Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2017

"Bəxt üzüyü" filmindəki Hüseynin və Əbülfəs Qarayevin bəxti

Onda belə çıxır ki, Əbülfəs Qarayev heç prezidenti də saymır.
Yaxud Əbülfəs Qarayev mədəniyyət və dövlətdən nə qədər anlayır?

Çox qəribə və bir o qədər də təzadlıdır. Bildiyiniz kimi Milli Şuranın bütün mitinqlərinə Bakı Şəhər İcra Hakimiyyəti icazə verir, amma şəxsən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev icazə vermir. Ehh, vaxt var idi Hacıbala Abutalıbov "xod gedən" adamlardan biri idi. Amma indi isə saya alınmır. Amma gəl ki, bu icazə birbaşa prezidentin icazəsi idi. Yoxsa Hacıbala Abutalıbov kimdir ki, müxalifətçilərə icazə versin. O nə vaxtsa "xod gedibsə" də prezidentin "şotuna" olub. Onda belə çıxır ki, Əbülfəs Qarayev heç prezidenti də saymır. Bu "dovşana qaç, tazıya tut" deyənlərin siyasətidir. Yəni bir yandan mitinqə icazə, o biri tərəfdən iştirakçıları cəzalandır.
"Bəxt üzüyü" filminin bəxtsiz Hüseyni Ayşad Məmmədov işdən çıxarılıb. Nə var nə var iki həmkarı ilə birlikdə mitinqdə iştirak edib. Hələ absurd sözünün sinonimi olan nazir Əbülfəs Qarayev görün necə analoqu olmayan açıqlama verib: "Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil. Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır" (Necə də insanın daxili dünyasını zənginləşdirən sözlərdir) Əslində təəssüfləndirici hal 60 yaşlı bir kişinin, özü də Mədəniyyət və Turizm nazirliyinin başçısının belə bir utancverici açıqlama verməsidir. Deməli, vicdanən "absurd" sözünün sinonimi olan bu tip həmin mitinqdə iştirak etməyib. Özü də çox gözəl bilir ki, (bilmirsə internetdə həmin mitinqin videolarına baxsın) o mitinqdə bir erməninin balası dövlət əleyhinə danışmayıb (çünki müstəqil Azərbaycan dövlətinin əleyhinə danışan olsa-olsa erməni balası olar) Orada ən ağır söz İlhama Əliyevə deyilir. Kim məgər orada dövlətin, xalqın, millətin əleyhinə danışır? 60 yaşlı zavallı tip isə yalana və talana bulaşmış korrupsioner məmurlarla (özü də onlardan biri) dövləti səhv salır. Naziri bu gündə olan xalqın vay halına!
Tarixin ironiyasına baxın. Əbülfəs Qarayev bu açıqlamanı 18 oktyabrda verib. Bu tarix müstəqil Azərbaycan dövlətinin tarixində dönüş nöqtəsidir. Məhz bu tarixdə 26 il öncə Parlamentdə keçmiş sovet respublikalarından olan Azərbaycanın müstəqil olub-olmaması referenduma çıxarılıb səsə qoyulmuşdur. 260 deputatdan 31- müstəqilliyin əleyhinə səs verib. Yox, Əbülfəs Qarayev müstəqilliyin əleyhinə səs verənlərdən deyil. Amma məsələ burasındadır ki, əgər Qarayevin qarayaxmasına qalsa əgər dövlət bizim əməyimizi qiymətləndirdiyi halda biz də onun əməyini qiymətləndirməliyiksə, onda belə çıxır ki, dövlət onun müstəqilliyinin əleyhinə səs verənlərin üzünə tüpürməlidir. Amma təəssüflər olsun ki, həmin 31 nəfərin içində elələri var ki, sonradan müstəqilliyinin əleyhinə səs verdikləri dövlətin vəzifəli şəxsi olublar. Onda bu hansı daxili zənginliyə sığır cənab Qarayev?
İstəyirsinizsə bu 31 nəfəri tanıyaq:

