Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2017

“Allah böyük mərhəmət, nemət sahibidir”

Bu ayələrə diqqətlə nəzər saldıqda məlum olur ki, Allaha üz tutub günahlara görə tövbə etmək vacibdir
İlahi rəhmət
Əgər insan qəflət və azğınlıq səbəbindən günahlara yol vermişsə həqiqi tövbə yolu ilə bağışlanıb, ilahi rəhmətə qovuşa bilər. Əgər insan cümə axşamı “Kumeyl” duasını oxuyub tövbə edərsə rəhmət yağışının nazil olduğu bu gecədə hökmən bağışlanar. 
“Zumər” surəsinin 53-cü ayəsində oxuyuruq: “Ey özünə israfı rəva bilənlər, Allahın rəhmətindən məyus olmayın. Heç şübhəsiz, Allah bütün günahları bağışlayır. Doğrudan da O, bağışlayan və mehribandır.”

Qurani-Kərimdə Allahın rəhmətindən danışan ilahi ifadələr çoxdur: “O Allah bağışlayan və rəhimdir.” (“Бәгәрә”, 173.)
“Allah Öz bəndələrinə qarşı mehribandır.” (“Бәгәрә”, 207.) 
“Allah sizi Öz icazəsi ilə Cənnətə bağışlanmağa çağırır.” (“Бәгәрә”, 221.) 
“Həqiqətən Allah bağışlayan və həlimdir.” (“Бәгәрә”, 235.) 
“Allah böyük mərhəmət, nemət sahibidir.” (“Бәгәрә”, 105.) 
“Allah əfv edən və bağışlayandır.” (“Ниса”, 43.) 
“Allah tövbələri qəbul edən və bağışlayandır.” (“Ниса”, 16.) 
“Allah rəhimlilərin ən rəhimlisidir.” (“Јусиф”, 64.) 
“Həqiqətən, sənin Rəbbin çox bağışlayandır.” (“Нәҹм”, 32.) 

Bu ayələrə diqqətlə nəzər saldıqda məlum olur ki, Allaha üz tutub günahlara görə tövbə etmək vacib, Onun rəhmətindən ümidsizlik isə haram və böyük günahdır.


222 بازدید
در حال ارسال اطلاعات...