Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2017

Hacı Qasim Süleymani kimi oğulların hünəri: atasına rəhmət oxutmaq

İsrail, ABŞ Suriya, İraqda ABŞ və İŞİD qüvvələrinin kabusuna çevrilən Hacı Qasim Süleymani kimi insanların Azərbaycanda da olmasından qorxurlar
Azərbaycan, Rusiya, İran prezidentlərinin üçtərəfli görüşü, əl sıxışmaları, fotolar çəkdirib dünyaya yaymaları, xüsusən Ali Məqamlı Dini Lider Ayətullah Xamenei (Allah kölgəsini üstümüzdən əksik etməsin) ilə görüşmələri düşmənlərin bağrına sağalmaz dağ çəkib. Xüsusilə də Azərbaycan prezidentinin İrana getməsi İsrailə nəyi var od qoyub. Çünki İsrail heç zaman Azərbaycanı İranın yanında görmək istəməyib. Onun İranın qonşuluğunda, necə deyərlər bir addımlığında olan bir dövlətin – Azərbaycan Respublikasının İrana yaxınlaşmasını həzm edə bilməməsi normaldır. İsrail özünün əzəli və qorxulu düşmənlərindən olan İranın sərhədlərində casus şəbəkəsi, ordu, texnika yerləşdirməsi xəyallarıyla yaşayan sionist bir rejimdir. Bütün dünyaya bu yaxınlarda məlum oldu ki, müstəqillik istəyən Kürdüstanda sən demə Bərzaninin rəhbərliyi ilə ikinci sionist rejimi qurulacaqdı. Amma planlar baş tutmadı. Bu işdən ötrü daha çox İsrail sionistləri canfəşanlıq edir və referendumu dəstəklədiklərini biruzə vermişdilər. Çünki onlara casus şəbəkəsi və ordu yerləşdirmək üçün Kürdüstan İran əleyhinə yaxşı fürsət idi. Allahın köməkliyi ilə sionistlərin planı öz başlarında çartladı.
Sionistlər Azərbaycanın da İrana yaxınlaşmasının əleyhinədir. Çünki yuxularının qorxusuna çevrilmiş növbəti Hizbullahın yaradılmasından qorxuları var. İsrail gözəl bilir ki, Azərbaycanda Mübariz İbrahimov kimi oğulların qəbirləri toz basmasa da, şəhadət məktəbi hələ ki, bir sıra nanəcib insanlar tərəfindən məqsədli şəkildə ört-basdır edilir. İsrial gözəl bilir ki, Azərbaycanda Mübariz İbrahimov kimi şir ürəyi yemiş oğlanlar var. Bu ölkədə elə oğlanlar var ki, sözlərilə silaha qalib gələrlər. Hacı Mövsüm Səmədov, Hacı Abgül, Hacı Taleh kimi insanlar İsrail səfirliyini az vahiməyə salmamışdır.
Azərbaycan İrana yaxınlaşsa bütün bunlar gerçəkləşə bilər. İsrail isə zatən Rusiya və İran kimi qüdrət və söz sahibi dövlətlərin yanında diz qatlayan bir rejimdir. Bu rejim 33 günlük İsrail-Hizbullah müharibəsində Hizbullaha bata bilmədi, İrana girişməkdən qorxub çəkinməsi normal qarşılanmalıdır.
İrana gəldikdə isə bu ölkədə canlı şəhidlərdən ibarət insanlar mövcuddur ki, Suriyada, İraqda İŞİD terroristlərinin ürəklərinə qorxu salıblar. Hazırda Sepahın Qüds qoşunlarının komandiri cənab Qasim Süleymani (Allah onu qorusun) kimi şir ürəyi yemiş oğullar mövcuddur ki, İŞİD-in yuxusuna haram qatıblar. Bütün dünya bu igidin şücaətindən, kişilik və imanından fəxrlə danışır. O gah İraq, Suriya meydanlarının əsgəridir, gah İranda şəhid məclislərinin əzadarı.
Bu insanın şöhrəti dillər əzbəridir. Təsadüfi deyildir ki, düşmən özü belə Hacı Qasim Süleymaninin kişiliyini etiraf edib. Suriya prezidenti Bəşər Əsəd demişdir ki, general Qasim Süleymani mənim qəlbimdədir, əgər o prezident seçkilərində mənimlə rəqabət aparsa mütləq qalib gələcək. Diktator elan edilən Bəşər Əsədin etirafına baxın. Bu, Qasim Süleymaninin əzəmətindən xəbər verir.
Qasim Süleymaninin əziz anasını itirməsi onun şəhadət əzmini sındıra bilmədi. Bu yaxınlarda isə onun atası dünyasını dəyişdi. Anasının hüzn məclisində olduğu kimi atasının vəfatı ilə bağlı cənab generala başsağlığı verənlər oldu. Bu insanların içində başsalığı verən bir nəfər xüsusilə seçilir. O, İraqın prezidenti Fuad Məsumdur. Təqribən 40 sözdən ibarət bir məktub: "Əziz qardaşım cənab Qasim Süleymani
Salam ələykum və rəhmətullah
Çox təəssüflə, atanızın (Allah ona rəhmət etsin) vəfat xəbərini aldım. Mütəal Allahdan ona ilahi rəhmət və cənnət arzu edirəm. Sizə də bu ağrılı hadisə qarşısında səbr arzulayıram."
Qasim Süleymani kimi oğullara nəsib ola bilər belə bir hünər: atasına rəhmət oxutdurmaq hünəri.
Heç də zarafat deyil ki, bu insan hazırda İŞİD fitnələrinin yuvasına çevrilən iki müsəlman ölkəsi olan İraq və Suriyada düşmənlə savaşan insandır. Qasim Süleymani haqda müsbət fikir bildirən və adlarını çəkdiyimiz iki siyasi xadimlər isə Suriya və İraq prezidentləridir. O Suriya ki, xalqı prezident Bəşər Əsədə dəstək verib arxasında dayandı. İraq prezidenti də diktator məlun Səddamdan sonra səsvermə ilə seçilən prezidentlərdən biridir. Deməli, bu insanların sözü bir mənada İraq və Suriya xalqlarının ürək sözüdür. Çünki atasına rəhmət oxutduran Qasim Süleymani İraqda və Suriya qorxu altında yaşayan atasız məzlum yetimlərə tez bir zamanda özünü çatdırıb ata nəvazişi etdi. Bu xalqların Qasim Süleymanini sevməsi, öpüb bağrına basması haqdandır. Çünki Qasim Süleymani kimi oğullar atasına rəhmət oxutdurmağı bacaran oğullardır.
İsrail, ABŞ Suriya, İraqda ABŞ və İŞİD qüvvələrinin kabusuna çevrilən Hacı Qasim Süleymani kimi insanların Azərbaycanda da olmasından qorxurlar. Çünki işğalçı Ermənistanla, İsrailin ortaq nöqtələri çoxdur. Bunlardan biri hər ikisinin işğalçı və amansız cinayətlərə imza atmasıdır. Qasim Süleymani kimi igidlər isə hansı ölkədə yetişsə, o cümlədən Azərbaycanda yetişsə Qarabağın, Qüdsün azadlığı qaçılmaz olacaq.


143 بازدید
در حال ارسال اطلاعات...