Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2017

İNSANIN ÖZÜNƏ ZÜLMÜ

Alimin yerində otursa cahil Dünyanın işləri olası müşkül.
Pərvərdigara! Səni düşüncə yolu ilə varlıq aləmindəki əsərlərinə tamaşa etməklə alimlərdən həqiqətləri eşitməklə kitabları mütaliə etməklə lazımi həddə tanısam da, Sənə doğru hərəkət etmədim, istəyinə tabe olmadım, qarşında təvazö göstərmədim, bütün işlərimdə Səndən qəflətdə qaldım və bütün bunlarla özümə böyük zülm etdim!

Aldığım məlumatlardan peyğəmbərlərini tanısam da, onların doğru yola çağırdığını bilsəm də insanlar üçün səadət istədiklərini anlasam da onlardan üz döndərdim. Biganələrə üz tutub, peyğəmbərlərinin zəhmətini qiymətləndirmədim. Özümə böyük zülm etdim!
Quranla kifayət qədər tanış olsam da, onun peyğəmbər vasitəsi ilə göndərilmiş ilahi vəhylərdən ibarət olduğunu bilsəm də yenə arxa çevirdim və ondan ayrılıqda yaşadım. Bu, özümə rəva bildiyim ağır bir zülm idi!
Müxtəlif vasitələrlə məsum imamların ilahi bir dəlil olduğunu bilsəm də onların peyğəmbər tərəfindən özündən sonra üçün ilahi rəhbər kimi tanıtdırıldığından xəbərdar olsam da, onların Allah düşmənləri tərəfindən min bir müsibətə düçar etdirilib şəhadətə yetirildiklərini, nəfsimə uyub şərqi və qərbi azğınlığa sürükləmiş cahillərə üz tutdum, onları imamlardan üstün bildim. Bununla da özümə böyük zülm etdim!

Alimin yerində otursa cahil
Dünyanın işləri olası müşkül.
Bu könül xanəsi pərvanə sayaq
Qalacaq hörümçək torunda dustaq.
Zahirdə güləcək sevgi, məhəbbət,
Batində görəcək işini nifrət.
Dost-dostdan, yar-yardan düşəcək ayrı,
Hamı üz tutacaq günaha sarı.
Yarılacaq iffət, həya pərdəsi,
Boğulacaq qəlbdə vicdanın səsi.


Bilsəm də ki, «Nəhcül-bəlağə» Həzrət Əlinin (ə) sonsuz biliyindən bir parçadır, bu xəzinədə Allaha və səadətə doğru hərəkət üçün göstərişlər toplanıb, onu «Quranın qardaşı» adlandırıblar, mənasız qəzet və jurnallara maraq göstərdim. Əlli dörd duadan ibarət olan «Səhifeyi-Səccadiyyədən», abidlər mövlası İmam Səccadın (ə) ürək döyüntülərindən ibarət olan bir kitabdan xəbərdar olsam da, vaxtımı mənasız romanlar oxumaqla tələf etdim. Səadət yolunu göstərən «Kafi», «Təhzib», «İstibsar», «Biharul-ənvar», «Vəsail» və sair kimi kitabların bərəkətindən məhrum oldum. Özümə çox böyük zülm etdim!


150 بازدید