Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2017

GÜNÜ GÜNƏ SATMAQ

Nə qədər olmuşsa həvəslərə qul Çətin sona yetə bu xətərli yol.
Tövbə etməkdə və fəsadlardan uzaqlaşmaqda, Qiyamət hazırlığı və saleh əməllərdə günahdan çəkinib mərifət ardınca getməkdə süstlük göstərib, günü günə satdıq, vədlərimizə əməl etmədik. “Bu gün-sabah”lar şirin yalanları ilə bizi aldatdı, kamilliyə doğru hərəkətdən saxladı.
Səndən diləyirəm ki, mənə vədə vəfa qüdrəti, “bu gün-sabah”lardan nicat əta edəsən! Bu büdrəmələr məni nəhayət dərəcədə zərərə salıb, Səninlə görüşdən məhrum edə bilər.

Bu yolunu azmış nəfsə dəva yox,
Elə küfrə batıb, zərrə şəfa yox.
Nə qədər olmuşsa həvəslərə qul
Çətin sona yetə bu xətərli yol.
İbrahim eşqindən xəbərsiz insan
İnanma atəşi görə gülüstan.
Nəfsini danlayan peşiman olmaz,
Əhrimənə uyan Süleyman olmaz.
Ya Rəbbi, kənarda sığınacaq yox,
Dərgahından qeyri isti qucaq yox.

“Ya Səyyidi, fəəsəlukə biizzətikə ən la yəhcubə ənkə duai suu əməli və fiali”
(“Ey mənim Ağam! İzzətinə and verib Səndən istəyirəm ki, çirkin əməl və hərəkətlərim Sənə dualarımın qarşısını almasın.”)

Ey mənim mehriban Allahım! Əməllərimin pisliyini və hərəkətlərimin çirkinliyini dualarımın qarşısında hicab qərar vermə!


643 بازدید
در حال ارسال اطلاعات...