1. Arif Rəhimzadə – deputat, Milli Məclisdə komitə sədri,
2. Yaşar Əliyev – Azərbaycanın Çindəki səfiri,
3. Abbas Abbasov – baş nazirin sabiq birinci müavini,
4. Fikrət Sadıqov – «Azərkimya» DŞ-nin keçmiş prezidenti
5. Samur Novruzov – sabiq nazir, vəfat edib
6. Eldar İbrahimov – MM-in Aqrar Siyasət komitəsinin sədri
7. Şaitdin Əliyev – sabiq deputat, MSK üzvü
8. Gülnarə Qurbanova – işsiz, Şıxəli Qurbanovun qızı
9. Mixail Zabelin – YAP Siyasi Şurasının üzvü, deputat
10. Soltan Məmmədov – biznes fəaliyyətilə məşğuldur
11. Zeynəb Xanlarova – xalq artisti, deputat
12. Madər Musayev –3 dönəm arxa-arxaya Binəqədi rayonundan millət vəkili seçilib
13. Yaşar Rzayev – Lənkəranın keçmiş icra başçısı
14. Gennadi Timoşenko – sabiq deputat
15. Həsən Həsənov – keçmiş baş nazir, Macarıstandakı səfir
16. Əli Həsənov – Baş nazirin müavini, «Qaçkınkom»un sədri
17. Şair Həsənov – Mənzil Kommunal Təsərrüfatı Komitəsinin sədri
18. İrşad Əliyev – sabiq Kənd Təsərrüfatı naziri, Beyləqanın İcra başçısı
19. Əhməd Əhmədzadə – Su və Meliorasiya komitəsinin sədri
20. Aslan Süleymanov – işsiz
21. Arif Ağayev – Yasamalın keçmiş icra başçısı
22. Şamil Həsənov – Ağcəbədinin keçmiş icra başçısı
23. Sahib Əkbərov – Kəlbəcərin sabiq icra başçısı
24. Tapdıq Kamalov – sabiq deputat
25. Rüfət Əsədov – Nazirlər Kabinetində şöbə müdiri
26. Tofiq Bağırov – Cəlilabadın keçmiş icra başçısı
27. Arif Mövsümov – Nazirlər Kabinetində şöbə müdiri, vəfat edib
28. Cahangir Hüseynov – deputat
29. Mirhəmzə Əfəndiyev – Belçikadakı sabiq səfir
30. Telman Orucov – ADP-nin keçmiş katibi
31. Çingiz Sadıqov – Tərəqqi Partiyasının sədri


İş bununla da bitmir. Deməli, 60 yaşlı bu tip hələ də anlamır və ya anlamaq istəmir ki, Ayşad Məmmədov əgər dövlətdən mukafat alıbsa dövlət onların qara qaşına gözünə aşiq olub bu mukafatı verməyib. O və onun kimi digərləri öz sənətiylə necə deyərlər alın təriylə bu mukafatı haqq ediblər. Yox əgər Əbülfəs bunun əksini iddia edirsə onda deməli dövlət mukafatı haqq etməyən insanlarla mukafat verdiyi üçün günahkardır.

Əbülfəs Qarayevin diqqətinə çatdırmaq istəyimiz bir məsələ də var. Absurd nazir yuxarıda adlarını sadaladığımız 31 deputatdan, yəni Azərbaycan dövlətinin müstəqilliyinin əleyhinə səs verənlərdən biri olan Zeynəb Xanlarovanın evinə gedərək ad günündə onu yaman tərifləmiş, istiqlal ordeni alması münasibətiylə onu ikiqat təbrik etmişdir. (Absurda baxın, istiqlalın əleyhinə səs verənə istiqlal ordeni. Bu ordenlər Qarayevin nazirliyinin mətbəxində düzəldilir) İndi həmin Qarayev utanmadan, qızarmadan, yerin dibinə girmədən durub müstəqil fikirli vətəndaşı dövlət əleyhinə iş görməkdə suçlayır. Əlbəttə Əbülfəs kimi insanlar yaltaqlıqdan, yalaqlıqdan başqa bir şey bilmirlər. Onların nə mədəniyyətdən, nə də dövlət sevgisindən, qayğısından heç bir məlumatları yoxdur.

Qarayevin bəxtinə baxın, nazir olmağı bacarmaq taleyinə yazılmasa da yaltaqlıq, yalaqlıq adamın alnına yazılıb.


352 بازدید
در حال ارسال اطلاعات...