Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2017

Bu cəmiyyətin başını kim pozub?

Allah buyurur ki, bir xalq öz taleyini dəyişməyincə Allah onun taleyini dəyişməz.
Neçə gün bundan qabaq bir nəfər qəzetlərin birində aeroportda hansısa stilisti gördüyünü və oradakı insanların həmin stilistə böyük rəğbət göstərmələrindən yazmışdı. Müəllif yazırdı ki, bizim camaat bir tərəfdən bu cür stilistlərdən ikrah hissi keçirir, digər yandan isə onları görəndə başına toplaşır, selfi çəkdirir, öpüb bağrına basır. Yəni uzun sözün qısası bu cür insanlara gizlində məhəbbət göstərirlər, qəlblərində belə adamları sevirlər. Maraqlıdır ki, bu sevgi artıq qəlbdə gizli deyil, əgər qəzetdə məqalədə bütün bunlar yazılırsa burada hansı gizlilikdən söhbət gedə bilər.
Bu, ilk hal deyil, böyük ehtimalla son da deyil. Çünki bir müddət öncə məqaləsində öz bacısı haqqında təhqiramiz danışan səfehin biri öləndən sonra bir dəstə insan peyda olub həmin şəxsi elə tərif elədilər ki, sanki hansısa mələk, yaxud hansısa bir düha rəhmətə getmişdi.
Elə bu yaxınlarda da bir nəfər şou biznes əhlindən olan qadın açıqlama verib ki, bəs ay kişilər ya gedin özünüz işləyin, ya da imkan verin qadınlarınız bildiyi kimi işləyib övladına ruzi qazansın. Dəhşətlisi isə onun namusla uşaq qarnı doymur deməsidir. Təəccüblüdür, bu cür insaniyyətini itirmiş insanlar nə üçün efirə buraxılır, qəzetdə, saytda manşet olurlar? Bu milləti kim bu günə qoyub? Bu cəmiyyətin başını kim pozub?
Təsəvvür edirsinizmi ki, vətən qeyrətindən dəm vuran qəzet reklam, maraq, pul, auditoriya kütləsi xatirinə həmin qəzet və saytda tərbiyəsiz pozalı qadınların fotolarını dərc edir. Soruşanda da deyirlər ki, indi müasir zamanda yaşayırıq? Məgər müasir zamanda yaşamaq əxlaqsızlığı yaymaq anlamınamı gəlir? Bəs milli-mənəvi dəyərlər, milli mentalitet harda qaldı? Axı namus-qeyrətlə bu cür qeyrətsizlik, milli mənəvi dəyərlərlə bu cür avropaya uyğun dəyərlər bir yerə sığmır.
Əlbəttə günahın bir hissəsi də xalqın özündədir. Məsələn camaat "Bu şəhərdə" kimi mənasız, düşük səhnələrə baxmaq üçün bahalı biletlərə pul verib zalı doldurmasa həmin səviyyəsiz səhnələr itib-batar. Halbu ki, bu cür insanlar biletə verdikləri pulları kasıb ailələrə, xəstələrə, imkansız insanlara, elm əhlinə sərf eləsə cəmiyyətə fayda vermiş olarlar. Buradan belə bir nəticə çıxır ki, camaat özü də kanallarının dini olmasında, milli-mənəvi dəyərlərin təbliğində maraqlı deyildir. Onlara bu cür yaşayış, yeyib-içib deyib-gülmək, əylənmək daha çox sərf edir.
Bütün bunlardan ötrü televiziya kanallarını şiddətlə qınamaq lazımdır. Təsəvvür edin ki, bu yaxında İrana – Məşhəd ziyarətinə müşərrəf oldum. Bir nəfər türkün evində qonaq oldum. Çox mömin kişi idi. Televiziya kanallarını görəndə heyrətə gəldim. Təsəvvür edin ki, şəhadəti təbliğ edən verilişlərdən tutmuş, dini-mənəvi, intellektual verilişlərə qədər hər nə desən var. Dini sual-cavab, dini kino, mən