Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2017

Quran nəzərincə, başqalarına nə dərəcədə kömək etməliyik?

Böyük nasosun görə bilmədiyi işi kiçik şpris görür.
Quran buyurur ki, bütün yardımlarınızın mükafatı var. (“Səba”, 39.) Həm az, həm də çox köməyin əvəzi var. Bəzən suya atılmış bir sarı yarpaq bir dəstə qarışqa üçün gəmi olur. Küçədə qoyulmuş avtomat telefonla danışmaq üçün kağız pul kara gəlmədiyi kimi, bəzən başqalarının da böyük yox, çox kiçik köməyə ehtiyacı olur. Yaranı bağlamaq üçün adyal yox, bir qarış cuna kifayətdir. Böyük nasosun görə bilmədiyi işi kiçik şpris görür.
Hədisdə oxuyuruq: "Heç bir yaxşılığı kiçik saymayın ki, ola bilər bu yaxşılıq köməyinizə çatsın. Heç bir günahı kiçik hesab etməyin ki, ola bilər bu günah sizi süquta uğratsın. Futbol topuna batan xırda mıx bütün oyunu saxlaya bilər. Yerə düşmüş yemiş qabığı ən güclü pəhləvanı yerə yıxmaqla şikəst edib, evdə oturda bilər."


128 بازدید
در حال ارسال اطلاعات...