Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2017

Putin müsəlman olsaydı...

İranda böyük bir mütəfəkkir şəxs oturub, mən onun bu qədər əhatəli bilgiyə sahib olduğunu təsəvvür etmirdim
Putin haqqında deyirlər ki, öz dininə sadiq adamdır, kilsəyə getdiyi, dua etdiyi vaxtlar olub. Əlbəttə, İslamdan başqa hansısa dinə mənsub olmaq ümumiyyətlə heç bir dinə mənsub olmamaqdan yaxşıdır və müsəlmana xristian, yəhudi dininin mənsubu ateistdən daha yaxındır.
Putin xristiandır, təhrif edilmiş xristianlığın bir parçasıdır. O, haqlı bildiyi dininə etiqad edir, amma Allahla öz aramızda qaldıqda, başqa sözlə vicdanla düşündükdə görürük ki, bir çox müsəlmana baxanda Putin onlardan min dəfə yaxşıdır.
Adam İrana gələndə Ayətullah Xamenei ağa üçün Quran gətirib özüylə, onun Ayətullah Xameneini gördükdə ondan Həzrət İsanın (ə) behişt qoxusunu aldığını deməsini də yazanlar var. Siyasət öz yerində, bu cür sözlər siyasətdə imic sayılsa da o biri yandan bir siyasiyə, özü də xristian bir siyasətçiyə bu cür ifadə işlətmək bəlkə də imicinə zərər vura bilərdi. Amma bəzən dil danışmayanda vicdan danışır.
Allah tərəfi Putin xristian olsa da bir çox müsəlman dövlət başçılarından daha çox müsəlmandır. Bu günün özündə dünyada məzlum müsəlmanlar Putin tərəfindən dəstəklənir. Məsələn, ABŞ nökərləri olan Ali-Səud və digər vəhabi dövlətləri də özlərini müsəlman sayır. Qəzzafilər, Mübarəklər, Səddamlar, Pəhləvilər özlərini müsəlman saydıqları halda müsəlmana uyğun olmayan işlərlə məşğul olurdular. Bir halda ki, bu gün dünyaya müsəlmandan daha çox insaniyyəti olan, canavarlaşmamış insan lazımdır. Sözün həqiqi mənasında dünyaya insan lazımdır, insan.
Deyirlər, müsəlman olmaq o qədər də mühüm deyil, əsas odur ki, insan olsun. Yaxşı, insan olmaq yaxşı şeydir, amma bir din insanı insanlığa dəvət edirsə bir insanın həm insan həm də müsəlman olmasında nə qəbahət var. İslam dini insanlara yaxşılıq etməyə, haqqı deməyə, məzlumu müdafiə etməyə çağırır bütün dünyanı. Burada pis nə var ki?
Bəzi vaxtlarda şayə yayılır ki, Putin müsəlman olub. Doğrudur, Putin hazırkı şəraitdə İslama çox yaxınlaşıb. Amma müsəlman olsa dini də kamilləşər.
Dünyada İslama olan rəğbət və məhəbbət getdikcə artır. Kimlər İslamı terrorla gözdən salmaq istəyiblərsə özləri gözdən düşüblər. Gözdən salmaq, qarayaxma hər vaxt olub. Məsələn sözünü etdiyimiz Putin haqqında da deyirlər ki, bu siyasətdir, siyasətdə lazım gəlsə Putin molla libası da geyinməlidir. Razıyam, amma nə üçün bu sözləri Tramp haqqında demək olmur. Nə üçün Obama Misirdə gedib müsəlmanlar, İslam haqqında xoş sözlər deməsinə, Trampın Ali-Səud krallarıyla qol-qola girib oynamasına da eyni sözü demirlər. Nə üçün ABŞ-ın murdan kürsüsünə oturan hər bir kəs canavarlaşmağa başlayır. Əgər Putin özünü zahirdə müsəlmanlara yaxın göstərirsə Tramp da bunu edə bilərdi. Edir də, amma hər dəfə də yerin dibinə girir. Çünki onun yaxınlaşdığı müsəlmanı da "İslamı" da özü düzəldib. Onun yaxınlaşdığı İslam İŞİD, əl-Qaidə, Benladen, Ali-Səud İslamıdır. Sionizmin başqa siması. Çünki onun yaxınlaşmaq istədiyi müsəlmandan Putin daha çox müsəlmandır. Putin isə sanki İslam Peyğəmbərinin (s) "kim bir yerdə məzlumun fəryad çəkdiyini eşidib kömək etməsə mənim ümmətimdən deyil" məzmunlu hədisi-şərifinə riayət edir. Nəinki onun səsini eşidir, üstəlik öz generallarını hadisə yerinə cəlb edir, raketləriylə həmin məzluma zülm edən zülmkarları raketlə məhv edir.
Ola bilər hansısa dinsiz insan dinə gəlmək istəsə desin ki, əgər mən din seçməli olsam Putinin olduğu dini seçərəm, həmin adama Putinin bu sözlərini xatırlatmaq lazım gəlir: "Bizim evdə xristianlığa aid kitablar mövcuddur və mən onları oxumuşam. İsa Məsih haqqında oxuduqlarımı və düşündüklərimi mən canlı olaraq İranın Ali Dini Liderinin timsalında gördüm. İndi başa düşürəm ki, bu ölkə hansı təbirlə idarə olunur. Bu görüş mənim yaddaşımda silinməz xatirə olaraq qalacaqdır.
Putin Ali Dini Liderlə görüşdən sonra bunları da qeyd edıb ki, İranda böyük bir mütəfəkkir şəxs oturub, mən onun bu qədər əhatəli bilgiyə sahib olduğunu təsəvvür etmirdim."

P.S. Putin müsəlman olsaydı yazıb üç nöqtə qoydum, gerisini özünüz düşünərsiniz.


1072 بازدید
در حال ارسال اطلاعات...