Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2017

PİSLİYİ YAXŞILIĞA ÇEVİRƏN

İnsan tövbə etdiyi zaman, vaxtilə gördüyü pis işdən vücuduna düşmüş ləkə təmizlənəcəkdir
Mehriban Allahın sifətlərindən biri də budur ki, tövbə edən bəndənin günahını savaba çevirər. «Fürqan» surəsinin 70-ci ayəsində oxuyuruq: «Tövbə edib iman gətirən və yaxşı işlər görənlərin pis əməlləri yaxşı əməllərə çevrilər. Allah bağışlayan və rəhm edəndir». «Hud» surəsinin 114-cü ayəsində oxuyuruq: «Namazı gündüzün iki başında və gecənin bəzi saatlarında qıl. Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar».
Pis işin yaxşı işə çevrilməsi barədə elmi, fəlsəfi, ürfani söhbətlər çoxdur. «Təfsire-nümunə»də bu əvəzolmanın bir neçə təfsiri bəyan olunur:
1. İnsan tövbə edib Allaha iman gətirdikdən sonra onun bütün vücudunda böyük bir təlatüm yaranır. Bu insan əvvəllər qatil olubsa, indi məzlumları müdafiə edir, əvvəllər zina edibsə indi iffətini qoruyur. Bu daxili inqilab nəticəsində günahlar savaba çevrilir.
2. Əbuzər nəql edir ki, Həzrət Peyğəmbər (s) belə buyurdu: «Qiyamət günü Allah-Taala bəzi insanlar haqqında əmr edər ki, bu bəndənin kiçik günahlarını çıxarın, böyük günahlarını isə örtün. Kiçik günahlarına etiraf edən bəndə böyük günahlarının qorxusundan qəlbi titrəyər. Bu an Allah istəsə lütf edib göstəriş verər ki, hər günahın yerinə bir savab verilsin. Bəndə ərz edər ki Pərvərdigara, mən mühüm günahlarımı görmürəm». Əbuzər nəql edir ki, Peyğəmbər (s) söhbətinin bu yerində gülümsündü və bu ayəni oxudu: «Allah onların pis əməllərini (günahlarını) yaxşı əməllərlə əvəz edər.» («Нурус-сәгәлејн» 4-ҹү ҹи