Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2017

“ƏR-RƏHMANİR-RƏHİM”

Allahın rəhmət nümunələrindən biri Onun pislikləri yaxşılığa çevirməsidir
Onun geniş rəhməti hamının üzərinə kölgə salır. Onun rəhməti qəzəbindən çox və öncüldür.
Günahkarlara tövbə yolu qoymuşdur. Ölüm anınadək tövbələri qəbul edəcəyinə vəd vermişdir və tövbə edənləri sevir. (“Bəqərə” surəsi, ayə 222.) 
Allah rəhimli olmağı özünə vacib etmişdir. (“Ənam” surəsi, ayə 54). O hamıya ümid verir və öz rəhmətinə doğru çağırır: “...Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar.” (“Zumər” surəsi, ayə 53.)
Allahın rəhmət nümunələrindən biri Onun pislikləri yaxşılığa çevirməsidir. (“Furqan” surəsi, ayə 70.)
Çətinliklər və bəlalar da bir növ rəhmətdir. Çünki insan bu yolla qəflətdən ayılır və hərəkətə vadar olur. Çətinliklərə dözmək ilahi övliyalar üçün şirindir. Çünki onlar çətinliklər müqabilində mükafat alırlar.


626 بازدید
در حال ارسال اطلاعات...