırlar? Axı Fazilin əqidəsinə görə onlar dalaşqandır. Görəsən günah bu qədər insandadır, yoxsa Fazil Mustafada? Bəli, düz tapdınız bütün günahlar adları çəkilən insanlardadır. Ona görə ki, onlar səviyyəsiz deputatı adam bilib onunla müxatəb olurlar. Mənə sübut edin ki, Fazil Qəzənfəroğlu adamdır.


172 بازدید
در حال ارسال اطلاعات...