Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2017

XALQIN HÜQUQUNA TƏCAVÜZ

“Hər kəs iki dirhəmə (manat, dollar da ola bilər) görə Allah buyruğunun ziddinə çıxsa, kafir olmuşdur.”
Allah-Taala insanlar arasında hüquqlar müəyyənləşdirmişdir ki, bu hüquqlara riayət etmək vacib, onları pozmaq isə günahdır. Qurani-Kərim ayələri və Əhli-beyt hədislərində ata-ananın övlada, övladın ata-anaya, qohumluq və qonşuluq hüquqları, xalqın hökumət, hökumətin də xalq qarşısında vəzifələri, varlıların kasıblar qarşısındakı məsuliyyəti ətraflı şəkildə bəyan olunur. Hüququn ən kamil şəkildə bəyan olunduğu risalə İmam Zeynəlabidinin (ə) hüquq risaləsidir. Bu risalə ilə yaxından tanışlıqdan sonra insan müsəlman hüququ qarşısında özünü vəzifəli hiss edir. Bu hüquqlardan hər hansı birini pozmaq aşkar günahdır və onun cəzası vardır.

Allah hökmünün ziddinə mühakimə
İnsanı əzaba düçar edən günahlardan biri də hakimin Allah hökmünün ziddinə höküm verməsidir. Əgər qazi ilahi hökmü bildiyi halda kimisə razı salmaq üçün bu hökmün ziddinə qərar çıxararsa, kafir, zalım və fasiqdir. (“Maidə” surəsi, ayə 44-45-47.) Allahın hökmünü rədd etmək küfr, kimisə haqqından məhrum etmək zülm, iman dairəsindən çıxmaq isə günahdır. İmam Sadiq (ə) buyurur: “Hər kəs iki dirhəmə (manat, dollar da ola bilər) görə Allah buyruğunun ziddinə çıxsa, kafir olmuşdur.” (“Günahani-kəbirə” 2-ci cild, səh-365.)


421 بازدید
در حال ارسال اطلاعات...