Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2017

İnsanları yaxşılığa necə dəvət edək?

İnsan əvvəlcə özünü təmizləməlidir
İnsanları həqiqətə müxtəlif yollarla çağırmaq olar:

1. Bir çox ayələrdə buyurulduğu kimi, əsas dəvət yollarından biri sözlə (dillə) dəvətdir.
2. Əməli dəvət. Quran “libasını təmizlə” buyurur. (“Müddəssir”, 4.) Yəni insan əvvəlcə özünü təmizləməlidir.
3. Birbaşa dəvət. Quran “xoş danışın, namaz qılın, zəkat verin”, deyə əmr edir. (“Bəqərə”, 83.) İnsanları birbaşa da haqqa çağırmaq olar.
4. Dolayı dəvət. İnsanlara Qurandan əhvalatlar danışmaqla onlara doğru yolu göstərmək olar. Məsələn, qardaşlarının, oyun bəhanəsi ilə Yusifi aldadıb quyuya atdıqlarından xəbərdar olan həmsöhbətiniz başa düşər ki, düşmənlər insanı idman pərdəsi altında yolundan azdıra bilər.
5. Ümumi dəvət. Allah öz peyğəmbərinə bütün xalqı dəvət etməyi buyurmuşdur.
6. Xüsusi dəvət. Peyğəmbərlər öz ailələrini doğru yola dəvət edirdilər. (“Məryəm”, 55; “Əhzab”, 59.)
7. Qohumları dəvət. (“Şüəra”, 214.)
8. Həmvətənləri dəvət. (“Ənam”, 92.)
9. Bəşəriyyəti dəvət. (“Əraf”, 158.)

Bəli, mərcan gəzən üzgüçü, ova çıxmış balıqçı dənizin bir nöqtəsində durub qalmamalı, böyük qazanc istəyində olan tacir dükanda çeşidləri artırmalıdır.


490 بازدید
در حال ارسال اطلاعات...